Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 3(067)-320/2021 21.04.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, X2 Xaçmaz Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X3 onun barəsində tərtib etdiyi MN ******* saylı protokoldan şikayətinə məhkəmə iclasından kənar prosessual qaydada baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ : X1 Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X3 onun barəsində tərtib etdiyi MN ******* saylı protokoldan şikayət etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində protokoldan şikayət verilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məçəlləsinin 109.1.6.-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam oluduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X2 Xaçmaz Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X3 onun barəsində tərtib etdiyi MN ******* saylı protokoldan şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM : X2 Xaçmaz Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X3 onun barəsində tərtib etdiyi MN ******* saylı protokoldan şikayəti geri qaytarılsın. Hakim: İlkin Xəlilov. İş N 3(067)-320/2021 Məhkəmə iclasından kənar prosessual hərəkət barədə PROTOKOL xx xxxxx 2021-ci il Xaçmaz şəhəri Xaçmaz rayon məhkəməsinin hakimi Xəlilov İlkin Ələkbər oğlu, X2 Xaçmaz Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X3 onun barəsində tərtib etdiyi MN ******* saylı protokoldan şikayətinə dair iş üzrə məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdi. X2 Xaçmaz Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X3 onun barəsində tərtib etdiyi MN ******* saylı protokoldan şikayətinin geri qaytarılması haqqında prosessual hərəkət saat 17:45-də başlanır. Prosessual hərəkət saat 17:48-də başa çatdı. Hakim: İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №3(067)-320/2021
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №3(067)-320/2021
21.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver