Məhkəmə qərarları › İş №3(067)-346/2025

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-346/2025

20.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-346/2025 20.02.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi ilə, X6 tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin 28 yanvar 2025-ci il tarixli, EQ seriyalı 25781677 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİM: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin 28 yanvar 2025-ci il tarixli, EQ seriyalı 25781677 saylı qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. X3 şikayət ərizəsini onunla əsaslandırımışdır ki, məhkəmənin qərarı ilə 6 ay sürücülük hüququ məhdudlaşdırılmışdır. Sonradan o, məhdudlaşdımaya səbəb olmuş cərimə məbləğini ödəyərək məhkəməyə ərizə ilə müraciət etmiş və məhkəmənin qərarı ilə iş üzrə icraata xitam verilmişdir. Buna baxmayaraq o, nəqliyyat vasitəsini sürücülük hüququ olmadan nəqliyyat vasitəsini idarə etməsi ilə bağlı 400 manat cərimə edilmişdir. Bu səbəbdən də o, həmin cərimə cəzası ilə razı olmayaraq məhkəməyə müraciət etməli olmuşdur. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilməsin baxmayaraq şikayət vermiş şəxs gəlməmiş iş üzrə qərar qəbul etmiş Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsi isə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsaslanaraq tərəflərin iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə, işin bütün hallarının məcmusunu hərtərəfli, tam və obyektiv surətdə araşdırıb, iş üzrə sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin 28 yanvar 2025-ci il tarixli, EQ seriyalı 25781677 nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Xaçmaz rayon məhkəməsini 27 yanvar 2025-ci il tarixli, 3(067)-1141/2024 saylı qərardan görünür ki, şikayətçi X1 hüququnun məhdudlaşdırılmasına səbəb olmuş cərimə məbləği şikayətçi tərəfindən tam ödənildiyindən barəsində olan Xaçmaz rayon məhkəməsinin 03 oktyabr 2024-cü il tarixli, 3(067)-1141/2024 saylı qərarına xitam verilmiş, lakin barəsində qəbul edilmiş 27 yanvar 2025-ci il tarixli, 3(067)-1141/2024 saylı qərarın qəbul edildiyi vaxtdan 10 gün keçməmiş, yəni qərar qanuni qüvvəsini almamış şikayətçi nəqliyyat vasitəsini idarə etməsi səbəbindən barəsində 28 yanvar 2025-ci il tarixli, EQ seriyalı 25781677 nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar qəbul edilmişdir. Şikayətçi barəsində qəbul edilmiş Xaçmaz rayon məhkəməsinin 27 yanvar 2025-ci il tarixli, 3(067)-1141/2024 saylı qərarında göstərilən qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddəti gözləmədən qərar qəbul edildikdən növbəti gün yəni 28 yanvar 2025-ci il tarixdə nəqliyyat vasitəsini idarə etməsi səbəbindən barəsində 28 yanvar 2025-ci il tarixli, EQ seriyalı 25781677 saylı qərar qəbul edilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, şikayət ərizəsində qeyd olunanlara və iş materiallarına əlavə edilmiş sənədlərə məhkəmə baxışı zamanı şikayətçinin qeyd olunan cərimənin qanuni olmaması ilə bağlı irəli sürdüyü dəlilərin heç birinin hüquqi əsası yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 352.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə- fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin 28 yanvar 2025-ci il tarixli, EQ seriyalı 25781677 nömrəli Qərarı qanuni olduğundan şikayət təmin edilməməli, adı çəkilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin 28 yanvar 2025-ci il tarixli, EQ seriyalı 25781677 Qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar