Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-331/2021 22.04.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Dadaşova Könül Vasif qızının katibliyi ilə, Xaçmaz rayon PŞ-nin sahə rəisi X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, 02.11.1979-cu ildə Qusar rayonunda anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz rayonu Yalama kəndində qeydiyyatda olmaqla, Xaçmaz şəhəri A.Mustafayev küçəsi 77 saylı evdə yaşayır Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi üzrə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq mü əyyə n et di: Şəxs 22 aprel 2021-ci il tarixdə Xaçmaz şəhəri Bakı prospektində yerləşən “Dostluq” kafesində saat 01-00 radələrində olaraq karantin rejimi qaydalarını pozduğuna görə Xaçmaz RPŞnə gətirilmiş və barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə inzibati xəta haqqında material tərtib edilərək, baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Xaçmaz RPŞ-nin sahə rəisi X2 məhkəmə iclasında bildirdi ki, 22 aprel 2021-ci il tarixdə Xaçmaz şəhəri Bakı prospektində yerləşən “Dostluq” kafesində saat 01-00 radələrində olaraq karantin rejimi qaydalarını pozduğuna görə Xaçmaz RPŞ-nə gətirilmişdir. Məhkəmə iclasında izahat vermiş barəsində inzibati xətaya dair icraat aparılan Şəxs özünü inzibati xətanı törətməkdə təqsirli bilərək, inzibati xətanı bilməyərəkdən törətdiyini, əməlindən peşman olduğunu bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, əlilliyi yoxdur. İş materiallarında olan MN № ******* saylı 22 aprel 2021-ci il tarixli İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 22 aprel 2021-ci il tarixdə Xaçmaz şəhəri Bakı prospektində yerləşən “Dostluq” kafesində saat 01-00 radələrində olaraq karantin rejimi qaydalarını pozduğuna görə barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. İş materiallarında olan inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs 22 aprel 2021-ci il tarixdə saat 01:10-da inzibati qaydada tutulmuş, 22 aprel 2021-ci il tarixdə saat 14-40-da azad edilmişdir. İş materiallarında olan MN № ******* saylı 22 aprel 2021-ci il tarixli Qərardaddan görünür ki, Şəxs qızı inzibati məsuliyyətə cəlb olunması üçün barəsində toplanmış material Xaçmaz rayon məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması,epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatlarla sübuta yetirilmişdir ki, Şəxs karantin rejim qaydalarını pozmuşdur. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halların müəyyən edilməməsini, məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə tənbeh növü tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128 və 130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: 02.11.1979-cu ildə Qusar rayonunda anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 200 (iki yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilsin. Şəxs 22 aprel 2021-ci il saat 01:00-dan 22 aprel 2021-ci il saat 14-40 dək inzibati qaydada tutulması nəzərə alınmaqla onun üzərində 100 (bir yüz ) manat məbləğində inzibati cərimə saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №3(067)-331/2021
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-331/2021
22.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver