Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-345/2025 20.02.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Qərardan şikayət vermiş şəxs X2 iştirakları ilə, 01 noyabr 1985-ci ildə Xaçmaz rayonu, Müqtədir qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, Xaçmaz rayonu, İstisu qəsəbəsində yaşayan X3 tərəfindən Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi idarəsinin 27 oktyabr 2024-cü il tarixli, EQ seriyalı 24385202 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİM: X3 tərəfindən Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi idarəsinin 27 oktyabr 2024-cü il tarixli, EQ seriyalı 24385202 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X3 şikayətin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, o, etibarnamə əsasında idarə etdiyi “KAMAZ YÜK” markalı ** BX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yük daşımaqla məşğul olur. Həmin nəqliyyat vasitəsi qardaşı Atakişiyev İmrana məxsusdur və qardaşı da həmin nəqliyyat vasitəsini idarə etmək üçün həm ona həm də xalasə oğlu Vasifə etibarnamə verib. O, həmin nəqliyyat vasitəsi ilə yük daşımaqla məşğul olur. O, 27 oktyabr 2024-cü il tarixdə Kamaza yük vuraraq tərəziyə çıxmış və həmin vaxt onun idarə etdiyi nəqliyyat vasitəsində ki, yükün 24840 kq olmuşdur və buna görə də ona yük barədə tərəzi qəbzi verilmişdir. Həmin vaxt ondan başqa həmin yerdə 5 maşın kamaz olmuş və onlarda onun ilə bir yerdən yük vuraraq eyni yerə getmişlər. O, yükü vurub oradan çıxıb digər 5 maşın ilə bir yerdə Bakı istiqamətində hərəkətdə olarkən onunla eyni istiqamətdə hərəkətdə olan Kamaz markalı nəqliyyat vasitəsini keçdikdən sonra ən axırıncı etibarnamə xalası oğlu Vasifin adına verildiyindən onun cərimə olunması ilə bağlı bildiriş Vasifə göndərilmişdir. Bundan başqa o, iş materiallarına onun tərəfindən əlavə edilmiş foto şəkili və tərəzi qəbzini nəzərə alaraq barəsndə qəbul edilmiş qərarın ləğv edilməsini xahiş etmişdir. İnzibati qərar qəbul etmiş Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsaslanaraq qərar qəbul etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X3 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Qərarı qəbul etmiş olan Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən şikayətçi X2 müraciətinə əsasən təqdim olunmuş foto şəkildən görünür ki, xətanın yeri M-1 65.1 km, Xızı rayonu, Giləzi kəndi, Bakı istiqaməti olmuş və onun yük limiti 26000 kq olduğu təqdirdə, yükü həmin vaxt 30700 kq olmuşdur. Bundan əlavə olaraq qərarı qəbul etmiş olan Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən şikayətçi X2 müraciətinə əsasən şiikayətçiyə təqdim olunmuş foto şəkildə bir nəqliyyat vasitəsinin digər nəqliyyat vasitəsini ötmək üçün hərəkət keçdiyini və həmin nəqliyyat vasitəsi digər nəqliyyat vasitəsini keçmək üçün onunla yan-yana getdiyi müşayiət olunur və bundan başqa şikayətçi Kamran Atakişiyev tərəfindən məhkəməyə təqdim edilmiş tərəzi qəbzindən görünür ki, şəxsin etibarnamə əsasında idarə etdiyi “KAMAZ YÜK” markalı ** BX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində ki, yükün çəkisi 24840 kq olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati tənbeh vermə haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 342-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması bunlardır:
1. 342.2.2-ci maddəsinə əsasən normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə əsasən,
2. 342.5-ci maddəsinə əsasən Xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə əlli manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati tənbeh vermə haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iclasında X3 mahiyyəti üzrə hər hansı inzibati xəta törətmədiyini bildirmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, 27 oktyabr 2024-cü il tarixli, EQ seriyalı ******* nömrəli qərarda inzibati xətanın törədilməsini təsdiq edən hər hansı bir sübuta istinad edilmədiyindən, beləliklə qərar araşdırma aparılmadan, sübutlara qiymət verilmədən qəbul edildiyindən şikayət əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, X3 barəsində olan 27 oktyabr 2024-cü il tarixli, EQ seriyalı 24385202 nömrəli qərar heç bir sübuta istinad edilmədən qəbul edilmiş, həmçinin X2 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi aydınlaşdırılmamış, qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati tənbeh vermə haqqında qanunvericiliyin tələbləri inzibati tənbeh vermə haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi idarəsinin 27 oktyabr 2024-cü il tarixli, EQ seriyalı 24385202 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM:
Şikayət qismən təmin edilsin. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi idarəsinin 27 oktyabr 2024-cü il tarixli, EQ seriyalı 24385202 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin quruma göndərilsin Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Sərxan Səmədzadə