Məhkəmə qərarları › İş №3(067)-3/2025

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №3(067)-3/2025

09.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 3(067)-3/2025 09.01.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Bayramov Samir Zakir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Şikayət verən X2 iştirakı ilə, X2 Ekologiya və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN-1783727 saylı qərarında buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizəyə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X2 Ekologiya və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN- 1783727 saylı qərarına əsasən 3000 manat cərimə növündə inzibati tənbeh təyin edilmişdir. Həmin qərardan X3 şikayət vermiş və buraxılmış prosessual müddətinin bərpa edilməsi barədə ərizəsini də şikayətə əlavə etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi MN ******* saylı xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında qərarı ilə 8000 manat inzibati cərimə edilmişdir. Qanunda nəzərdə tutulmuş müddətdə inzibati qərardan şikayət verə bilməmişdir. Belə ki, bu müddətdə qeyd edilən qərar ona rəsmi qaydada Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən göndərilməmişdir. Hesab edir ki, rəsmi qaydada qərar ona təqdim olunmadığından buraxılmış müddət üzrlüdür. O, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi MN ******* saylı xx.xx.2024-cü il tarixli qərarını xx.xx.2024-cü il tarixdə Xaçmaz rayon İcra və Probasiya şöbəsindən almışdır. Xaçmaz rayon İcra və Probasiya şöbəsindən ona xəbər gəlməyənə qədər bu barədə bilməyərək, məlumatlı olmamışdır. Ona görə də qanunda nəzərdə tutulmuş şikayət vermə müddətini üzürlü səbəbdən buraxmışdır. Məhkəmə iclasında X3 ərizəsini müdafiə edərək müddətin bərpa olunmasını və işə mahiyyəti üzrə baxılması barədə qərar qəbul edilməsini xahiş etmiş və əlavə olaraq göstərmişdir ki, müddəti ona görə ötürüb ki, ona bildiriş vaxtında gəlməyib. 2024-cü ilin iyun-iyul ayında qərarı ona vermişlər. Bundan sonra Xaçmaz Rayon Məhkəməsinə qərardan şikayət versə də, bir müddət sonra şikayətini geri götürmüşdür. Ona bildirdilər ki, 5000 manat cərimə və 3000 manat dəbbə pulu hesablanıb. Onun imkanı yoxdur. Atası və anası xəstədir, o, onlara baxır. İcraçılar onu xx.xx.2024-cü ildə çağırıblar. İş üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumatlandırılmasına baxmayaraq üzürlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə tərəfin izahatını, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizəsi təmin olunmamalıdır. Belə ki, iş materiallarından görünür ki, X3 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi MN ******* saylı xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında qərarından şikayətini düzgün olmayaraq iddia icraatı qaydasında verdiyi üçün Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(067)-1392/2024 nömrəli qərardadı ilə ərizəsinin icraata qəbulundan imtina edilmişdir. X3 növbəti dəfə natamam şikayət verdiyi üçün Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(067)-517/2024 nömrəli qərardadı ilə şikayəti geri qaytarılmışdır. Bundan başqa, X3 növbəti dəfə MN ******* saylı xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayət verdikdən sonra məhkəmə iclasına gəlməmiş və iştirak etməməsi barədə məhkəməyə heç bir məlumat verməmiş, daha sonra məhkəməyə ərizə təqdim edərək şikayətinin geri qaytarılmasını xahiş etdiyi üçün Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(067)-541/2024 nömrəli qərardadı ilə Mehman Hüseynovun şikayəti ona geri qaytarılmışdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin təqdim etdiyi sənədlərdən də görünür ki, həmin idarənin MN ******* saylı xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında qərarı Mehman Hüseynova imza etdirməklə xx.xx.2024-cü il tarixdə rəsmi qaydada verilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1- 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. 130.2. Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. 130.3. Buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X2 Ekologiya və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN- 1783727 saylı qərarından şikayət vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizəsi təmin edilməsin. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Samir Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar