Məhkəmə qərarları › İş №3(067)-318/2021

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-318/2021

19.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-318/2021 19.04.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1986-cı ildə Xaçmaz rayonunda anadan olan, Azərbaycan Respublikası vətəndaşı, Xaçmaz rayonu Yeni Həyat qəsəbəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair toplanmış materiala baxaraq müəyyən etdi: Şəxs xx.xx.2021-ci il tarixdə saat 14-30 radələrində Xaçmaz rayonu Yeni Həyat qəsəbəsində polis əməkdaşlarının qanuni tələblərin qəsdən tabe olmadığına görə Xaçmaz RPŞ-nə gətirilmiş və barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati xəta haqqında material tərtib edilərək, baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Xaçmaz RPŞ-nin sahə rəisi X8 məhkəmə iclasında bildirdi ki, Xaçmaz RPŞ-nə Şəxs barəsində kollektiv şikayət daxil olmuşdur. Həmin şikayətin araşdırılması məqsədilə o, Şəxs dəfələrlə polis şöbəsinə dəvət etsə də, sonuncu onun çağırışlarına məhəl qoymurdu. xx.xx.2021-ci il tarixdə post patrul xidmətinin əməkdaşları xidməti ərazidə xidmət apararkən, Şəxs görüb, onu polis şöbəsinə dəvət etsələr də, Şəxs polis əməkdaşlarının qanuni tələblərinə əməl etməyərək qaçmağa cəhd etmişdir. Nəticə polis əməkdaşları Şəxs saxlaya bildilər. Məhkəmə iclasında izahat vermiş barəsində inzibati xətaya dair icraat aparılan Şəxs özünü inzibati xətanı törətməkdə təqsirli bilərək, inzibati xətanı əsəbi olduğundan törətdiyini, əməlindən peşman olduğunu bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, əlilliyi yoxdur. Məhkəmə iclasında zərəçəkmiş şəxs qismində izahat vermiş X1 bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 14-30 radələrində Xaçmaz rayonu Yeni Həyat qəsəbəsində Şəxs tərəfindən söyülərək təhqir olunmuşdur. Məhkəmə iclasında şahid qismində izahat vermiş X6 bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 14-30 radələrində Xaçmaz rayonu Yeni Həyat qəsəbəsində Şəxs tərəfindən söyülərək təhqir olunmuşdur. Məhkəmə iclasında şahid qismində izahat vermiş X3 bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 14-30 radələrində Xaçmaz rayonu Yeni Həyat qəsəbəsində Şəxs tərəfindən söyülərək təhqir olunmuşdur. Məhkəmə iclasında şahid qismində izahat vermiş Remziyeva Nəsibə Niday qızı bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 14-30 radələrində Xaçmaz rayonu Yeni Həyat qəsəbəsində Şəxs tərəfindən söyülərək təhqir olunmuşdur. İş materiallarında olan MN № ******* saylı xx xxxxx 2021-ci il tarixli İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2021-ci il tarixdə saat 14-30 radələrində Xaçmaz rayonu Yeni Həyat qəsəbəsində polis əməkdaşlarının qanuni tələblərin qəsdən tabe olmadığına görə barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. İş materiallarında olan inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs xx xxxxx 2021-ci il tarixdə, saat 19:00-da inzibati qaydada tutulmuş xx xxxxx 2021-ci il tarixdə saat 16-00 da azad edilmişdir. İş materiallarında olan MN № ******* saylı xx xxxxx 2021-ci il tarixli Qərardaddan görünür ki, Şəxs inzibati məsuliyyətə cəlb olunması üçün barəsində toplanmış material Xaçmaz rayon məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, polis əməkdaşlarının və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatlarla sübuta yetirilmişdir ki, Şəxs polis işçilərinin qanuni tələblərinə tabesizlik göstərmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən edilmədi. Elektron məhkəmə informasiya sistemindən əldə olunmuş məlumatlardan müəyyən olunur ki, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2020 və xx.xx.2020-ci il tarixlərdə İnzibati Xətalər Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş xətaları törətdiyindən barəsində inzibati tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-in 33.1.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Həmin Məcəllənin 31.4-cü maddəsində qeyd olunur ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halların müəyyən edilməməsini, inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi isə məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Səfiyev X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin törətdiyi inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq onun barəsində həbs növündə inzibati tənbeh təyin olunması məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128 və 130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinib ona 22 (iyirmi iki) gün müddətinə həbs növündə inzibati tənbeh təyin edilsin. Şəxs dərhal məhkəmə iclas zalından həbs edilsin. Həbsin əvvəli xx xxxxx 2021-ci il tarixdən saat 17:30-dan hesablansın. Şəxs saxlandığı xx xxxxx 2021-ci il saat 19:00-dan xx xxxxx 2021-ci il saat 16:00-dək olan 02 (iki) günü həbs müddətindən çıxılsın və onun üzərində 20 (iyirmi) gün müddətinə həbs növündə inzibati tənbeh tədbiri saxlanılsın. Qərarın surəti icra edilməsi üçün Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar