Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 3(067)-363/2023 10.03.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Sadıqov Anar Böyükkişi oğlu X2 tərəfindən inzibati xətaya dair protokoldan verilmiş şikayətə baxılmağa hazırlanmasına məhkəmə iclasından kənar prosessual qaydada baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: X2 tərəfindən Əmlak Məsələləri Dövlət Xidmətinin Xaçmaz Ərazi şöbəsinin onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsi ilə tərtib etdiyi 04 avqust 2020-ci il tarixli inzibati xətaya dair protokoldan verilmiş şikayət ərizəsi məhkəməyə daxil olmuşdur. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət ərizəsi geri qaytarılmalıdır. Belə ki, şikayət vermiş şəxs şikayətlə inzibati xətaya dair qərarın (mövcud olan) ləğv edilməsi ilə bağlı müraciət etməli olduğu halda, protokolun ləğv edilməsini xahiş etmişdir. Həmçinin şikayətə belə bir protokol əlavə edilməmişdir. Bundan başqa, iş materiallarından görünür ki, şikayət vermiş şəxsin yaşayış yeri Bakı şəhərindədir, həmçinin inzibati xətanın törədildiyi yer isə Quba rayonunun İİ Nügədi kəndi ərazisi olmuşdur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, inzibati tənbehvermə haqqında protokoldan verilmiş şikayət və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 109, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X1 Əmlak Məsələləri Dövlət Xidmətinin Xaçmaz Ərazi şöbəsinin 04 avqust 2020-ci il tarixli inzibati xətaya dair protokolunun ləğv edilməsi barədə şikayəti geri qaytarılsın. Hakim: Anar Sadıqov
Məhkəmə qərarları › İş №3(067)-363/2023
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №3(067)-363/2023
10.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver