Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-314/2021 29.04.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon X5 X8 inspektoru polis serjantı Şirəliyev Rəşad Güləli oğlunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1966-cı ildə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati tənbehə məruz qalmamış, ünvan 1 ünvanında yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati materiala baxaraq MÜƏYY ƏN ETDİ : Şəxs 01 aprel 2021-ci il tarixdə saat 09:15 radələrində idarə etdiyi «Mitsubishi Pajero» markalı, ** PJ *** dövlət nömrə nişanlı avtomaşını ilə Xaçmaz rayonunun Xudat şəhərindən Bakı istiqamətində hərəkətdə olarkən Xaçmaz rayon Qusarçay kəndi ərazisində yerləşən işıqforun qırmızı işığını gözləmədən keçdiyindən ərazidə xidməti vəzifəsini icra edən Xaçmaz rayon X5 X8 inspektoru tərəfindən saxlanılmış və yoxlama zamanı onun nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməsi müəyyən edilmişdir. Məhkəmə iclasında Xaçmaz rayon X5 X8 inspektoru polis serjantı Şirəliyev Rəşad Güləli oğlu inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək göstərdi ki, 01 aprel 2021-ci il tarixdə saat 09:15 radələrində idarə etdiyi «Mitsubishi Pajero» markalı, ** PJ *** dövlət nömrə nişanlı avtomaşını ilə Xaçmaz rayonunun Xudat şəhərindən Bakı istiqamətində hərəkətdə olarkən Xaçmaz rayon Qusarçay kənd ərazisində yerləşən işıqforun qırmızı işığını gözləmədən keçdiyinə görə tərəfndən saxlanılmış və yoxlama zamanı onun nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməsi müəyyən edilərək barəsində müvafiq sənədləşmə işləri aparılmışdır. Məhkəmədə izahat verən inzibati xəta törətmiş şəxs Şəxs özünü qismən təqsirli bilərək izahatında göstərdi ki, 30 mart 2021-ci il tarixdə axşam saatlarında evdə olarkən 2 bakal pivə içmişdir. Səhəri gün yəni 01 aprel 2021-ci il tarixdə saat 09:15 radələrində idarə etdiyi «Mitsubishi Pajero» markalı, ** PJ *** dövlət nömrə nişanlı avtomobillə yaşadığı evdən çıxaraq Bakı şəhəri istiqamətində hərəkətdə olarkən tələsdiyindən Xaçmaz rayonunun Qusarçay kəndi ərazisində yerləşən işıqforun qırmızı işığında keçmişdir. Həmin vaxt ərazidə xidmət aparan Xaçmaz rayon X5 X8 inspektoru tərəfindən saxlanılmış, alkotestr müayinəsində onda guya alkoqol sərxoşluğu müəyyən edilmişdir. Lakin o, alkotestr müayinəsinin nəticəsi ilə razı olmadığından Xaçmaz Mərkəzi Rayon Xəstəxanasında da müayinədən keçdikdə, müayinə sənədində onda yüngül dərəcəli alokoqol sərxoşluğu müəyyən edilmişdir. Hesab edir ki, o, pivəni axşam içdiyindən onda keçən vaxt ərzində sərxoşluq qala bilməzdi. Hətta Quba rayonununda müayinədən keçdikdə onda alkoqol sərxoşluğunun olmadığı barədə rəy verilmişdir. Ona görə də iş üzrə qanuni qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Xaçmaz rayon X5 X7 İnzibati təcrübə üzrə baş inspektoru polis kapitanı X4 göstərdi ki, Şəxs 01 aprel 2021-ci il tarixdə saat 09:15 radələrində idarə etdiyi «Mitsubishi Pajero» markalı, ** PJ *** dövlət nömrə nişanlı avtomaşını ilə Xaçmaz rayonunun Xudat şəhərindən Bakı istiqamətində hərəkətdə olarkən Xaçmaz rayon Qusarçay kənd ərazisində yerləşən işıqforun qırmızı işığını gözləmədən keçdiyindən ərazidə xidməti vəzifəsini icra edən Xaçmaz rayon X5 X8 inspektoru tərəfindən saxlanılmış, Şəxsun spirtli içki qəbul edib nəqliyyat vasitəsinin idarə etməsi şübhəsi yarandırğından yol patrul xidməti inspektoru tərəfindən alkotestr müayinəsindən keçirilmiş, müayinənin nəticəsinə əsasən Şəxs 0,312 promil alkoqol sərxoşluğu müəyyən edilmişdir. Şəxs alkotestr müayinəsinin nəticəsi ilə razı olmadığından qanunun tələblərinə müvafiq olaraq o, Xaçmaz rayon Mərkəzi Xəstəxanasında həkim narkoloqun müayinəsindən keçirilmiş və müayinənin nəticələrinə əsasən Şəxs yüngül dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir. Bu səbəbdən Şəxs barəsində inzibati hüquq pozuntusuna görə müvafiq sənədləşmə işləri aparılmışdır. Məhkəmə inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında 01 aprel 2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol, inzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon X5 X8 əməkdaşının, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, şahidin ifadəsi, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. İnzibati xəta törətmiş şəxs Şəxs axşam saatlarında pivə içməsinə baxmayaraq səhər saatlarında yol patrul xidməti əməkdaşı tərəfindən saxlanıldığı anda onda artıq sərxoşluq olmadığı və barəsində əsassız olaraq sərxoş olması barədə rəy yazılması və izahatında irəli sürdüyü bu kimi digər dəllilər məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, onun bu barədə irəli sürdüyü dəlillər yalnız özünü müdafiə və məsuliyyətdən yaxa qurtarmaq xarakteri daşıyır. Belə ki, inzibati xəta haqqında protokola əlavə edilmiş 01 aprel 2021-ci il tarixli, 07954 saylı sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə edilməsi haqqında alkotesterin nəticəsindən (protokollaşdırmadan) görünür ki, sürücü Şəxs həmin tarixdə sərxoşluq yoxlamasından keçirilmiş, qəbul etdiyi alkoqolun miqdarı (alkoqolun konsentrasiyası) 0.312 promil olmuşdur. İnzibati xəta haqqında protokola əlavə edilmiş 01 aprel 2021-ci il tarixli, 31 nömrəli sərxoluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs 01 aprel 2021-ci il tarixdə saat 09:15 radələrində Xaçmaz rayon Mərkəzi Xəstəxanasında həkim narkoloqun müayinəsindən keçirilmiş və onda yüngül dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli 209 saylı qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 2.4-cü bəndinə əsasən xüsusi texniki vasitə alkoqolun konsentrasiyasının 0,3 promil və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. “Yol hərəkəti haqqında” qanunun 37-ci maddəsinin 8-ci bəndinin tələbinə görə mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında nəqliyyat vasitəsini idarə etməməlidir. Göründüyü kimi, Şəxs “Yol hərəkəti haqqında” qanunun 37-ci maddəsinin 8-ci bəndi ilə üzərinə vəzifə olaraq qoyulmuş hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqoldan istifadə edərək nəqliyyat vasitəsini idarə etməməli olduğu halda bunu etmiş və bu hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli, hüquqa zidd əməl törətmişdir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs ilk dəfə inzibati xəta törətməsini məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirir. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən halları, məsuliyyətinin ağırlaşdıran halların olmamasını nəzərə alaraq onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş tənbehlərdən cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesa edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 400 (dörd yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev
Məhkəmə qərarları › İş №3(067)-314/2021
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-314/2021
29.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver