Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-336/2025 24.02.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Xaçmaz rayon X4 X5 yol nəqliyyat hadisələri baş inspektoru, polis kapitanı Nümayəndə, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxx 1967-ci ildə Xaçmaz rayonunun Rəhimoba kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati tənbehə məruz qalmış, Xaçmaz rayonunun Rəhimoba kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Xaçmaz rayon Polis Şöbəsindən Şəxs Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında iş materialları tərtib edilərək baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Xaçmaz rayon X4 X5 yol nəqliyyat hadisələri baş inspektoru, polis kapitanı Nümayəndə tərəfindən tərtib edilmiş 24 yanvar 2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli protokoldan görünür ki, Şəxs 22 yanvar 2025-ci il tarixdə Xaçmaz rayonu Rəhimoba kənd yolunda özünə məxsus qoyun sürüsünü asfalt örtüklü beton yolda nəzarətsiz buraxmış və nəticədə VAZ 21723 markalı ** CM *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol nəqliyyat hadisəsi baş vermişdir. Yol nəqliyyat hadisəsi zamanı VAZ 21723 markalı ** CM *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. Həmin faktla bağlı Xaçmaz rayon X4 X5 yol nəqliyyat hadisələri baş inspektoru, polis kapitanı Nümayəndə tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə 24 yanvar 2025-ci il tarixli, İXP seriyalı ******* seriyalı inzibati xəta haqqında protokol tərtib olunaraq aidiyyəti üzrə baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında izahat verən inzibati xəta haqqında protokolu tərtib etmiş inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Xaçmaz rayon X4 X5 yol nəqliyyat hadisələri baş inspektoru, polis kapitanı Nümayəndə bildirdi ki, Şəxs 22 yanvar 2025-ci il tarixdə Xaçmaz rayonu Rəhimoba kənd yolunda özünə məxsus qoyun sürüsünü asfalt örtüklü beton yolda nəzarətsiz buraxmış və nəticədə VAZ 21723 markalı ** CM *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol nəqliyyat hadisəsi baş vermişdir. Yol nəqliyyat hadisəsi zamanı VAZ 21723 markalı ** CM *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. Buna görə də tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Xaçmaz rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, o, ailəsi ilə birlikdə Xaçmaz rayonu, Rəhimoba kəndində yaşayır. 22 yanvar 2025-ci il tarixdə axşam saatlarında özünə məxsus qoyun sürüsünü örüşdən evə apararkən həmin yol ilə hərəkətdə olan VAZ 21723 markalı ** CM *** tərəfindən vurulmuş və həmin hadisə nəticəsində avtomobilə maddi ziyan dəymiş və onun inəyi də ölmüşdür. O, barəsində olan inzibati xəta haqqında protokolla razı deyil. Belə ki, hadisə avtomobilin sürücüsünün təqsiri üzündən baş vermişdir. Qoyunlar onun və ailə üzvlərinin yeganə gəlir yeri olmuşdur. Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ 21723 markalı avtomobilə dəymiş ziyanı qəbul etmir. Bundan başqa rayon Polis Şöbəsinə dəvət edilərək sənədlərə imza atması təklif edildikdə o, heç bir sənədə imza atmayacağını bu hadisədə özünün hər hansı bir günahının olmadığını bildirsə də sonradan oğlu bununla bağlı adını Nizami kimi bildiyi şəxsi ora dəvət etdikdən sonra o, Nizaminin iştirakı ilə ona imzalanması ilə bağlı təklif olunan sənədləri sonuncunun iştirakı ilə imzalayaraq təsdiq etmişdir. Hadisə nəticəsində onun qoyunları ölmüş və ona maddi ziyan dəymişdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, o, özünə etibarnamə əsasında idarə etdiyi nəqliyyat vasitəsi ilə hərəkətdə olan zaman qəfildən qarşısına çıxan qoyunu görüb nəqliyyat vasitəsini hər hansı bir xoşagəlməz hadisə baş verməsin deyə qaçırtsa da bunun heç bir əhəmiyyəti olmamış və nəticədə onun yoluna çıxan qoyunları vuraraq onları tələf etməsi ilə nəticələn yol nəqliyyat hadisəsi baş vermişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs məxsus BD611483 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Zərərçəkmiş şəxs sürücülük hüququ var və xx.xx.2023-cü ildən xx.xx.2033-cü il tarixədək etibarlıdır. İş materiallarına əlavə edilmiş alkotestr qəbzindən görünür ki, Zərərçəkmiş şəxs tibbi müayinədən keçirilərkən onun sərxoş olmadığı müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Avtomotoservis və Ticarət Müəssisəsi Xaçmaz 1 saylı Texniki Xidmət Satansiyasının 25 yanvar 2025-ci il tarixli, t1849 saylı arayışında Zərərçəkmiş şəxs məxsus VAZ 21723 markalı ** CM *** dövlət qeydiyyat nişanlı avtomobilə 1049 (bir min qırx doqquz) manat məbləğində ziyan dəydiyi qeyd edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, 22 yanvar 2025-ci il tarixdə Şəxs qoyunları yolda nəzarətsiz qoymuş və Zərərçəkmiş şəxs idarə etdiyi VAZ 21723 markalı ** CM *** dövlət qeydiyyat nişanlı avtomobillə Xaçmaz rayonu Rəhimoba kənd yolunda həmin qoyunları vurmuşdur. Hadisə nəticəsində VAZ 21723 markalı ** CM *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati cərimə tətbiq edilməsini, cərimənin 100 (bir yüz) manat miqdarında müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirli bilinib 100 (bir yüz) manat miqdarında inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM SƏRXAN SƏMƏDZADƏ
Məhkəmə qərarları › İş №3(067)-336/2025
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-336/2025
24.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver