Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 3(067)-342/2021 24.05.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi Məhkəmə iclas katibi dadaşova Könül Vasif qızının katibliyi, X2 Quba Regional İdarəsinin nümayəndəsi X1 iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi üzrə daxil olmuş materiallara baxaraq məhkəmə iclasında baxaraq müəyyən etdi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə X3 İdarəsi tərəfindən tərtib olunmuş inzibati xətaya dair materialdan görünür ki, Şəxs ünvan 1 ünvanında yerləşən “Çinar” obyektinin fasadında açıq məkanda müvafiq icazə olmadan qanunsuz reklam yayımı faktı müəyyən edilmişdir. Məhkəmə iclasında X2 Quba Regional İdarəsinin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, inzibati xəta materialının geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, nümayəndənin vəsatəti təmin olunmalı və inzibati xəta materialı geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin tələblərinə əsasən məhkəmə hesab edir ki, inzibati xəta materialı geri qaytarılmalıdır. q ə r a r a a l d ı : Vəsatət təmin olunsun. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi üzrə daxil olmuş inzibati material X2 Quba Regional İdarəsinə qaytarılsın. Qərardaddan 10 gün müddətində Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №3(067)-342/2021
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №3(067)-342/2021
24.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver