Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-35/2025 17.01.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsinin səlahiyyətli nümayəndəsi X2 iştirakları ilə Hüquqi şəxs Şəxs Məhdud Məsuiliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Oğuz rayonu, Padar ünvanında qeydiyyatda olan “X6" MMC-nin (Vöen:**********) 2024-cü ilin mart ayı ərzində 2 gömrük bəyannaməsi üzrə 8149,91 ABŞ dolları dəyərində (13854,84 manat) “meyvə” məhsullarını Xaçmaz Gömrük İdarəsində rəsmiləşdirməklə Rusiya Fedrasiyasına ixrac etmiş və xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə etdiyi xarici valyuta vəsaitlərini Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq “X6” MMC-nin Azərbaycan Respublikasında müvəkkil edilmiş bankının hesabına köçürməmişdir. Xarici valyuta vəsaitlərinin müvəkkil edilmiş bankının hesabına köçürülməsinin təmin edilməsi ilə bağlı şirkətin qeydiyyatda olduğu ünvana xx.xx.2024-cü il tarixli 3-33-1700/2-003308/2024 nömrəli bildiriş göndərilsə də, hazırkı dövrə qədər qeyd olunan vəsaitlərin köçürülmədiyi müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Məhdud Məsuiliyyətli Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndənin məhkəmə iclasında iştirakı MMC tərəfindən təmin edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsinin səlahiyyətli nümayəndəsi X3 göstərdi ki, Oğuz rayonu, Padar ünvanında qeydiyyatda olan “X6" MMCnin (Vöen:**********) 2024-cü ilin mart ayı ərzində 2 gömrük bəyannaməsi üzrə 8149,91 ABŞ dolları dəyərində (13854,84 manat) “meyvə” məhsullarını Xaçmaz Gömrük İdarəsində rəsmiləşdirməklə Rusiya Fedrasiyasına ixrac etmiş və xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə etdiyi xarici valyuta vəsaitlərini Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq “X6” MMC-nin Azərbaycan Respublikasında müvəkkil edilmiş bankının hesabına köçürməmişdir. Xarici valyuta vəsaitlərinin müvəkkil edilmiş bankının hesabına köçürülməsinin təmin edilməsi ilə bağlı şirkətin qeydiyyatda olduğu ünvana xx.xx.2024-cü il tarixli 3-33-1700/2-003308/2024 nömrəli bildiriş göndərilsə də, hazırkı dövrə qədər qeyd olunan vəsaitlərin köçürülmədiyi müəyyən edilmişdir. Bununla bağlı Dövlət Gömrük Komitəsinin "xxxx" sistemindən əldə edilmiş məlumata əsasən, MMC xx.xx.2024-cü il tarixdə müvəkkil edilmiş bank hesabına 8000 USD məbləğində vəsait köçürmüşdür. Lakin, qeyd olunan vəsait inzibati xətanın törədildiyi tarixdən təxminən iki ay sonra hesaba köçürülmüşdür. Bu səbəbdən Şəxs Məhdud Məsuiliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyatı üzrə baxılması üçün məhkəməyə təqdim edilmişdir. Şəxs Məhdud Məsuiliyyətli Cəmiyyətinin nümayəndəsi məhkəməyə elektron kabinet vasitəsilə ərizə göndərərək göstərmişdir ki, icrac etdikləri meyvə iş materiallarına əlavə edilən müqavilə əsasında göndərilmişdir. Pulun geri qaytarılması ilə bağlı məhsulu alan xarici şirkətin öz ölkəsində vergi borcuna görə bank hesablarına blok qoyulduğundan pulun müvəkil banka köçürməsini gecikdirmişdir. Onlara inzibati orqan tərəfindən bildiriş gəldikdən sonra inzibati orqanla əlaqə saxlayaraq mövcud problemi bildirmişlər. Sonuncu bildiriş gəldikdən sonra, yəni xx.xx.2024-cü il tarixə təyin edilmiş inzibati araşdırma günü onlar inzibati orqana gedə bilməmişlər, ancaq inzibati araşdırma təyin edilən gündən bir gün əvvəl xx.xx.2024-cü il tarixindən pulun ödkəyə (müvəkil banka) gətirilməsinə nail ola bilmişlər və bu barədə inzibati orqanada məlumat vermişlər. Onlara bildirmişlər ki, məhkəmə baxib inzibati icraata xitam verməlidir. Ona görədə təqdim olunan sənədlərə əsasən iş üzrə inzibati icraata xitam verilməsini xahiş edirlər. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin izahatını dinləyib, material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi iş materialları və araşdırılmış sübutlarla öz təsdiqini tapır. Şəxs nümayəndəsi ərizəsində qeyd olunan xətanın onlardan asılı olmayan üzürlü səbəblərdən baş verdiyini göstərsə də irəli sürdüyü dəlliləri təsdiq edən mütəbər sənədi və sübutu məhkəməyə təqdim edə bilməmişdir. İş materiallarında olan 23 iyul 2024-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokoldan və əlavə olunmuş sənədlərdən görünür ki, Xaçmaz Gömrük İdarəsi Rəsmiləşdirmə Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-33- 1700/012/005735 nömrəli raportunun araşdırılması ilə əlaqədar olaraq, “X6” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) tərəfindən ixrac gömrük prosedurunda rəsmiləşdirməklə **********2816 nömrəli xx.xx.2024-cü il tarixli, **********6966 nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyannamələri əsasında ixrac edilən yüklərin müqabilində qaytarılmalı olan 8149,91 ABŞ dolları (13854,84 manat) məbləğində vəsaitin müvəkkil bankda olan hesabına köçürülməsini təmin etməmişdir. Belə ki, “OĞUZ MEYVƏ BAĞİ" Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi ünvanına xəbərnamə əsasında göndərilmiş xx.xx.2024-cü il tarixli. 3-33-1700/2-003308/2024 nömrəli “ixrac olunmuş malların müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində müvəkkil bankda olan hesablara köçürülməməsi barədə" Bildiriş (16 oktyabr 2024-cü il tarixdə xəbərnamə əsasında təhvil verilib) göndərilsə də, MMC tərəfindən xarici valyuta vəsaitlərinin müvəkkil bankda olan hesablara tam qaydada köçürülməsi istiqamətində müvafiq tədbirlər görülməmişdir. Eyni zamanda “X6” Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi nümayəndəsi xx.xx.2024- cü il tarixli, 3-33-1700/2-003597/2024 nömrəli məktub ilə idarəyə dəvət edilmişdir. Buna baxmayaraq nümayəndənin iştirakı MMC tərəfindən təmin edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli 609 nömrəli Fərmanı ilə təsdiq olunan “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qavdalan”nın 12.2-ci varımbəndinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (islərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 may 2021 -ci il tarixli qərarına əsasən, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin “əldə edilmiş xarici valyuta vəsaitləri” müddəası xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində faktiki əldə edilməsindən asılı olmayaraq Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərini nəzərdə tutur. Nəticədə “X6” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan 25 oktyabr 2024-cü il tarixli raportdan və bildirişdən görünür ki, Oğuz rayonu, Padar ünvanında qeydiyyatda olan “X6" MMC-nin (Vöen:**********) 2024cü ilin mart ayı ərzində 2 gömrük bəyannaməsi üzrə 8149,91 ABŞ dolları dəyərində (13854,84 manat) “meyvə” məhsullarını Xaçmaz Gömrük İdarəsində rəsmiləşdirməklə Rusiya Fedrasiyasına ixrac etmiş və xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə etdiyi xarici valyuta vəsaitlərini Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq “X6” MMC-nin Azərbaycan Respublikasında müvəkkil edilmiş bankının hesabına köçürməmişdir. Xarici valyuta vəsaitlərinin müvəkkil edilmiş bankının hesabına köçürülməsinin təmin edilməsi ilə bağlı şirkətin qeydiyyatda olduğu ünvana xx.xx.2024-cü il tarixli 3-33-1700/2-003308/2024 nömrəli bildiriş göndərilsə də, qanunla müəyyən olunan dövr ərzində qeyd olunan vəsaitlər köçürülməmişdir. İş materiallarında olan Xaçmaz Gömrük İdarəsinin səlahiyyətli nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş Gömrük Xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sistemindən (VAİS) çıxarışdan da görünür ki, Dövlət Gömrük Komitəsinin "xxxx" sistemindən əldə edilmiş məlumata əsasən, “OĞUZ MEYVƏ BAĞİ" Məhdud Məsuliyyətli Cəmiyyəti 28 noyabr 2024-cü il tarixdə müvəkkil edilmiş bank hesabına 8000 USD məbləğində vəsait köçürmüşdür. Başqa sözlə, qeyd olunan vəsait inzibati xətanın törədildiyi tarixdən iki ay sonra hesaba köçürülmüşdür. Azərbaycan Respublikası Prezdentinin 24 iyun 1997-ci il tarixli 609 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”-nın 12.2-ci bəndinin tələbinə əsaəsən 180-gün müddətinə xarici valyuta vəsaitləri, malları ixrac edən ixracatçının Azərbaycan Respublikasında müvəkkil bankda olan hesabına köçürülməsinin təmin edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə araşdırması zamanı da iş materialları ilə müəyyən edilmişdir ki, hüquqi şəxs Oğuz rayonu, Padar ünvanında qeydiyyatda olan “X6" MMC-nin (Vöen:**********) 2024-cü ilin mart ayı ərzində 2 gömrük bəyannaməsi üzrə 8149,91 ABŞ dolları dəyərində (13854,84 manat) “meyvə” məhsullarını Xaçmaz Gömrük İdarəsində rəsmiləşdirməklə Rusiya Fedrasiyasına ixrac etmiş və xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə etdiyi xarici valyuta vəsaitlərini Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq “X6” MMC-nin Azərbaycan Respublikasında müvəkkil edilmiş bankının hesabına köçürməmişdir. Xarici valyuta vəsaitlərinin müvəkkil edilmiş bankının hesabına köçürülməsinin təmin edilməsi ilə bağlı şirkətin qeydiyyatda olduğu ünvana xx.xx.2024-cü il tarixli 3-33-1700/2-003308/2024 nömrəli bildiriş göndərilsə də, müəyyən olunan dövrə qədər qeyd olunan vəsaitlərin köçürülmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Həmin maddənin qeyd hissəsinə əsasən bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 may 2021 -ci il tarixli qərarına əsasən, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin “əldə edilmiş xarici valyuta vəsaitləri” müddəası xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində faktiki əldə edilməsindən asılı olmayaraq Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərini nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən “Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirildiyindən barəsində törədilmiş inzibati xətanın bilavasitə obyekti olmuş 8149,91 ABŞ dolları (13854,84 manat) valyuta vəsaiti məbləğinin həmin maddənin sanksiyasında nəzərdə tutulmuş 30 faizi miqdarında cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədəmüvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 25, 40.0.1, 43, 48-51, 55, 114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinərək barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 8149,91 ABŞ dolları valyuta vəsaiti məbləğinin 30 (otuz) faizi miqdarında, yəni 2444,97 ABŞ dolları məbləğində (ödənilən günü manatla olan məzənnəsi ilə) cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev
Məhkəmə qərarları › İş №3(067)-35/2025
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-35/2025
17.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver