Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-358/2021 30.04.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi , Protokolu tərtib etmiş şəxs X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Qulamhüseyn oğlunun iştirakı ilə, xx.xx.1989-cu ildə Xaçmaz şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz rayonu Qaraqurtlu kəndində yaşayan X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair toplanmış materiala baxaraq müəyyən etdi: X3 20 aprel 2021-ci il tarixdə Xaçmaz şəhəri Əli Bayramov küçəsində hərəkət edən zaman polis əməkdaşlarının ona yaxınlaşdığını görüb qaçmağa başlamış, onu nizamintizama dəvət edən polis əməkdaşlarını əl qol hərəkətləri ilə itələyərək tabesizlik göstərdiyinə görə Xaçmaz RPŞ-nə gətirilmiş və barəsində Azərbaycan Respublikası İXMnin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında material tərtib edilərək, baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında izahat vermiş barəsində inzibati xətaya dair icraat aparılan Şəxs Qulamhüseyn oğlu özünü inzibati xətanı törətməkdə təqsirli bilərək, inzibati xətanı əsəbi olduğundan törətdiyini, əməlindən peşman olduğunu bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, əlilliyi yoxdur. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Xaçmaz RPŞ-nin sahə rəisi vəzifəsində işləyən X4 bildirmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 29 aprel 2021-ci il tarixdə Xaçmaz şəhəri Əli Bayramov küçəsində hərəkət edən zaman polis əməkdaşlarının ona yaxınlaşdığını görüb qaçmağa başlamış, onu nizam-intizama dəvət edən polis polis əməkdaşlarını əl qol hərəkətləri ilə itələyərək tabesizlik göstərmişdir. İş materiallarında olan MN № ******* saylı 29 aprel 2021-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Qulamhüseyn oğlu 29 aprel 2021-ci il tarixdə Xaçmaz şəhəri Əli Bayramov küçəsində hərəkət edən zaman polis əməkdaşlarının ona yaxınlaşdığını görüb qaçmağa başlamış, onu nizam-intizama dəvət edən polis əməkdaşlarını əl qol hərəkətləri ilə itələyərək tabesizlik göstərdiyinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. İş materiallarında olan inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs Qulamhüseyn oğlu 29 aprel 2021-ci il tarixdə, saat 21:00-da inzibati qaydada tutulmuş 30 aprel 2021-ci il tarixdə saat 15-15-də azad edilmişdir. İş materiallarında olan MN № ******* saylı 30 aprel 2021-ci il tarixli Qərardaddan görünür ki, Şəxs Qulamhüseyn oğlu inzibati məsuliyyətə cəlb olunması üçün barəsində toplanmış material Xaçmaz rayon məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, polis əməkdaşlarının və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatlarla sübuta yetirilmişdir ki, Şəxs Qulamhüseyn oğlu polis işçilərinin qanuni tələblərinə tabesizlik göstərmişdir. Bununla da, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Qulamhüseyn oğlunun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Həmin Məcəllənin 31.4-cü maddəsində qeyd olunur ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halların müəyyən edilməməsini, inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi isə məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Qulamhüseyn oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin törətdiyi inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq onun barəsində həbs növündə inzibati tənbeh təyin olunması məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128 və 130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: xx xxxxx 1989-cu ildə Xaçmaz rayonunda anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə tənbeh təyin edilsin. Şəxs saxlandığı 29 aprel 2021-ci il saat 21:00-dan 30 aprel 2021-ci il saat 15:15dək olan 01 (bir) günü həbs müddətindən çıxılsın və onun üzərində 09 (doqquz) gün müddətinə həbs növündə inzibati tənbeh tədbiri saxlanılsın. Şəxs dərhal məhkəmə iclas zalından həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 30 aprel 2021-ci il tarixdən, saat 17:20-dən hesablansın. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №3(067)-358/2021
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-358/2021
30.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver