Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 3(067)-331/2024 13.03.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Əliyeva Aynur Məhəmməd qızı, X3 tərəfindən DİN-nin BDYPİ-nin İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan verilmiş şikayətə baxılmağa hazırlanmasına məhkəmə iclasından kənar prosessual qaydada baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: X3 tərəfindən DİN-nin BDYPİ-nin İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan verilmiş şikayət ərizəsi xx.xx.2024-cü il tarixində məhkəməyə daxil olmuşdur. İnzibati xətaya dair protokoldan verilmiş şikayətin məhkəmə tərəfindən baxılmağa hazırlanması zamanı hazırkı iş üzrə mübahisələndirilən qərarın ərizəyə əlavə edilmədiyi müəyyən olunmuşdur. Belə ki, şikayətdə inzibati xəta haqqında İXP ******* nömrəli protokol mübahisələndirilsə də, həmin protokol əsasında qəbul edilmiş qərar şikayətə əlavə olunmamışdır. İş materiallarını araşdırarkən inzibati xəta haqqında materiala qərardan şikayət vermiş şəxs tərəfindən kserosurət kimi nəqliyyat vasitələrindən istifadə haqqında etibarnamə, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və sürücülük vəsiqəsi əlavə olunsa da, həmin sənədlər inzibati xəta haqqında hansı qərarın əsasında əlavə olunması müəyyən olunmamışdır. Məhkəmə qeyd edir ki, inzibati xəta haqqında protokoldan deyil, inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Odur ki, verilmiş şikayət ərizəsi geri qaytarılmalıdır. Məhkəmə hesab edir ki, X1 şikayətini icraata götürərək baxmaq hazırda mümkün deyildir. Mübahisələndirilən protokol üzrə qərarın təqdim edilməməsi onların qanuniliyinin yoxlanmasını mümkünsüz edir. Qərarın mövcud olub-olmamasının, hansı tarixdə, kim tərəfindən tərtib edilməsi və qəbul edilməsinin dəqiq məlum olmaması, qanuniliyinin yoxlanmasının qeyri mümkünlüyü həmin qərardan şikayəti icraata götürüb baxmağa yol vermir və bunlar şikayət üzrə icraatı rədd edən hallardır. Azərbaycan Respublikası İnizibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 132.1. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: 132.1.1. inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi; 132.1.2. inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokoldan verilmiş şikayət və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılmalıdır. Bununla yanaşı məhkəmə onu da qeyd edir ki, şikayətçi mübahisələndirdiyi protokol üzrə qərarın təsdiq olunmuş surətini şikayətinə əlavə edərək təkrarən məhkəməyə müraciət edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 128, 130, 132--ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X1 inzibati xəta haqqında İXP ******* nömrəli protokoldan verdiyi şikayət icraata qəbul edilməsin və X2 geri qaytarılsın. X2 izah edilsin ki, göstərilən nöqsanları aradan qaldırmaqla, qərarın surətini əlavə etməklə yenidən məhkəməyə müraciət edə bilər. Qərardaddan şikayət verilə bilməz. Hakim: Aynur Əliyeva
Məhkəmə qərarları › İş №3(067)-331/2024
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №3(067)-331/2024
13.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver