Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-340/2021 17.05.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, Həsənli Rövşən Xudat oğlunun katibliyi, X2 X3 İdarəsinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1982-ci ildə Xaçmaz şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz şəhəri, F.Əmirov küçəsi 4 saylı evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi üzrə daxil olmuş materiallara baxaraq məhkəmə iclasında baxaraq müəyyən etdi: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə X3 İdarəsi tərəfindən tərtib olunmuş inzibati xətaya dair materialdan görünür ki, Şəxs Xaçmaz şəhəri, Bakı prospekti ünvanında yerləşən “Təhlükəsizlik kameraları” ticarət obyektinin fasadında müvafiq icazə olmadan qanunsuz reklam yayımı faktı müəyyən edilmişdir. Məhkəmə iclasında X2 X3 İdarəsinin nümayəndəsi izahat verərək bildirmişdir ki, Xaçmaz şəhəri, Bakı prospekti ünvanında yerləşən “Təhlükəsizlik kameraları” obyektinin fasadında açıq məkanda müvafiq icazə olmadan qanunsuz reklam yayımı faktı müəyyən edilmişdir. Məhkəmədə izahat vermiş barəsində inzibati protokol tərtib olunmuş şəxs inzibati xətanı törətməkdə təqsirli bilərək göstərmişdir ki, həqiqətən də Xaçmaz şəhəri, Bakı prospekti ünvanında fəaliyyət göstərən “Təhlükəsizlik kameraları” ticarət obyektinin fasadında reklam yayımı yerləşdirmişdir. Törətdiyi əməldən peşmandır. Əlavə olaraq bildirmişdir ki, reklam üzrə aylıq rüsum ödəməyə və və ayllıq müqavilə bağlamağa etiraz etmir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, barəsində inzibati protokol tərtib olunmuş şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi, inzibati xəta haqqında protokolla və iş materialları ilə tam sübuta yetir. Məhkəmə, barəsində inzibati protokol tərtib olunmuş şəxsin törətdiyi inzibati xətanın xarakterini, əməlindən peşman olmasını nəzərə alaraq onun barəsində cərimə növündə inzibati tənbeh təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128,130 cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: xx.xx.1982-ci ildə Xaçmaz şəhərində anadan olan Şəxs Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Sadıqov
Məhkəmə qərarları › İş №3(067)-340/2021
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-340/2021
17.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver