Məhkəmə qərarları › İş №3(067)-335/2021

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-335/2021

03.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-335/2021 03.05.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi ilə X25 tərəfindən Azərbaycan Respublikası Qida X5 Regional Bölməsinin 25 yanvar 2021-ci il tarixli, MN0460606 nömrəli qərarından verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i : Azərbaycan Respublikası Qida X5 regional bölməsi tərəfindən Xaçmaz rayonu, Xudat şəhəri, 5 saylı uşaq bağçasının müdiri X25 barəsində 07 oktyabr 2020-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, Xaçmaz rayonu, Xudat şəhəri, 5 saylı uşaq bağçasının mətbəxində 07.10.2020-ci il tarixində, saat 13:40 radələrində bağçanın mətbəxində yerləşən soyuducuda 2 ədəd “İvanovka” əmtəə nişanlı yararlıq müddəti 28.09.2020-ci il tarixində bitmiş kəsmik aşkar edilmişdir. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Qida X5 regional bölməsinin 19 oktyabr 2020-ci il tarixli, MN№ ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Xaçmaz rayonu, Xudat şəhəri, 5 saylı uşaq bağçasının müdiri X25 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Xaçmaz rayon məhkəməsinin 3(067)-943/2020 saylı 05.11.2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Qida X5 regional bölməsinin rəisi X29 tərəfindən Xaçmaz rayonu Xudat şəhəri 5 saylı uşaq bağçasının müdiri X15 barəsində çıxarılmış inzibati tənbeh vermə haqqında 19 oktyabr 2020-ci il tarixli MN0457681 nömrəli qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Sumqayıt Apelyasiya məhkəməsinin 10.02.2021-ci il tarixli 3(105)-49/2021 saylı qərarına əsasən X25 barəsində Azərbaycan Respublikası İXM-nin 447.0.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair inzibati material üzrə Xaçmaz rayon məhkəməsinin 05 noyabr 2020-ci il tarixli qərar ləğv edilmişdir. Birinci məhkəmə iclasında barəsində inzibati qərar çıxarılmış vəzifəli şəxs- Xaçmaz rayonunun Xudat şəhəri 5 saylı uşaq bağçasının müdiri X25 izahat verərək bildirmişdir ki, o, 8 ildir ki Xaçmaz rayonunun Xudat şəhəri 5 saylı uşaq bağçasının müdiri vəzifəsində işləyir. İşlədiyi müddət ərzində iş fəaliyyətində hər hansı bir qanun pozuntusuna yol verməmiş, bağçaya gələn qida məhsulları müəyyən olunmuş müddət ərzində gündəlik təyin olunan norma əsasında istifadə olunmuş, vaxtı birmiş qida məhsulları isə müvafiq aktla məhv edilməsi üçün aidiyyatı üzrə təhvil verilmişdir. Müdiri olduğu bağçada yararlılıq müddəti 29 sentyabr 2020-ci il tarixdə bitəcək 2 ədəd kəsmiklər müəyyən edilmiş, həmin kəsmiklər soyuducudan çıxarılaraq vaxtı keçmiş qida məhsulu kimi mühasib tərəfindən müvafiq aktla təhvil alınması üçün kənara qoyulmuşdur. 07 oktyabr 2020-ci il tarixdə saat 13:40 radələrində Azərbaycan Respublikasının Qida X6 regional bölməsinin əməkdaşı Kamil Musayev işlədiyi 5 saylı uşaq bağçasına gələrək yoxlama keçirən zaman təhvil verilməsi üçün tullantıya qoyduqları 2 ədəd kəsmiyi aşkar edərək ondan heç bir izahat tələb etmədən inzibati protokol tərtib etmişlər. Həmin protokolda guya işlədiyi 5 saylı uşaq bağçasının mətbəxində yerləşən soyuducudan 2 ədəd “İvanovka” əmtəə nişanlı yaralılıq müddəti 29 sentyabr 2020-ci il tarixdə bitmiş kəsmik aşkar edildiyi qeyd edilmiş və qeyd olunan protokol əsasında onun Azərbaycan Respublikasının Qida X6 regional bölməsinin vəzifəli şəxsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.3cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 manat məbləğində cərimə olunması barədə qərar çıxarılmışdır. Hesab edir ki, onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və həmin protokol əsasında çıxarılmış inzibati tənbeh vermə haqqında qərar əsassızdır. Belə ki, yuxarıda qeyd etdiyi kimi 07 oktyabr 2020-ci il tarixdə bağçada aşkar edilmiş 2 ədəd “İvanovka” əmtəə nişanlı yaralılıq müddəti bitmiş kəsmiklər yaralılıq müddətinin 29 sentyabr 2020-ci il tarixdə bitməsi müəyyən edilərək 29 sentyabr tarixdən bir neçə gün əvvəl soyuducudan çıxarılaraq vaxtı keçmiş qida məhsulu kimi mühasib tərəfindən müvafiq aktla təhvil alınması üçün kənara qoyulmuş və tərəfindən bağçanın aşbazı Natəvan Abdurəhmanovaya həmin kəsmiklərin mühasiblə sənədləşdirilərək tullantıya atılması tapşırılmışdır. N.Abdurəhmanova mühasibin gəlməsini gözlədiyinə görə vaxtı keçmiş kəsmiklər bir müddət mətbəxdə kənarda qalmışdır. Heç vaxt bağçada uşaqlara qida verilərkən vaxtı keçmiş məhsuldan istifadə olunmamışdır. Onun da uşaqları həmin bağçada tərbiyə alırlar və qidalanırlar. Belə olan halda bağçada vaxtı keçmiş qidadan istifadəyə yol verməsi inandırıcı deyildir. Həmin kəsmiklər X12 əməkdaşı tərəfindən bağçanın soyuducusunda aşkar edilməmişdir. Bu barədə protokolda göstərilən hal həqiqətə uyğun deyildir. Onun himayəsində yetkinlik yaşına çatmayan uşaqları vardır, uşaqlarından qızı Nuray “Limfoma" diaqnozu ilə xəstədir. Əsassız olaraq yüksək məbləğdə cərimə olunması onu çətin maddi duruma salacaqdır. Ona görə də göstərilənləri nəzərə alaraq şikayətinin təmin edilməsini, barəsində Azərbaycan Respublikasının Qida X6 regional bölməsinin vəzifəli şəxsi olan X29 tərəfindən çıxarılmış inzibati tənbeh vermə haqqında 19 oktyabr 2020-ci il tarixli, MN ******* saylı qərarın ləğv edilib iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılmasını xahiş edir Xaçmaz rayon məhkəməsinin qərarından apelyasiya şikayət vermiş Azərbaycan Respublikası Qida X5 regional bölməsi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, şikayətçi X11 rayonunun Xudat şəhəri 5 saylı uşaq bağçasının müdiri vəzifəsində işləyir. 7 oktyabr 2020-cı il tarixində Azərbaycan Respublikası Qida X13 Regional Bölməsinin əməkdaşları tərəfindən aparılan yoxlama tədbirləri nəticəsində aydın olmuşdur ki, X23 məsul olduğu bağçada qida məhsullarının istehsalı, saxlanması, daşınması və satışı zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların pozulması və standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalı, satılması, işlərin yerinə yetirilməsi, xidmətlərin göstərilməsi faktları aşkarlanmışdır. Belə ki, sözügedən uşaq bağçasının soyuducusunda istifadəyə yararlılıq müddəti 29 sentyabr 2020-ci il tarixində bitmiş 2 ədəd “İvanovka” əmtəə nişanlı kəsmik məhsulları aşkar edilmiş və həmin fakt yerində protokollaşdırılmışdır. 7 oktyabr tarixli protokol əsasında 19 oktyabr 2020-ci il tarxli “İnzibati tənbeh vermə haqqında” qərar qəbul edilmiş və həmin uşaq bağçasının məsul vəzifəli şəxsi X4 Xətalar Məcəlləsinin 447.0.3-cü maddəsinə əsasən, 1.500 manat miqdarında cərimə edilmişdir. Xaçmaz Rayon Məhkəməsinin 5 noyabr 2020ci il tarixli 3(067)-943/2020 saylı qərarı ilə iş üzrə inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X23 şikayəti təmin edilərək, Azərbaycan Respublikası Qida X5 Regional Bölməsi tərəfindən tərtib edilmiş 19 oktyabr 2020-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarı əsassız olaraq ləğv edilmişdir. Belə ki, məhkəmədə şahid qismində dindirilən şəxslər uşaq bağçasının çalışanları olduqları məhkəmə qərarında öz əksini tapmışdır və həmin şahid ifadələri həm də inzibati xəta ilə barəsində protokol tərtib edilən X23 izahatı ilə bağlı hallar heç də inandırıcı deyil. Bununla əlaqədar olaraq bildirilir ki, qarşı tərəfin bildirdiyi məsələ yəni, həmin “İvanovka" əmtəə nişanlı kəsmik məhsullarının 29 sentyabr tarixindən əvvəl zibil qabına atılması həqiqətə uyğun gəlmir. Çünki qapalı bir məkanda kəsmik kimi qida məhsullarının açıq şəraitdə qalması dözülməz qoxu ilə müşayət olunan sanitariya qaydası pozuntusu olardı. Bu halın olmadığı və həmin məhsulların soyuducuda olduğu inzibati xəta haqqında protokolda və 7 oktyabr tarixli aktda öz əksini tapmışdır. Əlavə olaraq bildirilir ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları uşaq bağçalarına hazırda istifadə olunan qida məhsullarının yoxlanılması ilə bağlı qanunvericiliyin tələblərinin yerinə yetirilməsi üzrə yoxlama-nəzarət tədbirləri aparırlar. Beləliklə, Xaçmaz Rayon Məhkəməsinin 5 noyabr 2020-ci il tarixli 3(067)-943/2020 saylı qərarında sözügedən qida məhsullarının istifadə müddətinin bitdiyi və bağçanın soyuducusunda olması faktı inkar edilməmiş və ya bu barədə məhkəməyə sənəd təqdim edilməmiş, lakin qərarda uşaq bağçasının məsul vəzifəli şəxsinin cərimə edilməsini əsassız, hesab etmişdir. Hesab edirlər ki, burada məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun deyil və bu barədə məhkəmənin verdiyi qərar ləğv edilməlidir. Birinci məhkəmə iclasında şahid qismində dindirilən X7 izahat verərək bildirmişdir ki, o, Xaçmaz rayonunun Xudat şəhəri 5 saylı uşaq bağçasında 01 oktyabr 2020- ci il tarixdən əvəzedici aşbaz vəzifəsində işləyir. İşlədiyi müddət ərzində qida məhsullarının təhvili və yeməklərin hazırlanmasına məsul şəxs təyiin edilmişdir. İşlədiyi bağçaya gələn qida məhsulları müəyyən olunmuş müddət ərzində gündəlik təyin olunan norma əsasında istifadə olunmuş, vaxtı birmiş qida məhsulları isə müvafiq aktla məhv edilməsi üçün aidiyyatı üzrə təhvil verilmişdir. 2020-ci ilin sentyabr ayının ortalarında mətbəxdə yararlılıq müddəti 29 sentyabr 2020-ci il tarixdə bitəcək 2 ədəd kəsmiklər müəyyən edilmiş, həmin kəsmiklər soyucudan çıxarılaraq vaxtı keçmiş qida məhsulu kimi mühasib tərəfindən müvafiq aktla təhvil alınması üçün kənara qoyulmuşdur. Bu barədə o, bağçanın müdiri X22 məlumat vermişdir. 07 oktyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının Qida X6 regional bölməsinin əməkdaşı Kamil Musayev uşaq bağçasına gələrək yoxlama keçirən zaman təhvil verilməsi üçün tullantıya qoyduqları 2 ədəd kəsmiyi aşkar edərək bağça müdiri Nüşabə Biabani barəsində protokol tərtib etmişdir. Həmin protokolda 5 saylı uşaq bağçasının mətbəxində yerləşən soyuducudan 2 ədəd yaralılıq müddəti 29 sentyabr 2020ci il tarixdə bitmiş kəsmik aşkar edildiyi qeyd edilmişdir. Lakin həmin protokolda göstərilən hal həqiqətə uyğun deyildir. Belə ki, 07 oktyabr 2020-ci il tarixdə işlədiyi bağçanın mətbəxində aşkar edilmiş 2 ədəd yaralılıq müddəti bitmiş kəsmiklər yaralılıq müddətinin 29 sentyabr 2020-ci il tarixdə bitməsi onun tərəfindən müəyyən edilərək bu barədə bağçanın müdirinə məlumat verilməklə 29 sentyabr tarixdən bir neçə gün əvvəl soyuducudan çıxarılaraq vaxtı keçmiş qida məhsulu kimi mühasib tərəfindən müvafiq aktla təhvil alınması üçün kənara qoyulmuş və bağça müdiri tərəfindən ona həmin kəsmiklərin mühasiblə sənədləşdirilərək tullantıya atılması tapşırılmışdır. O, mühasibin gəlməsini gözlədiyinə görə vaxtı keçmiş kəsmiklər bir müddət mətbəxdə kənarda qalmışdır. Heç vaxt bağçada uşaqlara qida verilərkən vaxtı keçmiş məhsuldan istifadə olunmamışdır. Onun da uşaqları həmin bağçada olurlar, orada qidalanırlar, tərbiyə olunurlar. Uşağı olan bağçada onun vaxtı keçmiş qidadan istifadəyə yol verməsi inandırıcı ola bilməz. Birinci məhkəmə iclasında şahid qismində dindirilən Xaçmaz rayonunun Xudat şəhəri 5 saylı uşaq bağçasında aşbaz işləyən X8 şahid qismində dindirilmiş X2 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Birinci məhkəmə iclasında şahid qismində dindirilən X24 izahat verərək bildirmişdir ki, o, Xaçmaz rayonunun Xudat şəhəri 5 saylı uşaq bağçasında tərbiyəçi vəzifəsində işləyir. 28 sentyabr 2020-ci il tarixdə işdə olarkən işlədiyi bağçanın mətbəxinə keçdikdə orada kənara qoyulmuş 2 ədəd kəsmik görmüş, bağçanın madiri Nüşabə Biabaniyə və aşbaz Natəvan Abdurəhmanovaya kəsmiklərin soyuducuda saxlanılmalı olduğunu bildirməklə soyuducudan kənarda saxlanılmasının səbəbini soruşmuş, onlar həmin kəsmiklərin yaralılq müddətinin 29 sentyabr 2020-ci il tarixdə bitəcəyinə görə soyuducudan çıxarılaraq mühasib tərəfindən müvafiq aktla təhvil alınması üçün kənara qoyulduğunu bildirmişlər. 07 oktyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının Qida X6 regional bölməsinin əməkdaşı Kamil Musayev uşaq bağçasına gələrək yoxlama keçirən zaman təhvil verilməsi üçün tullantıya qoyduqları 2 ədəd kəsmiyi aşkar edərək bağça müdiri Nüşabə Biabani barəsində protokol tərtib etmişlər. Həmin protokolda 5 saylı uşaq bağçasının mətbəxində yerləşən soyuducudan 2 ədəd yaralılıq müddəti 29 sentyabr 2020ci il tarixdə bitmiş kəsmik aşkar edildiyi qeyd edilmişdir. Lakin həmin protokolda göstərilən hal həqiqətə uyğun deyildir. Onun da uşaqları həmin bağçada olurlar, orada qidalanırlar, tərbiyə olunurlar. İş materiallarında olan 07 oktyabr 2020-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, qeyd olunan tarixdə Azərbaycan Respublikasının Qida X6 regional bölməsinin əməkdaşı Kamil Musayev tərəfindən Xaçmaz rayonun Xudat şəhəri 5 saylı uşaq bağçasında yoxlama keçirilmiş və bağçanın soyuducusundan 2 ədəd “İvanovka” əmtəə nişanlı, yaralılıq müddəti 29 sentyabr 2020-ci il taixdə bitmiş kəsmiklər aşkar edilmiş və qeyd olunan fakt üzrə bağçanın müdiri X14 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.3-cü maddəsində nəzərdə tutulan xətanın törədilməsinə görə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Qida X5 regional bölməsinin vəzifəli şəxsi olan X29 tərəfindən çıxarılmış inzibati tənbeh vermə haqqında 19 oktyabr 2020-ci il tarixli, MN ******* saylı nömrəli qərardan görünür ki, Xaçmaz rayonun Xudat şəhəri 5 saylı uşaq bağçasının müdiri X25 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.3-cü maddəsində nəzərdə tutulan xətanı törətməkdə təqsirli bilinərək vəzifəli şəxs qismində onun barəsində 1500 manat cərimə inzibati tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan Xaçmaz rayonun Xudat şəhəri 5 saylı uşaq bağçasının müdiri tərəfindən verilmiş arayışdan görünür ki, Xaçmaz rayonun Xudat şəhəri 5 saylı uşaq bağçasının işçisi X8 10 may 2019-cu il tarixdən bağçada aşpaz vəzifəsində çalışır. İşlədiyi aşpaz vəzifəsində qida məhsullarının təhvili və yeməklərin hazırlanmasında məsul şəxsdir. İş materiallarında olan Xaçmaz rayonun Xudat şəhəri 5 saylı uşaq bağçasının müdiri tərəfindən verilmiş arayışdan görünür ki, Xaçmaz rayonun Xudat şəhəri 5 saylı uşaq bağçasının işçisi X9 01 oktyabr 2020-ci il tarixindən bağçada əvəzedici aşbaz vəzifəsində çalışır. İşlədiyi müddət ərzində qida məhsullarının təhvili və yeməklərin hazırlanmasında məsul şəxsdir. İş materiallarında olan Azərbaycan Respublikasınınnın Səhiyyə Nazirliyi Milli Onkologiya X1 tərəfindən verilmiş tibbi müayinə sənədlərindən görünür ki, X15 17 sentyabr 2012-ci il təvəllüdlü azyaşlı qızı X16 müayinə zamanı “Berkitə bənzər qeyri hoçkin limfoması” diaqnozu ilə onkoloji xəstəlik aşkar edilmişdir. Apelyasiya şikayətinə əlavə edilmiş 07.10.2020-ci il tarixli aktdan görünür ki, AR AQTA-nın X28 X20 Sektorunun böyük məsləhətçisi X35 tərəfindən 5 saylı uşaq baxçasında keçirilən monitorinq zamanı soyuducuda 2 ədəd hər biri 290 qr olmaqla yaralılıq müddəti 28.09.2020-ci il tarixdə bitmiş İvanovka əmtəə nişanlı kəsmik aşkar edilməsinə dair akt tərtib etsə də, 5 saylı uşaq bağçasının müdiri X25 və bağçanın əvəzedici aşbazı X10 akta imza etməkdən imtina etmişlər. Beləliklə də, məhkəmədə iş materiallarında olan sənədlər tədqiq edilərkən müəyyən olunur ki, işdə inzibati xətanı təsdiq edə biləcək hər hansı bir sübut, o cümlədən, videogörüntü mövcud deyildir. Məhkəmə qeyd edir ki, inzibati xəta materiallarında ziddiyyətli, bir-birini təkzib edən sübutlar olmuşdur. Barəsində inzibati xəta törətməsi ilə əlaqədar iş olan Biabani Nüşabə və iş üzrə şahid kimi cəlb edilmiş şahidlər maddi sübut olan kəsmiklərin istifadədən kənarlaşdırıldığını və soyuducuda olmamasını qeyd edərək, 07.10.2020-ci il tarixli akta da imza etməmişlər. Kəsmiklərin məhz soyuducuda olması barədə heç bir maddi sübut inzibati xəta materiallarında müəyyən edilmir. Azərbaycan Respublikası İXM-nin 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Ona görə də, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Qida X6 regional bölməsinin rəisi X29 tərəfindən Xaçmaz rayonun Xudat şəhəri 5 saylı uşaq bağçasının müdiri X15 barəsində çıxarılmış inzibati tənbeh vermə haqqında 19 oktyabr 2020-ci il tarixli, MN ******* nömrəli qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddələrini rəhbər tutaraq QƏRAR VERDİ: Azərbaycan Respublikasının Qida X6 regional bölməsinin rəisi X29 tərəfindən Xaçmaz rayonun Xudat şəhəri 5 saylı uşaq bağçasının müdiri X15 barəsində çıxarılmış inzibati tənbeh vermə haqqında 19 oktyabr 2020-ci il tarixli, MN ******* nömrəli qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar