Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-349/2021 27.04.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1987-ci ildə Xudat şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Xudat şəhəri, konserv Zavod qəsəbəsi 3/3- saylı evdə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Xaçmaz rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Xaçmaz rayon İcra və Probasiya şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün 27 aprel 2021-ci il tarixdə Xaçmaz rayon məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Xaçmaz rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X4 tərəfindən tərtib edilmiş 27 aprel 2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Xaçmaz rayon məhkəməsinin 2(067)-353/2018 saylı və Xaçmaz rayon məhkəməsinin 2(067)-353/2021 saylı icra icra sənədləri üzrə 12765 manat və 1556.19 manat pulu alınaraq tələbkarlar X2 və X3 ödənilməlidir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş böyük icra məmuru X4 izahatında bildirdi ki, icra sənədinin icrasını təmin etmək məqsədilə borclu Şəxs tələblərin könüllü icrası barədə bildirişlər və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıqlar verilməsinə baxmayaraq o, borcunu ödəməkdən üzrsüz səbəbdən yayınır. Şəxs icra sənədləri üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və bununla da Şəxs borcunu qanunda müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmışdır. Aparılmış icra tədbirləri nəticəsində borclunun adına tələbin yönəldilə biləcəyi rəsmiləşdirilmiş daşınar və daşınmaz əmlak, pensiya, təqaüd və ya müavinət, həmçinin bankda pul vəsaitləri aşkar edilməmişdir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, Xaçmaz rayon məhkəməsinin 2(067)-353/2018 saylı və Xaçmaz rayon məhkəməsinin 2(067)-353/2021 saylı icra icra sənədləri üzrə 12765 manat və 1556.19 manat borclarını inkar etmir. Borclarını ödəməmə səbəbi məhkəmə qətnamələri ilə razı olmamasıdır. 2015-ci ildə manatın devalvasiyası baş verməsi səbəbindən, onun tələbkarlara olan borcları düzgün hesablanmamışdır. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 2(067)-353/2018 saylı və Xaçmaz rayon məhkəməsinin 2(067)-353/2021 saylı icra icra sənədləri üzrə 12765 manat və 1556.19 manat pulu alınaraq tələbkarlar X2 və X3 ödənilməlidir. İş materiallarında olan “İcraata başlamaq haqqında” 18 aprel 2021-ci il tarixli qərardan görünür ki, Xaçmaz rayon məhkəməsinin 2(067)-353/2018 saylı icra sənədi əsasında icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq icra sənədinin könüllü icrası barədə bildirişlə birlikdə borclu Şəxs təqdim edilmişdir. İş materiallarında olan “İcraata başlamaq haqqında” 01 aprel 2021-ci il tarixli qərardan görünür ki, Xaçmaz rayon məhkəməsinin 2(067)-353/2021 saylı icra sənədi əsasında icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq icra sənədinin könüllü icrası barədə bildirişlə birlikdə borclu Şəxs təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında bildirişlərdən görünür ki, Xaçmaz rayon məhkəməsinin 2(067)-353/2018 saylı icra sənədini və Xaçmaz rayon məhkəməsinin 2(067)-353/2021 saylı icra sənədini icra etməsi üçün borclu Şəxs tələbi könüllü icra etməsi üçün 10 gün müddətində vaxt verilmişdir. İş materiallarında olan sənəddən görünür ki, borclunun adına tələbin yönəldilə biləcəyi əmlakının, bankda pul vəsaitinin olub olmaması barədə müvafiq orqanlara elektron sorğular edilmiş, lakin borclunun adına tələbin yönəldilə biləcəyi əmlakı, bankda pul vəsaiti aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs icra sənədlərinin icrasını üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Xaçmaz rayon məhkəməsinin 2(067)-353/2018 saylı icra sənədini və Xaçmaz rayon məhkəməsinin 2(067)-353/2021 saylı icra sənədinin icrasını təmin etmir. Habelə hal hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən yaranmış borcun lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədlərinin icrasına səhlənkar yanaşılmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-in 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, himayəsində azyaşlı uşağının olmasını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə tənbeh növü tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 (beş yüz) manat məbləğində cərimə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Xaçmaz rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №3(067)-349/2021
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-349/2021
27.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver