Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-30/2021 06.01.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, Həsənli Rövşən Xudat oğlunun katibliyi ilə, Protokolu tərtib etmiş şəxs Ələkbərov Rövşən Pənah oğlunun, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1979-cu ildə Xaçmaz şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, Xudat şəhəri Vaqif küçəsi 24/7-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələri üzrə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq mü əy yə n et di: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir ondan ötrü ki, o, xx.xx.2021-ci il tarixdə saat 18:00-də radələrində Xudat şəhərində yerləşən parkın qarşısında tibbi maskadan istifadə etməmiş, sms icazəsi olmamış və bundan sonra da polisin qanuni tələbini pozaraq tabesizlik göstərmişdir. Məhkəmə iclasında inzibati xətya dair protokolu tərtib etmiş şəxs izahatında bildirmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs o, xx.xx.2021-ci il tarixdə saat 18:00-d radələrində Xudat şəhərində yerləşən parkın qarşısında tibbi maskadan istifadə etməmiş, sms icazəsi olmamış və bundan sonra da polisin qanuni tələbini pozaraq tabesizlik göstərmişdir. Məhkəmə iclasında izahat vermiş barəsində inzibati xətaya dair icraat aparılan şəxs özünü inzibati xətaları törətməkdə təqsirli bilərək törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Həmçinin o, əlilliyi olmadığını bildirmişdir. Barəsində aşağı həddə həbs seçiləsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Xudat PB-nin polis nəfəri Abuzərov Mənsur Nasib oğlu bildirmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs o, xx.xx.2021-ci il tarixdə saat 18:00-d radələrində Xudat şəhərində yerləşən parkın qarşısında tibbi maskadan istifadə etməmiş, sms icazəsi olmamış və bundan sonra da polisin qanuni tələbini pozaraq tabesizlik göstərmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Xudat PB-nin polis nəfəri X2 bildirmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs o, xx.xx.2021-ci il tarixdə saat 18:00-d radələrində Xudat şəhərində yerləşən parkın qarşısında tibbi maskadan istifadə etməmiş, sms icazəsi olmamış və bundan sonra da polisin qanuni tələbini pozaraq tabesizlik göstərmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Xudat PB-nin polis nəfəri X3 bildirmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs o, xx.xx.2021-ci il tarixdə saat 18:00-d radələrində Xudat şəhərində yerləşən parkın qarşısında tibbi maskadan istifadə etməmiş, sms icazəsi olmamış və bundan sonra da polisin qanuni tələbini pozaraq tabesizlik göstərmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xətaya dair icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi, inzibati xəta haqqında protokolla və iş materialları ilə tam sübuta yetir. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İş materiallarında olan inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə, saat 18:20-də inzibati qaydada tutulmuş və xx xxxxxx 2021-ci il tarixdə saat 15:00-da azad edilmişdir. Məhkəmə barəsində inzibati xətaya dair icraat aparılan şəxsin törətdiyi inzibati xətanın xarakterini və onun şəxsiyyətini nəzərə alaraq barəsində həbs növündə inzibati tənbeh təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128, 130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: xx.xx.1979-cu ildə Xaçmaz rayonunda anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 211.1 və 535.1-ci maddələri ilə təqsirli bilinsin və barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə tənbeh təyin edilsin. Şəxs xx xxxxxx 2021-ci il tarixdən saat 18:20-dən xx xxxxxx 2021-ci il saat 15-00dək inzibati qaydada tutulması nəzərə alınmaqla üzərində 9 (doqquz) gün müddətinə inzibati həbs tənbeh saxlanılsın. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbsin əvvəli xx xxxxxx 2021-ci il tarixdən saat 18-15-dən hesablansın. Qərar dərhal icra olunsun və qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Sadıqov
Məhkəmə qərarları › İş №3(067)-30/2021
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-30/2021
06.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver