Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-326/2023 01.03.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X12, İnzibati xəta haqqında protokolu tərtib etmiş Xaçmaz rayon X19 təhlükəsizlik bölməsinin polis sahə rəisi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxx 1989-cu ildə Xaçmaz şəhərində anadan olmuş, subay, orta təhsilli, işləməyən, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati tənbehə məruz qalmamış, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs 25 dekabr 2022-ci il tarixdə axşam saatlarında X3 yaşadığı Xaçmaz rayonunun Müşkür kəndi ərazisində yerləşən evin tövləsindən ümumi dəyəri 150 manat olan 5 ədəd hind quşunu, 05 yanvar 2023-cü il tarixdən 13 fevral 2023-cü il tarixə kimi olan müddət ərzində X1 Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndi ərazisində yerləşən 20 sot torpaq sahəsindən 400 manat dəyərində dəmir barmaqlıqlı hasarı və dəmir dirəkləri, 05 fevral 2023-cü il tarixdə X8 yaşadığı Xaçmaz şəhəri, N.Tusi küçəsi 68 saylı yaşayış evinin həyətindən 90 manat dəyərində 2 ədəd hind quşunu, 07 fevral 2023-cü il tarixdən 08 fevral 2023-cü il tarixə keçən gecə saatlarında X4 yaşadığı Xaçmaz rayonunun Müşkür kəndində yerləşən yaşayış evinin həyətindən sonuncuya məxsus 90 manat dəyərində 1 ədəd 29 nömrəli velosipedi, 08 fevral 2023-cü il tarixdə axşam saatlarında X6 yaşadığı Xaçmaz şəhəri, Arif Hüseynzadə küçəsi 19 saylı evin qonaq otağından 60 manat dəyərində 1 ədəd “Samsung” markalı tozsoranı oğurlamaqla özgə əmlakını xırda talamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Xaçmaz rayon X19 təhlükəsizlik bölməsinin polis sahə rəisi X9 göstərdi ki, Şəxs 25 dekabr 2022-ci il tarixdə axşam saatlarında X3 yaşadığı Xaçmaz rayonunun Müşkür kəndi ərazisində yerləşən evin tövləsindən ümumi dəyəri 150 manat olan 5 ədəd hind quşunu, 05 yanvar 2023-cü il tarixdən 13 fevral 2023-cü il tarixə kimi olan müddət ərzində X1 Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndi ərazisində yerləşən 20 sot torpaq sahəsindən 400 manat dəyərində dəmir barmaqlıqlı hasarı və dəmir dirəkləri, 05 fevral 2023-cü il tarixdə X8 yaşadığı Xaçmaz şəhəri, N.Tusi küçəsi 68 saylı yaşayış evinin həyətindən 90 manat dəyərində 2 ədəd hind quşunu, 07 fevral 2023-cü il tarixdən 08 fevral 2023-cü il tarixə keçən gecə saatlarında X4 yaşadığı Xaçmaz rayonunun Müşkür kəndində yerləşən yaşayış evinin həyətindən sonuncuya məxsus 90 manat dəyərində 1 ədəd 29 nömrəli velosipedi, 08 fevral 2023-cü il tarixdə axşam saatlarında X6 yaşadığı Xaçmaz şəhəri, Arif Hüseynzadə küçəsi 19 saylı evin qonaq otağından 60 manat dəyərində 1 ədəd “Samsung” markalı tozsoranı oğurlamaqla özgə əmlakını xırda talamışdır. Bu səbəbdən Şəxs barəsində müvafiq sənədləşmə aparılmışdır. Məhkəmədə izahat vermiş Şəxs törətdiyi inzibati xətanı etiraf etməklə bildirmişdir ki, o, həqiqətən maddi imkansızlıqdan 25 dekabr 2022-ci il tarixdə axşam saatlarında X3 yaşadığı Xaçmaz rayonunun Müşkür kəndi ərazisində yerləşən evin tövləsindən 5 ədəd hind quşunu, 05 yanvar 2023-cü il tarixdən 13 fevral 2023-cü il tarixə kimi olan müddət ərzində X1 Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndi ərazisində yerləşən torpaq sahəsindən dəmir barmaqlıqlı hasarı və dəmir dirəkləri, 05 fevral 2023-cü il tarixdə X8 yaşadığı Xaçmaz şəhəri, N.Tusi küçəsi 68 saylı yaşayış evinin həyətindən 2 ədəd hind quşunu, 07 fevral 2023-cü il tarixdən 08 fevral 2023-cü il tarixə keçən gecə Xaçmaz rayonunun Müşkür kəndində yaşayan X7 məxsus 1 ədəd 29 nömrəli velosipedi, 08 fevral 2023-cü il tarixdə axşam saatlarında X6 yaşadığı Xaçmaz şəhəri, Arif Hüseynzadə küçəsi 19 saylı evin qonaq otağından 1 ədəd “Samsung” markalı tozsoranı oğurlamışdır. Qeyd olunan oğurluq hadisələri ilə əlaqədar sonradan Xaçmaz rayon Polis Şöbəsinə dəvət edilmişdir. Polis Şöbəsində aparılan sorğu zamanı o, törətmiş olduğu oğurluq hadisələrini etiraf etmişdir. Zərər çəkmiş şəxslərə vurmuş olduğu zərəri ödəyəcəkdir. Barəsində həbslə əlaqədar olmayan inzibati tənbeh tətbiq edilməsini xahiş edir. İş materiallarında olan Xaçmaz rayon X17 Bölməsinin təhqiqatçısı, polis baş leytenantı X13 05 yanvar 2023-cü il tarixli qərarından müəyyən olunur ki, Şəxs tərəfindən 26 dekabr 2022-ci il tarixdə X3 yaşadığı Xaçmaz rayonunun Müşkür kəndi ərazisində yerləşən evin tövləsindən 5 ədəd hind quşunun oğurlanması faktı üzrə barəsində cinayət işi başlanması rədd edilmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon X19 təhlükəsizlik bölməsinə həvalə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon X17 Bölməsinin təhqiqatçısı, polis baş leytenantı X5 18 fevral 2023-cü il tarixli qərarından müəyyən olunur ki, Şəxs tərəfindən 07 fevral 2023-cü il tarixdən 08 fevral 2023-cü il tarixə keçən gecə X4 yaşadığı Xaçmaz rayonunun Müşkür kəndində yerləşən yaşayış evinin həyətindən sonuncuya məxsus 1 ədəd 29 nömrəli velosipedin oğurlanması faktı üzrə barəsində cinayət işi başlanması rədd edilmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon X19 təhlükəsizlik bölməsinə həvalə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon X17 Bölməsinin təhqiqatçısı, polis baş leytenantı X5 18 fevral 2023-cü il tarixli qərarından müəyyən olunur ki, Şəxs tərəfindən 08 fevral 2023-cü il tarixdə axşam saatlarında X6 yaşadığı Xaçmaz şəhəri, Arif Hüseynzadə küçəsi 19 saylı evin qonaq otağından 1 ədəd “Samsung” markalı tozsoranın oğurlanması faktı üzrə barəsində cinayət işi başlanması rədd edilmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon X19 təhlükəsizlik bölməsinə həvalə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon X17 Bölməsinin təhqiqatçısı, polis mayoru X10 19 fevral 2023-cü il tarixli qərarından müəyyən olunur ki, Şəxs tərəfindən 05 fevral 2023-cü il tarixdə X8 yaşadığı Xaçmaz şəhəri, N.Tusi küçəsi 68 saylı yaşayış evinin həyətindən 2 ədəd hind quşunun oğurlanması faktı üzrə barəsində cinayət işi başlanması rədd edilmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon X19 təhlükəsizlik bölməsinə həvalə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon X17 Bölməsinin təhqiqatçısı, polis baş leytenantı X5 23 fevral 2023-cü il tarixli qərarından müəyyən olunur ki, Şəxs tərəfindən 05 yanvar 2023-cü il tarixdən 13 fevral 2023-cü il tarixə kimi olan müddət ərzində X1 Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndi ərazisində yerləşən 20 sot torpaq sahəsindən dəmir barmaqlıqlı hasarın və dəmir dirəklərin oğurlanması faktı üzrə barəsində cinayət işi başlanması rədd edilmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon X19 təhlükəsizlik bölməsinə həvalə edilmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi onun özünün etirafı, cinayət işi başlanmasının rədd edilməsi barədə qərarlar, inzibati xəta haqqında protokollar və digər iş materialları ilə təmamilə sübuta yetir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs törətdiyi xətada özünü təqsirli bilərək əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirir. Həmin Məcələnin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, onun cəmiyyətdən təcrid edilmədən islah edilməsinin mümkünlüyünü nəzərə alaraq onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuna və məqsədə müvafiqdir. Azerbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə- yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 28.3-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Odur ki, Şəxs üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Qərarın icrası Şəxs yaşayış yeri üzrə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək, ona 200 (iki yüz) saat ictimai işlər inzibati tənbeh növü təyin edilsin. İctimai işlər növiində inzibati tənbeh tətbiq olunmuş Şəxs üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrası Şəxs yaşayış yeri üzrə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev.
Məhkəmə qərarları › İş №3(067)-326/2023
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-326/2023
01.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver