Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-354/2023 06.03.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxx 1970-ci Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Xaçmaz rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Xaçmaz rayon İcra və Probasiya şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Xaçmaz rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 tərəfindən tərtib edilmiş 06 mart 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, borclu Şəxs Xaçmaz rayon Məhkəməsinin 11 mart 2015-ci il tarixli, 2(067)-562/2015 saylı icra vərəqəsinə əsasən 04 sentyabr 1997-ci il təvəllüdlü X2 və 22 dekabr 1999-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün 10 fevral 2015-ci ildən başlayaraq hər ay hər uşaq üçün 100 manat olmaqla cəmi 200 (iki yüz) manat məbləğində sabit aliment tutularaq iş üzrə tələbkar X4 verilməldir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru X5 izahatında bildirdi ki, borclu Şəxs Xaçmaz rayon Məhkəməsinin 11 mart 2015-ci il tarixli, 2(067)-562/2015 saylı icra vərəqəsinə əsasən 04 sentyabr 1997-ci il təvəllüdlü X2 və 22 dekabr 1999-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün 10 fevral 2015-ci ildən başlayaraq hər ay hər uşaq üçün 100 manat olmaqla cəmi 200 (iki yüz) manat məbləğində sabit aliment tutularaq iş üzrə tələbkar X4 verilməsi təmin edilməlidir. Borclu Şəxs həmin aliment borcu üzrə indiyənədək heç bir ödəniş etməmişdir. Borclunun hal-hazırda tələbkara aliment üzrə olan borcu 2600 (iki min altı yüz) manat təşkil edir. Bundan əlavə olaraq icra məmuru borclu icra çağırışlarına gəlmədiyindən barəsində axtarış həbs elan edilmiş və o, barəsində verilmiş axtarış həbs qərarına əsasən polis əməkdaşları tərəfindən saxlanılaraq barəsində tədbir görülməsi üçün icra şöbəsinə təhvil verilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, ondan Xaçmaz rayon Məhkəməsinin 11 mart 2015-ci il tarixli, 2(067)- 562/2015 saylı icra vərəqəsinə əsasən 04 sentyabr 1997-ci il təvəllüdlü X2 və 22 dekabr 1999-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün 10 fevral 2015-ci ildən başlayaraq hər ay hər uşaq üçün 100 manat olmaqla cəmi 200 (iki yüz) manat məbləğində sabit aliment tutularaq iş üzrə tələbkar X4 verilməsi təmin olunmalıdır. O, həmin yaranmış alimentə görə 2017-ci ildə tələbkara 450 manat poçt vasitəsi ilə ödəniş etmişdir, lakin tələbkar həmin pulu götürməkdən imtina etdiyindən o, həmin pulu geri götürmüşdür. Bundan sonra o, tələbkara heç bir ödəniş etməmişdir. 2017-ci ildən bugünədək tələbkara ödəniş etmək üçün başqa vasitələrə əl atmamışdır. Pulun verilməsini icra məmurunun vasitəsilə ödənilməsini həyata keçirməmişdir. Məhkəmə iclasında şahid qisimində ifadə vermiş tələbkar X6 göstərdi ki, borclu Şəxs Xaçmaz rayon Məhkəməsinin 11 mart 2015-ci il tarixli, 2(067)-562/2015 saylı icra vərəqəsinə əsasən 04 sentyabr 1997-ci il təvəllüdlü X2 və 22 dekabr 1999-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün 10 fevral 2015-ci ildən başlayaraq hər ay hər uşaq üçün 100 manat olmaqla cəmi 200 (iki yüz) manat məbləğində sabit aliment tutularaq ona verilməsi təmin olunmalıdır. Yaranmış borcun tələbi ilə bağlı dəflərlə müraciət etmiş, lakin borclu indiyənədək ona olan aliment üzrə ödənişlərini etməmdişdir. Bununlada borclunun ona 2600 (iki min altı yüz) manat aliment borcu yaranmışdır. Borcunun ödənilməsini xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında 06 mart 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. İş materiallarında olan Xaçmaz rayon Polis Şöbəsinin 06 mart 2023-cü il tarixli, 3- 13-79/2-6474/2023 saylı məktubundan görünür ki, Şəxs barəsində xx.xx.2017-ci il tarixdə 780301 nömrəli axtarış işi açılmış və o, barəsində açılmış olan axtarış işi nəticəsində polis əməkdaşları tərəfindən 06 mart 2023-cü il tarixdə saxlanılaraq icra şöbəsinə təhvil verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin onun cəmiyyətdən təcrid edilməklə islah edilməsinin mümkünlüyünü nəzərə alaraq onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin aşağı həddinin tətbiq edilməsi qanuna və məqsədə müvafiqdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 08 (səkkiz) gün müddətə həbs növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbsin əvvəli 06 mart 2023-cü il tarixdən saat 15:45-dən hesablansın. Qərarın icrası Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə və Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM SƏRXAN SƏMƏDZADƏ
Məhkəmə qərarları › İş №3(067)-354/2023
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-354/2023
06.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver