Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 3(067)-344/2021 03.11.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, Həsənli Rövşən Xudat oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi üzrə daxil olmuş materiallara baxaraq məhkəmə iclasında baxaraq müəyyən etdi: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə X2 İdarəsi tərəfindən tərtib olunmuş inzibati xətaya dair materialda qeyd olunmuşdur ki, Şəxs ünvan 1 ünvanında yerləşən “SAMSUNG” ticarət obyektinin fasadında müvafiq icazə olmadan açıq məkanda qanunsuz reklam yayımı faktı müəyyən edilmişdir. X1 X2 İdarəsinin məhkəmənin ünvanına ərizə ilə müraciət edərək inzibati materialın geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, vəsatət təmin olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin tələblərinə əsasən məhkəmə hesab edir ki, material geri qaytarılmalıdır. q ə r a r a a l d ı : Vəsatət təmin olunsun. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə X2 İdarəsi tərəfindən tərtib olunmuş inzibati xətaya dair material inzibati tənbeh tətbiq edilmədən X1 X2 İdarəsinə geri qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Sadıqov
Məhkəmə qərarları › İş №3(067)-344/2021
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №3(067)-344/2021
03.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver