Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-328/2021 30.04.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi məhkəmə iclas katibi Dadşova Könül Vasif qızının katibliyi, Xaçmaz rayon PŞ-nin DYPB-nin İTÜ baş inspektoru X3 iştirakı ilə, X5 oğlunun TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair X5 oğlu tərəfindən verilmiş şikayətə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i : X5 oğlu şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, sürücülük hüququ 07.07.2020-ci il tarixdə Xaçmaz rayon məhkəməsinin 3(067)-568/2020 nömrəli qərarına əsasən məhdudlaşdırılsa da , sonradan o, cəriməni ödəyərək məhkəməyə müraciət etmiş və 10.09.2020-ci il tarixdə Xaçmaz rayon məhkəməsi tərəfindən xüsusi hüququn məhdudlaşdırılması haqqında qərara xitam verimişdir. Lakin qeyd olunan qərar Baş Dövlət Yol Polisi İdarəsinnin Mərkəzi İnformasiya Sisteminə yerləşdirilmədiyindən yol polisi ona İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsi ilə cərimə yazmışdır. Yol polisi ona 02.12.2020-ci il tarixdə İXM-nin 332.3-cü maddəsi ilə protokol tərtib edərkən sürücülük hüququnun məhdudlaşdırılması barədə qərara artıq xitam verilmişdir. Ona görə də TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərarının ləğv edilməsi haqqında qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Xaçmaz rayon PŞ-nin DYPB-nin İTÜ baş inspektoru Tağıyev Elçin izahatında göstərmişdir ki, şikayətçi 07.07.2020-ci il tarixdə Xaçmaz rayon məhkəməsinin 3(067)-568/2020 nömrəli qərarına əsasən məhdudlaşdırılsa da, sonradan o, cəriməni ödəyərək məhkəməyə müraciət etmiş və 10.09.2020-ci il tarixdə Xaçmaz rayon məhkəməsi tərəfindən xüsusi hüququn məhdudlaşdırılması haqqında qərara xitam verimişdir. Qərar icra edilməsi üçün göndərilmiş, lakin ona məlum olmayan səbəbdən Baş Dövlət Yol Polisi İdarəsinnin Mərkəzi İnformasiya Sisteminə yerləşdirilməmişdir. Şikayətçi məhkəmə iclasının vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə ərizəçinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət ərizəsi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 3(067)-568/2020 nömrəli 10 sentyabr 2020-ci il tarixli qərarından görünür ki, X5 oğlu cəriməni ödədiyi üçün 07 iyul 2020-ci il tarixli 3(067)-568/2020-ci il tarixli qərar üzrə icraata xitam verilmişdir. Beləliklə məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı : Şikayət ərizəsi təmin edilsin. X2 barəsində tərtib olunmuş TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. Qərardan 10 gün müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №3(067)-328/2021
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-328/2021
30.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver