Məhkəmə qərarları › İş №3(067)-36/2022

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-36/2022

06.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-36/2022 06.01.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 iştirakı ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, 16 sentyabr 1990-cı ildə Xaçmaz rayonunun Gödəkli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşqul olan, Xaçmaz rayonunun Gödəkli kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Xaçmaz rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Xaçmaz rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş 06 yanvar 2021-ci il tarixli inzibati xəta haqqında protokola əsasən Xaçmaz rayon Məhkəməsinin 09 dekabr 2016-cı il tarixli, 2(067)-6637/2016 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 29 iyul 2015-ci il təvəllüdlü X8 və 21 avqust 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşlarına çatandək saxlanmaları üçün 26 oktyabr 2016-cı il tarixdən hesablanmaqla hər ay hər bir uşaq 100 manat olmaqla cəmi 200 manat sabit pul məbləğində alimentin alınaraq X7 verilməsi qət olunmuşdur. Dəfələrlə Şəxs borcunun ödənilməsini təmin etməsi tələb olunsa da, borclu Şəxs alimenti ödəməkdən boyun qaçırmışdır. Hal-hazırda onun ödənilməmiş 5500 manat aliment borcu vardır. Məhkəmədə izahat verən Şəxs törətdiyi inzibati xətanı etiraf etməyərək bildirmişdir ki, Xaçmaz rayon Məhkəməsinin 09 dekabr 2016-cı il tarixli, 2(067)-6637/2016 saylı icra vərəqəsinə əsasən ondan 29 iyul 2015-ci il təvəllüdlü X8 və 21 avqust 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşlarına çatandək saxlanmaları üçün 26 oktyabr 2016-cı il tarixdən hesablanmaqla hər ay hər bir uşaq 100 manat olmaqla cəmi 200 manat sabit pul məbləğində alimentin alınaraq X7 verilməsi qət olunmuşdur. Hal-hazırda onun ödənilməmiş 5500 manat aliment borcu vardır. O, icra məmurunun cağırışlarından yayınmamış və hissə-hissə aliment borcunu ödəmiş və ödəməkdə davam edir. Gələcəkdə də aliment ödənişlərini vaxtı vaxtında ödəməkdə davam etdiyini bildirmişdir. Məhkəmədə izahat vermiş Xaçmaz rayon İcra Şöbəsinin icra məmuru X6 göstərmişdir ki, Xaçmaz rayon Məhkəməsinin 09 dekabr 2016-cı il tarixli, 2(067)- 6637/2016 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 29 iyul 2015-ci il təvəllüdlü X8 və 21 avqust 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşlarına çatandək saxlanmaları üçün 26 oktyabr 2016-cı il tarixdən hesablanmaqla hər ay hər bir uşaq 100 manat olmaqla cəmi 200 manat sabit pul məbləğində alimentin alınaraq X7 verilməsi qət olunmuşdur. Dəfələrlə Şəxs borcunun ödənilməsini təmin etməsi tələb olunsa da, borclu Şəxs alimenti ödəməkdən boyun qaçırmışdır. Hal-hazırda onun ödənilməmiş 5500 manat aliment borcu vardır. Məhkəmə iclasında şahid qisimində ifadə vermiş tələbkar X9 göstərdi ki, Xaçmaz rayon Məhkəməsinin 09 dekabr 2016-cı il tarixli, 2(067)-6637/2016 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 29 iyul 2015-ci il təvəllüdlü X8 və 21 avqust 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşlarına çatandək saxlanmaları üçün 26 oktyabr 2016-cı il tarixdən hesablanmaqla hər ay hər bir uşaq 100 manat olmaqla cəmi 200 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi təmin edilməlidir. Borclunun alimentə görə hal-hazırda qalıq borcu, 5500 manat təşkil edir. Borclu ödənişləri edir, yalnız o, borcunu tam şəkildə ödənilməsini istəyir. İş materiallarında olan 06 yanvar 2021-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Xaçmaz rayon Məhkəməsinin 09 dekabr 2016-cı il tarixli, 2(067)-6637/2016 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 29 iyul 2015-ci il təvəllüdlü X8 və 21 avqust 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşlarına çatandək saxlanmaları üçün 26 oktyabr 2016-cı il tarixdən hesablanmaqla hər ay hər bir uşaq 100 manat olmaqla cəmi 200 manat sabit pul məbləğində alimentin alınaraq X7 verilməsi qət olunmuşdur. Dəfələrlə Şəxs borcunun ödənilməsini təmin etməsi tələb olunsa da, borclu Şəxs alimenti ödəməkdən boyun qaçırmışdır. Hal-hazırda onun ödənilməmiş 5500 manat aliment borcu vardır. Azərbaycan Respublikası İXM-nin 53.0. və 53.0.2-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraata inzibati xəta tərkibi olmadıqda xitam verilir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Beləliklə, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, həmin maddə ilə nəzərdə tutulmuş inzibati xəta əməlinin tərkib hissəsinin yaranması üçün əsas şərt məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsidir. Lakin məhkəmə iclasında izahat vermiş icra məmuru barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin onun qanuni tələblərini yerinə yetirdiyini, çağırışlara vaxtlı-vaxtında gəldiyini, onun borcu vaxtında və lazımınca ödəməməsinin isə qərəzliliklə əlaqədar olmadığını, onun maddi vəziyyəti ilə əlaqədar olduğunu bildirmişdir. Yəni, onun əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlinin tərkib hissəsi yoxdur və ona görə də iş üzrə icraata xitam verilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 30, 99, 106, 112, 133, 115, 116, 117 və 130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 528.1-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlinin tərkib hissəsi olmadığından onun barəsində olan inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. HAKİM SƏRXAN SƏMƏDZADƏ.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar