Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-325/2023 01.03.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1990-cı ildə Xaçmaz rayonunun Hacılar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala baxaraq müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə inzibati xəta haqqında material tərtib edilərək baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir ondan ötrü ki, o, Xaçmaz rayon məhkəməsinin 12 mart 2021-ci il tarixli 2(067)-898/2021 saylı icra sənədi üzrə 3199 manat aliment və 03 may 2021-ci il tarixli 2(067)-1016/2021 saylı icra sənədi üzrə 2000 ABŞ dolları borcu ödəməyərək icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahat verərək bildirmişdir ki, Xaçmaz rayon məhkəməsinin 12 mart 2021-ci il tarixli 2(067)-898/2021 saylı icra sənədinə əsasən Sumqayıt şəhər məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı artırılaraq bir uşağın yetkinlik yaşına çatana qədər saxlanılması üçün Şəxs hər ay 150 manat məbləğində sabit pul şəklində aliment alınaraq Abasova (Heydərova) Səadət Bəhruz qızına verilməlidir. Bundan başqa, Xaçmaz rayon məhkəməsinin 03 may 2021-ci il tarixli 2(067)-1016/2021 saylı icra sənədinə əsasən Şəxs 2000 ABŞ dolları məbləğində pul tutularaq X3 verilməlidir. Borclu alimentlə bağlı ödənişləri lazımınca icra etməmiş və onun aliment borcu yaranmışdır. Borclu 03 may 2021-ci il tarixli 2(067)-1016/2021 saylı icra sənədi üzrə isə heç bir ödəniş etməmişdir. Beləliklə, Şəxs 3199 manat aliment borcu və 2000 ABŞ dollar borcu vardır. Həmçinin bildirmişdir ki, borclu alimentin miqdarı artırıldıqdan sonra cəmi 100 manat olmaqla, sonuncu dəfə 2021-ci ilin oktyabr ayında alimet ödəmiş, digər icra sənədi üzrə isə heç bir ödəniş etməmişdir. Əlavə olaraq bildirdi ki, borclu barəsində bundan əvvəl qeyd olunan alimentlə bağlı məhkəmənin qərarı ilə cərimə inzibati tənbehi tətbiq edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahat verərək bildirmişdir ki, o, insult keçirdiyi üçün icra sənədləri üzrə borclarını ödəyə bilməmişdir. O, iki-üç gündür ki, telefon ustası kimi işləməyə başlamış və həmin borclarını ödəməyə başlayacaqdır. Həmçinin bildirdi ki, onun insult keçirməsi barədə tibbi sənədlər yoxdur, bunu ona həkim baxaraq şifahi olaraq bildirmişdir. Lakin o, hazırda nevroloji xəstəliklə bağlı müalicə alır. Bundan sonra hər ay borcuna görə ödəniş edəcəyini bildirərək, xəstəliyinin nəzərə alınaraq barəsində cərimə inzibati tənbeh növünün təyin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, əlilliyi yoxdur. İş materiallarında olan icra vərəqəsindən görünür ki, Xaçmaz rayon məhkəməsinin 12 mart 2021-ci il tarixli 2(067)-898/2021 saylı icra sənədinə əsasən Sumqayıt şəhər məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı artırılaraq bir uşağın yetkinlik yaşına çatana qədər saxlanılması üçün Şəxs hər ay 150 manat məbləğində sabit pul şəklində aliment alınaraq Abasova (Heydərova) Səadət Bəhruz qızına verilməlidir. İş materiallarında olan icra vərəqəsindən görünür ki, Xaçmaz rayon məhkəməsinin 03 may 2021-ci il tarixli 2(067)-1016/2021 saylı icra sənədinə əsasən Şəxs 2000 ABŞ dolları məbləğində pul tutularaq, ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın rəsmi məzənnəsinə uyğun olaraq manat ekvivalentində X2 hesabına ödənilməlidir. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə tələblərin könüllü icrası barədə bildirişlər təqdim edilmişdir. Həmçinin barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin əmlak vəziyyəti yoxlanılmış, lakin onun mülkiyyətində əmlak aşkar edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin törətdiyi inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq onun barəsində həbs növündə inzibati tənbeh təyin olunması məqsədə müvafiqdir. İş materiallarında olan Xaçmaz RPŞ tərəfindən Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış məktubun surətindən görünür ki, axtarış işi üzrə Şəxs 01 mart 2023-cü il tarixdə saxlanılaraq icra və probasiya şöbəsinə təhvil verilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128 və 130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: xx.xx.1990-cı ildə Xaçmaz rayonunun Hacılar kəndində anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 07 (yeddi) gün müddətinə inzibati həbs növündə tənbeh təyin edilsin. Şəxs məhkəmə iclas zalında dərhal həbsə (inzibati qaydada tutulsun) alınsın. Həbsdə saxlama müddətinin əvvəli 01 mart 2023-cü il tarixdən, saat 00:00-dan hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Xaçmaz Rayon Polis Şöbəsinə və Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar Sadıqov
Məhkəmə qərarları › İş №3(067)-325/2023
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-325/2023
01.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver