Məhkəmə qərarları › İş №3(067)-302/2022

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-302/2022

10.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-302/2022 10.02.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon X5 Polis Bölməsinin polis sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1961-ci ildə Xaçmaz rayonunun Xudat şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati tənbehə məruz qalmamış, ünvan 1 ünvanında yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Xaçmaz rayon X5 Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYY ƏN ETDİ : Şəxs 13 dekabr 2021-ci il tarixdə axşam saatlarında Xaçmaz rayon X5 Polis Bölməsinin əməkdaşları tərəfindən Xudat şəhəri, M.F.Axundov küçəsində saxlanılaraq Polis Bölməsinə dəvət edilib üzərinə şəxsi axtarış keçirilərkən əynində olan yaşıl rəngli gödəkçənin sol yan cibindən şəxsi istehlak miqdarında 1 ədəd kağız bükümdə 0,089 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati protokol tərtib etmiş Xaçmaz rayon X5 Polis Bölməsinin polis sahə rəisi X2 göstərdi ki, Şəxs 13 dekabr 2021-ci il tarixdə axşam saatlarında Xaçmaz rayon X5 Polis Bölməsinin əməkdaşları tərəfindən Xudat şəhəri, M.F.Axundov küçəsində saxlanılaraq Polis Bölməsinə dəvət edilib üzərinə şəxsi axtarış keçirilərkən əynində olan yaşıl rəngli pencəyin sağ yan cibindən şəxsi istehlak miqdarında 1 ədəd kağız bükümdə 0,089 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyindən onun barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Məhkəmədə izahat verən inzibati xəta törətmiş şəxs Şəxs oğlu törətdiyi xətanı etiraf etməklə göstərdi ki, o, narkotik vasitə istifadəçisidir. 12 dekabr 2021-ci il tarixdə axşam saatlarında Xaçmaz rayoununun Xudat şəhəri, M.F.Axundov küçəsində yerləşən aptekə dərman almaq üçün gedərkən yerdən dəmir pullar və həmin pulların yanında ağ rəngdə kağız bükülü tapmışdır. Bükülünü götürüb açarkən içərisində toz şəkilli heroin olduğunu görmüşdür. Heroindən istifadə etdiyi üçün bükümü götürüb əynindəki gödəkçənin sol yan cibinə qoymuş və aptekə gedib edinə qayıtmışdır. 13 dekabr 2021-ci il tarixdə axşam saatlarında Xudat şəhəri, M.F.Axundov küçəsində polis əməkdaşları tərəfindən saxlanılaraq X6 dəvət edilib orada üzərinə şəxsi axtarış keçirilərkən əynindəki gödəkçənin sol yan cibindən həmin narkotik vasitə aşkar olunaraq götürülmüşdür. Törətdiyi xətaya görə peşmançılıq hissi keçirir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı, cinayət işinin başlanmasının rədd edilməsi haqqında 23 dekabr 2021-ci il tarixli qərar, inzibati xəta haqqında 10 fevral 2022ci il tarixli protokol, maddi sübut və digər iş materialları ilə tamamilə sübuta yetir. Belə ki, inzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 dekabr 2021-ci il tarixli, 6/5493 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,089 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata sərfdən sonra heroinin qalıq çəkisi 0,049 qram təşkil edir. İnzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 23 dekabr 2021-ci il tarixli qərardan müəyyən olunur ki, inzibati xəta törətmiş şəxs Şəxs oğlundan götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,049 qram təşkil edən narkotik vasitə heroin maddi sübut kimi tanınaraq müvafiq qaydada qablaşdırılmaqla saxlanılmasından ötrü Xaçmaz rayon Polis Şöbəsinin maddi sübutların saxlanma otağına təhvil verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən Şəxs oğlunun əməlindən səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının İXM-nin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən halı, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona həbs növündə inzibati tənbeh tədbirinin aşağı həddə tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. İş üzrə maddi sübut olan, Xaçmaz rayon Polis Şöbəsinin maddi sübutların saxlanma otağına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,049 qram təşkil edən narkotik vasitə heroin məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsininin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsininin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. İnzibati həbsdə saxlama müddətinin əvvəli 10 fevral 2022-ci il tarixdən saat 11:45dən hesablansın. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut olan, Xaçmaz rayon Polis Şöbəsinin maddi sübutların saxlanma otağına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,049 qram təşkil edən narkotik vasitə heroin məhv edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar