Məhkəmə qərarları › İş №3(067)-319/2021

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-319/2021

07.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-319/2021 07.05.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi ilə, X2 tərəfindən Xaçmaz RPŞ-nin İTB-nin sahə rəisi X3 tərəfindən tərtib edilmiş 17 mart 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolun əsasında tərtib edilmiş 17 mart 2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i : X2 məhkəməyə müraciət edərək bildirmişdir ki, Xaçmaz RPŞ-nin İTB-nin sahə rəisi X3 tərəfindən tərtib edilmiş 17 mart 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolun əsasında tərtib edilmiş 17 mart 2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi, barəsində olan Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə inzibati xətaya dair işin icraatına xitam verilməsi və onun inzibati məsuliyyətdən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət vermiş şəxs şikayət ərizəsini onunla əsaslandırmışdır ki, o, 17 mart 2021-ci il tarixdə saat 12 radələrində Xaçmaz şəhəri, N.Nərimanov küçəsində “Aygün” şadlıq sarayının qarşısında dərman almaq məqsədilə aptekə tərəf üzündə qoruyucu vasitə (maska) olmaqla gedirdi. Bu zaman Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları ona yaxınlaşaraq, nəyə görə qoruyucu vasitəsi burun nahiyyəsinin üstünə qədər çəkib bağlamadığının irad tutanda o, onlara əsəblərinin pozulması ilə bağlı təngnəfəs olduğuna görə bəzən həmin qorucuyu vasitəni burun nahiyyəsinən aşağı vəziyyətdə saxladığını bildirəndə onlar buna əhəmiyyət verməyib barəsində AR İXM-nin 211.2 –ci maddəsi ilə 17 mart 2021-ci il tarixli MN ******* saylı protokol tərtib etdilər və bir nüsxəsinin ona təqdim etdilər. O. barəsində tərtib olunmuş həmin protokolun qanunsuz və əsassız olduğunun hesab edərək Xaçmaz RPŞ-nin 17 mart 2021-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət vermiş şəxs cərrahiyə əməliyyatı keçirdiyindən məhkəmə iclaslarında iştirak edə bilməyəcəyi barədə məhkəməyə teleqram ünvanlamışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan İnzibati tənbeh verilməsi haqqında Xaçmaz RPŞ-nin 17 mart 2021-ci il tarixli, MN ******* nömrəli qərarından görünür ki, X2 17 mart 2021-ci il tarixdə Xaçmaz şəhəri N.Nərimanov küçəsində fərdi qoruyucu vasitədən istifadə etmədiyindən İXM-nin 211.1-ci maddəsinə və Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinə əsasən 100 (yüz) manat cərimə edlmişdir. Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması,epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İXM-nin 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. Azərbaycan Respublikasının İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İXM-nin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilir. Araşdırma zamanı müəyyən edilmişdir ki, inzibati xəta haqqında qərardan şikayət vermiş X2 AR İXM-nin 211.1-ci maddəsinin tələblərini pozduğunu şikayət ərizəsində etiraf etmiş, bunu da, onunla əsaslandırmışdır ki, o, qoruyucu maskanı əsəblərinin gərgin olması səbəbindən təngnəfəs olduğuna görə burun nahiyyəsindən aşağı vəziyyətdə saxlamışdır. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında qərardan şikayət vermiş X1 əməli Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinin dispozisiyasında əksini tapdığından, barəsində tərtib olunmuş inzibati xəta haqqında qərar qanuni və əsaslıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli və Xaçmaz RPŞ-nin 17 mart 2021-ci il tarixli, MN0817564 saylı qərarı qanuni hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128 və 130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı : Şikayət təmin edilməsin. Qərardan 10 gün müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar