Məhkəmə qərarları › İş №3(067)-308/2025

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-308/2025

06.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-308/2025 06.02.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4 iştirakı ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Tələbkar Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, 12 avqust 1992-ci ildə Xaçmaz rayonunda anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, Xaçmaz rayonu, Xudat şəhəri, X9 küçəsi, ev 24, mənzil 13 ünvanında yaşayan. Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Xaçmaz rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Xaçmaz rayon İcra və Probasiya şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Xaçmaz rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 tərəfindən tərtib edilmiş 06 fevral 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, borclu Şəxs Xaçmaz rayon Məhkəməsinin 17 oktyabr 2024-cü il tarixli, 2(067)-1518/2024 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 31 dekabr 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər bir uşaq üçün 180 manat məbləğində aliment tutularaq iş üzrə tələbkar Cəlilova (Xalıqova) Aysel Məhəmmədəli qızına verilməldir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru X5 izahatında bildirdi ki, Qeyd olunan icra sənədi icraatımıza 04 noyabr 2024-cü il tarixində daxil olmuşdur, daxil olduğu tarixdən etibarən Şəxs tərəfimizdən icraata başlamaq haqqında qərar və bildiriş ünvanına göndərilmişdir. Lakin borclu həmin tarixlərdə ünvanda aşkar olmadığı üçün borclu barəsində 29 dekabr 2024-cü il borclunun axtarılması haqqında qərar qəbul edilərək icra edilməsi üçün Xaçmaz rayon Polis Şöbəsinə göndərilmişdir. Borclu bu gün özü könüllü olaraq icra şöbəsinə gəlmiş və borclunun izahatı alınmışdır. İzahatı üzrə borclunun hal-hazırda ödənilməmiş 1600 manat aliment borcu vardır. Qeyd olunan icra sənədi üzrə tələbkarın xeyrinə ödənilmiş aliment pulu yalnız 200 manat ödəniş qəbzi var, digərlərini bildirir ki, əl ilə ödəmişəm. Onları nəzərə alınmasını xahiş edir. Bir dənə 200 manat ödənilməsi ilə bağlı qəbzi var üstündən. 1800 manat olub aliment borcu ondan 200 manat ödəniş edib. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, o, bir dəfə məhkəmə iclasında iştirak etmiş, ondan sonra məhkəmədən xəbəri olmamışdır. Bakı şəhərində işləməyə getmiş, orada işlədiyi müddətdə iş üzrə tələbkar ona uşağı ilə bağlı pul lazım olduğunu bildirdiyində o, tələbkarın kartına pul göndərmişdir. Bundan sonra o, Xaçmaza gəldiyi vaxt yaşadığı yer üzrə sahə rəisi ona barəsində axtarış işi olduğunu və bununla bağlı İcra Şöbəsinə getməli olduğunu bildirdiyində o, könüllü olaraq İcra Şöbəsinə getmiş və nə ilə bağlı barəsində axtarış verildiyini maraqlandığında o, vaxt ona məlum olmuşdur ki, onun aliment borcu vardır. Onun aliment borcunun olması barədə məlumatı İcra Şöbəsinə gedəndən sonra olmuşdur. Məhkəmə iclasında şahid qisimində ifadə vermiş tələbkar Zərərçəkmiş şəxs göstərdi ki, özü evdə olub, burdan məktublar gedib onun evinə o, özü götürmür, həmin əraziyə baxan poçtalyona demişdir ki, həmin ona poçt vasitəsi ilə göndərilmiş məktubların götürməkdən imtina edir. Ona görə də, göndərilən məktublar ona çatmır. Necə olur ki, iş üzrə özünə göndərilən məktublar ona çatmış, iş üzrə borcluya göndərilən poçt göndərişləri çatmır. Borclu ilə bir yerdə qonşuluqda yaşayanlrdan maraqlandıqda ona borclunun evdə olduğunu demişlər. O, aliment ilə bağlı borcluya telefon ilə zəng vuraraq dedikdə borclu alimenti ödəməyəcəyini hara istəyirsə gedib müraciət etməsini demişdir. Hazırda borclu 200 manat ödəniş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs hərəkətlərində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1- ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 53.0. və 53.0.2-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraata inzibati xəta tərkibi olmadıqda xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edilir. İş materiallarında olan tələbin könüllü icrası haqqında 04 noyabr 2024-cü il tarixli bildirişdən görünür ki, iş üzrə borclu Şəxs həmin bildirişi imza edərək qəbul etməsinə baxmayaraq, bildirişdə imzanın hansı tarixdə imzalanması ilə bağlı qeydlər aparılmamışdır. Məhkəmə iclasında iş üzrə borclu həmin bildirişin iki gün bundan öncə aldığını bildirmiş və bu faktı icra məmuru X5 da təsdiq etmişdir. İş üzrə məhkəmə iclasında icra məmuru X1 edənin sualına cavabında Şəxs özü könüllü olaraq icra şöbəsinə gəldiyini və ilk dəfə olaraq onu elə 06 fevral 2025-ci il tarixdə gördüyünü bildirmişdir.. Beləliklə, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, həmin maddə ilə nəzərdə tutulmuş inzibati xəta əməlinin tərkib hissəsinin yaranması üçün əsas şərt məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsidir. Lakin məhkəmə iclasında izahat vermiş icra məmuru iş üzrə tələbkarın indiyədək icra şöbəsinə müraciət etmədiyi üçün aliment üzrə ödənişlər ödənilib-ödənilməməsi, borcun olub-olmaması ilə bağlı məlumatı olmadığını bildirmişdir. Yəni, onun əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlinin tərkib hissəsi yoxdur və ona görə də iş üzrə icraata xitam verilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 30, 99, 106, 112, 133, 115, 116, 117 və 130-cu maddələrini rəhbər tutaraq, Qəraraaldı: Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 528.1-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlinin tərkib hissəsi olmadığından onun barəsində olan inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. HAKİM SƏRXAN SƏMƏDZADƏ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar