Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 3(067)-329/2020 09.04.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə X5 İdarəsindən daxil olmuş inzibati materialla rabaxaraq MÜƏYYƏN ETDİ: X2 barəsində tərtib edilmiş xx xxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokola əsasən, Xaçmaz şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən «X4» ticarət obyektinin fasadında müvafiq icazə, texniki şərtlər pasportu və icazə müqaviləsi olmadan qanunsuz reklam yayımı həyata keçirmişdir. İnzibati materialları araşdırılarkən müəyyən olunmuşdur ki, material natamam olduğuna görə geri qaytarılmalıdır. Belə ki, iş materiallarında X1 Xaçmaz şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən «X4» ticarət obyektinin fasadında müvafiq icazə, texniki şərtlər pasportu və icazə müqaviləsi olmadan qanunsuz reklam yayımı həyata keçirməsi barədə fotoşəkillər işə əlavə edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məçəlləsinin 109.1.6.-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam oluduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad çıxarılır. Qeyd olunanlarla əlaqədar X1 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə olan inzibati materiallara təqdim edilmiş materiallardakı natamamlığı işə baxarkən tamamlamaq mümkün olmadığı üçün hesab edirəm ki, X5 İdarəsi tərəfindən tərtib olunmuş xx xxxx 2020-ci il tarixli MN ******* №-li inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə X5 İdarəsi tərəfindən tərtib olunmuş xx xxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Hakim: İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №3(067)-329/2020
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №3(067)-329/2020
09.04.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver