Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-307/2025 06.02.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon X5 təhlükəsizlik bölməsinin polis sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili Vəkil iştirakları ilə xx.xx.1988-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, deməsinə görə inzibati tənbehə məruz qalmış, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ : Şəxs 04 fevral 2025-ci il tarixdə axşam saatlarında Xaçmaz şəhəri ərazisində qapalı məkanda siqaret çəkdiyi üçün Xaçmaz rayon Polis Şöbəsinin post-patrul xidməti bölüyünün əməkdaşları tərəfindən Xaçmaz rayon Polis Şöbəsinə dəvət edildikdən sonra tibbi müayinə zamanı onun qanunsuz olaraq narkotik vasitə marixuana istehlak etdiyi müəyyən edilmişdir. Bununla da o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati protokol tərtib etmiş Xaçmaz rayon X5 təhlükəsizlik bölməsinin polis sahə rəisi X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək göstərdi ki, Şəxs 04 fevral 2025-ci il tarixdə axşam saatlarında Xaçmaz şəhəri ərazisində qapalı məkanda siqaret çəkdiyi üçün Xaçmaz rayon Polis Şöbəsinin post-patrul xidməti bölüyünün əməkdaşları tərəfindən Xaçmaz rayon Polis Şöbəsinə dəvət edildikdən sonra tibbi müayinə zamanı onun qanunsuz olaraq narkotik vasitə marixuana istehlak etdiyi müəyyən edilmişdir. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərib edilərək materiallar baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmədə izahat verən inzibati xəta törətmiş şəxs Şəxs özünü qismən təqsirli bilərək göstərdi ki, 2024-cü ilin dekabr ayında Bakı şəhərində tanışının məclisində olarkən narkotik vasitə marixuana qəbul etmişdir. 03 fevral 2025-ci il tarixdə nəqliyyat vasitəsini narkotik vasitənin təsiri altında idarə etdiyi üçün yol-patrul xidməti əməkdaşları tərəfindən onun barəsində müvafiq sənədləşmə aparılaraq o, Azərbaycan Respublikası İXM-nin 333- 1.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində protokol tərtib edilmişdir. Ondan bir neçə saat sonra Xaçmaz şəhəri ərazisində Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Xaçmaz rayon Polis Şöbəsində barəsində sənədləşmə aparılmışdır. Artıq eyni əmələ görə barəsində 1 dəfə sənədləşmə aparıldığından hazırki iş üzrə icraata xitam verilməlidir. Əvvəllər narkotik vasitə qəbul etdiyinə görə əməlindən peşmandır, nişanlı olmaqla yaxın günlərdə toyu olacağı nəzərə alınmaqla ona güzəşt edilməsini xahiş edir. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün qismən etirafı, cinayət işi başlanılmasının rədd edilməsi haqqında 05 fevral 2025-ci il tarixli qərar, 06 fevral 2025-ci il tarixli inzibati xəta haqqında protokol və digər iş materialları ilə tamamilə sübuta yetir. İnzibati xəta törətmiş şəxs Şəxs hazırki iş üzrə təqsirinin olmaması barədə izahatında irəli sürdüyü dəllilər məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, onun bu barədə irəli sürdüyü dəlillər özünü müdafiə və məsuliyyətdən yaxa qurtarmaq xarakteri daşıyır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin vəkilinin bu barədə verdiyi vəsatət müzakirə olunmuş və hər hansı sübutla öz təsdiqini tapmadığından əsassız hesab edilmişdir. İş materiallarında olan 04 fevral 2025-ci il tarixli, 51 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, narko-test müayinəsi zamanı Şəxs çətənə birkisindən istifadə nəticəsində yaranmış yüngül dərəcə sərxoşluq əlaməti aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsi tərəfindən verilmiş 05 fevral 2025-ci il tarixli, 589 nömrəli ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, tibbi müayinə zamanı Şəxs kannabinoidlərdən istifadə etmə halları olmuş, lakin hal-hazırda narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs törənmiş xətada özünü qismən təqsirli bilib səmimi peşmançılığını məsuliyyətinin yüngülləşdirən hal kini nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən halı, məsuliyyətinin ağırlaşdıran halların olmamasını nəzərə alaraq onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş tənbehlərdən cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 400 (dörd yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev
Məhkəmə qərarları › İş №3(067)-307/2025
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-307/2025
06.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver