Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-314/2022 18.03.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, Şikayət verən şəxs X3 iştirakı ilə, X3 Ekologiya və Təbii Sərvətlər Nazirliyi X7 Təhlükəsizlik Xidməti İdarəsinin 21.01.2022ci il tarixli MN №1120191 saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i : X4 məhkəməyə müraciət edərək bildirmişdir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi X7 Təhlükəsizlik Xidməti İdarəsinin inzibati tənbeh vermə haqqında 21.01.2022-ci il tarixli MN №1120191 saylı qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında şikayət vermiş şəxs şikayət ərizəsini onunla əsaslandırmışdır ki, ailəsi ilə birlikdə Xaçmaz rayonu Tikan -Oba kəndində yaşayır. Rəsmi qaydada heç yerdə işləmir və ailəsini dolandırmaq üçün hərdən Xəzər dənizində həvəskar balıqçı kimi xırda balıq ovlayır. 07 noyabr 2021-ci il tarixdə həmkəndlisi X5 oglu ilə taxta qayıqda Xəzər dənizinə girib xırda balıq ovlamaq istəmişlər. Dənizdə güclü dalğa qalxdığı üçün tez bir zamanda geri qayıtmalı olmuş və heç bir balıq ovlamamışlar. Geri qayıdarkən onlar suyun üzərində bir ədəd ölmüş nərə cinsli balığı görüb onu götürmüşlər ki, ekologiya korlanmasın və sahilə çıxarıb onu itlərə versinlər. Qayıqla sahilə çıxdıqda Tikan-Oba ərazisinə aidiyatı olmayan iki nəfər tanımadıqları DSX-nin xüsusi geyimində əməkdaşları onlara yaxınlaşmışdır. Onlar onlardan kim olduğunu soruşduqda bildirdilər ki, DSX-nin əməkdaşları onlara çörək pulu üçün çıxmışlar demişdir. Hətta onlar onların hərbi sərhəd tərəfindən kitabçalarını götürərək kitapçaya möhür vurmu, onlardan hörmət olunmasını istədikdə onlar çəkiliş edərək, onlardan sənədlərini istədikdə orada olan adını təqdim etməyən Baş leytenant geymində olan sərhədçi çəkilişi görərək gəldiyi mülki maşına, qırmızı rəngli 06 markalı ** SG *** dövlət qeydiyyat nişanlı maşına qaçaraq üzünü gizlətdi. Onların çəkiliş etdiylərinə baxmayaraq o, qayığa heç bir baxış keçirmədən idarə etdiyi mülki maşına minərək oradan uzaqlaşmışdır. Bu barədə çəkilişi məhkəməyə təqdim edəcək. Həmin günün axşamı onları DSX-nin İsti-su qəsəbəsində yerləşən zastavaya Yəhya adında baş leytinant İsti-suya dəvət etmiş, hər ikimizin adından Yəhya izahatlar yazmış və izahatları oxuturmadan bizə imzalatdırmışdır. Bundan da əlavə (onlarda olan dənizə giriş-çıxışa dair kitabı alaraq ora 07 noyabr 2021-ci il tarixdə onları sahildə saxlamış hərbiçilərin həmin kitaba vurduqları möhürün üzərinə yenidən eyni tarixli möhür vurmuşdur ki, əvvəlki hərbçilərin qanunsuz əməlləri ört-bastır edilsin. (həmin kitabın foto şəklini məhkəməyə təqdim edəcək). Həmin vaxt orada olmuş Rauf adında polkovnik leytenant onlara təklif etdi ki, səhərisi günə mütləq qaydada bir ədəd nərə cinsli balığı tapıb taxta qayığın yanında şəkil çəkdirməliyik, əks halda bundan sonra onları dənizə buraxmayacaqdır. O, söz verdi ki, onlardan birini 200 manat cərimə edəcək. Onlar da onun sözünə inanıb bazardan bir ədəd nərə cinsli balıq alaraq onu doğramış və sahildə qayığın yanında DSX-nin əməkdaşlarının iştrakı ilə fotoşəkil çəkdirmişlər. Yəni onlara istinad olunan hadisə yuxarıdakı qaydada baş vermiş, onlar dənizdən nərə cinsli balığı ovlamamış, sadəcə olaraq suyun üzərində ölmüş balığı görüb onu götürmüşlər. Bundan sonra onları DSX-nin istintaq idarəsində müstəntiq Nicat müəllim dindirmiş, yuxarıda göstərilən məzmunda izahatlar vermişlər. 03 fevral 2022-ci il tarixdə ona poçt vasitəsi ilə ETSN yanında DETX rəisi səlahiyyətlərini müvəqqəti icra edən X1 barəsində tərtib etdiyi 21 yanvar 2022-ci il tarixli MN №1120191 saylı inzibati tənbeh vermə haqqında qərar daxil olmuş, həmin qərara əsasən o, İXM-nin 272.1 -ci maddəsi ilə təqsirli bilinib 1000 manat inzibati cərimə olunmuşdur. Hesab edir ki, həmin qərar qanunsuz və əsassızdır, aşağıda göstərilən səbəblərə görə ləgv edilməlidir. Hesab edir ki, buna görə onun əməlində heç bir qanunsuz hərəkət yoxdur. Onun barəsində Azərbaycan Respublikası İXM-272.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmədiyi barədə qanunsuz qərar qəbul edilmişdir. Ona görə də göstərdiyi qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət verən şəxs ərizəyə uyğun izahat verərək, ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan İnzibati tənbeh verilməsi haqqında 21 yanvar 2022ci il tarixli MN №1120191 saylı qərarından müəyyən olunur ki, X4 Azərbaycan Respublikasının İXM-nin 272.1-ci maddəsinin tələblərini pozduğuna görə 1000 (bir min) manat inzibati cərimə edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi X7 Təhlükəsizlik Xidməti İdarəsinin inzibati tənbeh vermə haqqında 21 yanvar 2022-ci il tarixli MN №1120191 saylı qərarın əsassız olmasına dair şikayətçi tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, şikayət ərizəsində qeyd olunanlar şəxsin özünümüdafiə xarakteri daşıyır və iş materialları ilə sübuta yetirilmir. İş materiallarına əlavə edilmiş qərar və izahatlardan müəyyən olunur ki, şikayət verən şəxs Azərbaycan Respublikası İXM-nin 272.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər.i Azərbaycan Respublikası İXM-nin 131.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Azərbaycan Respublikası İXM-nin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Azərbaycan Respublikası İXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.5-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Azərbaycan Respublikası İXM-nin 134.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma haqqında qərarda bu Məcəllənin 115-ci maddəsində qeyd edilən məlumatlar göstərilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X3 Ekologiya və Təbii Sərvətlər Nazirliyi X7 Təhlükəsizlik Xidməti İdarəsinin inzibati tənbeh vermə haqqında 21.01.2022ci il tarixli MN №1120191 saylı qərarından verdiyi şikayəti təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı : Şikayət təmin edilməsin. Qərardan 10 gün müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov
Məhkəmə qərarları › İş №3(067)-314/2022
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-314/2022
18.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver