Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 3(067)-339/2025 10.02.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Samir Zakir oğlu, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1 və 529.2-ci maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə toplanmış materialı məhkəmə iclasında baxılmağa hazırlayarkən MÜƏYYƏNETDİ: Məhkəmənin icraatına Şəxs barəsində İXM-in 528.1 və 529.2-ci maddələri ilə Xaçmaz rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında material daxil olmuşdur. İş materialları təhlil olunarkən müəyyən etdim ki, Xaçmaz rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 528.1 və 529.2-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında iş üzrə icraat düzgün aparılmamışdır. Belə ki, təqdim olunmuş materialdan görünür ki, Şəxs barəsində həm İXM-nin 528.1ci, həm də 529.2-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan icra vərəqəsindən görünür ki, Şəxs barəsində Xaçmaz rayon məhkəməsinin 272.3-cü maddəsi ilə 1000 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Hazırda Şəxs məhkəmə qərarı ilə təyin edilmiş inzibati cəriməni ödəmədiyindən əməlində İXM-nin 529.2-ci maddəsinin tərkib əlamətləri əmələ gəlmiş olur, lakin onun barəsində eyni vaxtda İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokolun tərtib edilməsi əsassızdır. Belə ki, Azərbaycan Respublikası İXM-in 9.2-ci maddəsinə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati tənbeh tətbiq edilməsi nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 529.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə inzibati inzibati tənbeh tətbiq edilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, İXM-nin 529.2-ci maddəsi konkret olaraq məhkəmə tərəfindən təyin olunmuş inzibati cərimə tənbeh növünün icra edilməməsinə görə məsuliyyəti müəyyən etdiyindən, artıq həmin Məcəllənin 528.1-ci maddəsi ilə şəxs barəsində protokolun tərtib edilməsinə lüzum yoxdur. Azərbaycan Respublikası İXM-in 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri baxımından inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı qəbul edilən qərardaddan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Belə olan halda hesab edirəm ki, Şəxs barəsində İXM-in 528.1 və 529.2-ci maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında protokol düzgün tərtib olunmadığından Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 109-cu maddəsini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 və 529.2-ci maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə geri qaytarılsın. Hakim Samir Bayramov
Məhkəmə qərarları › İş №3(067)-339/2025
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №3(067)-339/2025
10.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver