Məhkəmə qərarları › İş №3(067)-329/2024

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №3(067)-329/2024

07.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 3(067)-329/2024 07.03.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, Məhkəmə iclas katibi X3, İnzibati xəta haqqında protokolu tərtib etmiş Xaçmaz rayon Polis Şöbəsinin polis sahə rəisi, polis mayoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Müdafiəçi Xaçmaz rayon Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, xx xxxxxx 1963-cü ildə Xaçmaz şəhərində anadan olmuş, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati tənbehə məruz qalmamış, Xaçmaz rayonu, Çaxmaqlı kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: xx.xx.2024-cü il tarixdə saat 10 radələrində Şəxs Xaçmaz rayonu, Çaxmaqlı kəndində aralarında baş vermiş mübahisə zəminində həmkəndlisi X6 yetkinlik yaşına çatmamış nəvəsi X4 döyərək Azərbaycan Respublikası İXM-nin 157-ci (döymə) maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bununla əlaqədar Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Xaçmaz rayon Polis Şöbəsinin polis sahə rəisi, polis mayoru X7 göstərdi ki, Xaçmaz rayonu, Çaxmaqlı kənd sakini X9 xx.xx.2024-cü il tarixdə Xaçmaz rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, xx.xx.2024-cü il tarixdə saat 10 radələrində Xaçmaz rayonu, Çaxmaqlı kənd sakini Şəxs həmkəndlisi X6 yetkinlik yaşına çatmamış nəvəsi X4 döyməsi ilə bağlı şikayət etmişdir. Baş vermiş hadisə ilə bağlı tərəflər izahatları alınması üçün Polis Bölməsinə dəvət olunmuş və araşdırılma aparılmışdır. Bu səbəbdən Şəxs barəsində müvafiq sənədləşmə aparılmışdır. Məhkəmədə izahat vermiş Şəxs törədilmiş inzibati xətada özünü təqsirli bilməyərək bildirmişdir ki, barəsində edilmiş şikayətlə qəti razı deyil, qarşı tərəfin ona irəli sürdüyü təqsirlər şər-böhtandır. Həmin uşaqla bağlı narazıçılığı olsa da bunu sözlə uşağın babasına və nənəsinə bildirmişdir. Lakin uşağa qarşı hər hansı bir sillə və daşla vuma hadisəsi olmamışdır. Ümumiyyətlə həmin gün o, uşağı görməmişdir. Barəsində edilən şikayət əsassızdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X10 məhkəmə iclasında çıxış edərək inzibati xəta haqqında iş materaillarının natamam olduğunu bildirmiş və iş materialının geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, İnzibati xətaya dair material Azərbaycan Respublikasının İXM-nin tələblərinə uyğun tərtib edilmədiyindən geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan AZE № 11057448 seriyalı Azərbaycan Respublikası vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X8 xx.xx.2014-cü il təvəllüdlü olmaqla yetkinlik yaşına çatmayan şəxsdir. İş materiallarında olan zərərçəkmiş şəxs qismində dindirilmiş X2 izahatının qanuni nümayəndəsinin iştirakı ilə alınması öz təsdiqini tapmır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 63-cü maddəsinə əsasən: 63.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya zərər çəkmiş şəxs yetkinlik yaşına çatmadıqda, yaxud fəaliyyət qabiliyyəti olmadıqda və ya məhdud fəaliyyət qabiliyyətli olduqda, həmin şəxslərin mənafeyini onların qanuni nümayəndələri təmsil edir. 63.2. Valideynlər, övladlığa götürənlər, himayəçilər və qəyyumlar fiziki şəxsin qanuni nümayəndələri hesab olunurlar. 63.3. Bu Məcəllənin 63.1-ci maddəsində göstərilən şəxslərin qanuni nümayəndələri olmadıqda, inzibati xəta haqqında iş üzrə icraat aparan səlahiyyətli vəzifəli şəxs qəyyumluq və himayəçilik orqanını qanuni nümayəndə hesab edir. 63.4. Fiziki şəxsin qanuni nümayəndəsi öz səlahiyyətlərini təsdiq edən sənədi hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) təqdim edir. 63.5. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya zərər çəkmiş şəxsin qanuni nümayəndəsi təmsil etdiyi şəxs barəsində bu Məcəllədə nəzərdə tutulmuş hüquqlara malikdir və vəzifələri daşıyır. 63.6. On səkkiz yaşına çatmayan şəxslər barəsində inzibati xətalar haqqında işlərə baxılarkən həmin şəxsin qanuni nümayəndəsinin iştirakı məcburidir. Azərbaycan Respublikasının İXM-nin 109.1.6-cı maddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam oluduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərar və ya qərardad çıxarılır. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs qismində dindirilmiş yetkinlik yaşına çatmayan şəxsin qanuni nümayəndə ilə təmin edilməsi inzibati xəta materialında öz əksini tapmadığından material onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 63 və 109.1.6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında material Xaçmaz rayon Polis Şöbəsinə geri qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nərmin Abiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar