Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-326/2021 21.04.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X4 oğlunun, Zərərçəkmiş şəxs Babayeva (Tağıyeva) Pərvin Şıxəli qızının, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1989-cu ildə Xaçmaz şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz şəhəri, Sara Xatun küçəsi 8 saylı evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala baxaraq müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə inzibati xəta haqqında material tərtib edilərək baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir ondan ötrü ki, Şəxs Xaçmaz rayon məhkəməsinin 2(067)-3881/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən bir uşağının yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 100 manat miqdarında aliment alınaraq və Quba rayon məhkəməsinin 2(027)-3623/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən 4800 manat dəyərində 25 qram olan qolbağ, üzük və boyunbağıdan ibarət komplekt, 900 manat dəyərində 5 qram nişan üzüyü və 420 manat dəyərində 6 qram olan paxlava formalı tək üzük və ya onların dəyəri alınaraq X2 verilməsi təmin olunmalıdır. Qərar müvafiq qaydada icraya yönəldilmiş və tələbin könüllü icrasını təmin etmək üçün borcluya bildiriş göndərilmişdir. İş üzrə borclu Şəxs oğluna dəfələrlə borcunun ödənilməsi və icra şöbəsinə gəlməsi barədə xəbərdarlıq olunsada o, icra şöbəsinə gəlməmişdir. Hazırda borclunun 6520 manat aliment borcu var. Belə ki, aliment üzrə 400 manat, digər icra sənədi üzrə isə 6120 manat. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahat verərək bildirmişdir ki, Şəxs Xaçmaz rayon məhkəməsinin 2(067)-3881/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən bir uşağının yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 100 manat miqdarında aliment alınaraq və Quba rayon məhkəməsinin 2(027)-3623/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən 4800 manat dəyərində 25 qram olan qolbağ, üzük və boyunbağıdan ibarət komplekt, 900 manat dəyərində 5 qram nişan üzüyü və 420 manat dəyərində 6 qram olan paxlava formalı tək üzük və ya onların dəyəri alınaraq X2 verilməsi təmin olunmalıdır. Qərarlar müvafiq qaydada icraya yönəldilmiş və tələbin könüllü icrasını təmin etmək üçün borcluya bildiriş göndərilmişdir. İş üzrə borclu dəfələrlə borcunun ödənilməsi və icra şöbəsinə gəlməsi barədə xəbərdarlıq olunsada o, icra şöbəsinə gəlməmişdir. Hazırda borclunun 6520 manat borcu var. Belə ki, aliment üzrə 400 manat, digər icra sənədi üzrə isə 6120 manat. Məhkəmədə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahat verərək bildirmişdir ki, ondan Xaçmaz rayon məhkəməsinin 2(067)-3881/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən bir uşağının yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 100 manat miqdarında aliment alınaraq və Quba rayon məhkəməsinin 2(027)-3623/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən 4800 manat dəyərində 25 qram olan qolbağ, üzük və boyunbağıdan ibarət komplekt, 900 manat dəyərində 5 qram nişan üzüyü və 420 manat dəyərində 6 qram olan paxlava formalı tək üzük və ya onların dəyəri alınaraq X2 verilməsi təmin olunmalıdır. Ona bildiriş göndərilmişdir. Pandemiya ilə əlaqədar bir müddət işləməmişdir. Sabah alimentə görə 400 manat, əmlak borcundan isə 100 manat ödəniş edəcək. Hazırda evlidir və himayəsində 2 azyaşlı uşağı var. Əlavə olaraq bildirdi ki, əlilliyi yoxdur. Məhkəmədə zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ona Xaçmaz rayon məhkəməsinin 2(067)-3881/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən bir uşağının yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 100 manat miqdarında aliment alınaraq və Quba rayon məhkəməsinin 2(027)-3623/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən 4800 manat dəyərində 25 qram olan qolbağ, üzük və boyunbağıdan ibarət komplekt, 900 manat dəyərində 5 qram nişan üzüyü və 420 manat dəyərində 6 qram olan paxlava formalı tək üzük və ya onların dəyərini ödəməlidir. Sabah borcundan 500 manat ödəyərsə barəsində cərimə növündə inzibati təyin edilməsinə etiraz etmir. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tələbin könüllü icrası barədə bildirişi almış və izahatında borcunu ödəyəcəyini bildirmişdir. Həmçinin barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin əmlak vəziyyəti yoxlanılmış, lakin onun mülkiyyətində əmlak aşkar edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin törətdiyi inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq onun barəsində cərimə növündə inzibati tənbeh təyin olunması məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128 və 130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: xx.xx.1989-cu ildə Xaçmaz şəhərində anadan olmuş Şəxs Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati təyin edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Sadıqov
Məhkəmə qərarları › İş №3(067)-326/2021
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-326/2021
21.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver