Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-35/2021 25.01.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi ilə, xx.xx.1985-ci il təvəllüdlü, Xaçmaz şəhəri A. Ələsgərov küçəsi ev 53 saylı ünvanda qeydiyyatda olan və həmin ünvanda yaşayan AR vətəndaşı, evli, orta təhsilli, işləməyən, X3 Bakı şəhəri BPİ-nin Dövlət X13 TP ******* saylı xx xxxxxx 2020-ci il tarixli qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Bakı şəhəri BPİ-nin Dövlət X16 tərəfindən Nəcəfov Rəvan Cavanşir oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə 100 manat məbləğində cərimə olunmasına dair xx xxxxxx 2020-ci il tarixli TP ******* saylı qərar qəbul edilmişdir. Nəcəfov Rəvan Cavanşir oğlu qərardan şikayət verərək, Bakı şəhəri BPİ-nin Dövlət X13 TP ******* saylı xx xxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Nəcəfov Rəvan Cavanşir oğlunun məhkəmə iclasında şikayəti onunla əsaslandırmışdır ki, barəsində yazılmış bu inzibati xəta qərarının ədalətsiz olduğunu düşünərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. xx.xx.2020-ci il tarixdə baş tutmuş məhkəmə prosesində DYP idarəsinin əməkdaşı X4 iştirak etməməsi və heç bir dəlil təqdim olunmaması səbəbi ilə məhkəmə onun barəsində yazılmış inzibati xətanı qismən ləğv edərək, yenidən araşdırılması üçün Bakı şəhəri BPİ-nin Dövlət X15 göndərmişdir. Məhkəmə qərarından xeyli vaxt keçsə də, Bakı şəhəri BPİ-nin Dövlət X6 nə ünvanına məktub gəlmiş, nə də mobil telefonuna zəng olunmamışdır. Lakin o, özü şəxsən üç dəfə Bakı şəhəri BPİ-nin Dövlət X15 gedərək qərarın nə zaman araşdırılacağını soruşsa da ona bu barədə məlumat veriləcəyi bildirilmişdir. Lakin xx.xx.2020-ci il tarixdə qeydiyyatda olduğu Xaçmaz şəhəri A. Ələsgərov küçəsi ev 53 saylı ünvanına Bakı şəhəri BPİ-nin Dövlət X11 məktub göndərilmişlər. Məktubda xx.xx.2020-ci il tarixdə polis leytenantı X2 onun iştirakı olmadan Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarını araşdırdığı və polis əməkdaşı X4 xx.xx.2020-ci il tarixdə barəsində çıxardığı qərarı haqlı sayaraq barəsində növbəti TP ******* saylı yeni bir qərarın qəbul olunduğu bildirilmişdir. Göstərilənlərə əsasən, o, Bakı şəhəri BPİ-nin Dövlət X13 TP ******* saylı xx xxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X14 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq, heç bir üzürlü səbəblər olmadan nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X12 nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, X1 AR İXM-nin 327.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetirilmir. Belə ki, Bakı şəhəri BPİ-nin Dövlət X13 TP ******* saylı xx xxxxxx 2020-ci il tarixli qərarından müəyyən olunur ki, inzibati xəta Yol Patrul Xidməti İnspektoru tərəfindən vizual formada aşkar edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin AR İXM-nin 327.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsini təsdiq edən mötəbər sübutlar mövcud deyil. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri BPİ-nin Dövlət X13 TP ******* saylı xx xxxxxx 2020-ci il tarixli qərarı ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərb.Res-sı İXM-nin 43-48, 53, 106-115 və 117ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Bakı şəhəri BPİ-nin Dövlət X13 TP ******* saylı xx xxxxxx 2020-ci il tarixli qərarı ləğv olunsun və iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №3(067)-35/2021
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-35/2021
25.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver