Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-37/2021 11.01.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədirliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxx 1995-ci ildə Xaçmaz şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə Xaçmaz rayon PŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdi: Şəxs xx xxxxxx 2021-cı il tarixdə Xaçmaz şəhəri, Nazim Məmmədov küçəsində ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis işcilərinin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmədə izahat vermiş Şəxs bildirmişdir ki, xx xxxxxx 2021-ci il tarixdə səhər saatlarında işdən gəldikdən sonra yuxusuz olduğu üçün bir az dincəlmək istəmiş və buna görə də qapını içəridən kilidləyərək yatmışdır. Həmin vaxt evdə heç kəs olmamışdır. Daha sonra anası evə gəldikdə o, oyanıb qapını açmışdır. Onun qapını kilidləməsinə görə anası evdə olan pulun oğurlandığını görüb ondan şübhələnmişdir. O, nə qədər desə də ki, pulu götürməyib, anası ona inanmamış və DİN-nin 102 xidmətinə zəng vurmuşdur. Polis əməkdaşları evə gələn zaman o, söyüş söyməmiş, əsəbi olduğu üçün polis əməkdaşlarına «yenə nə istəyirsiniz məndən, əl çəkin də məndən, siz kimsiz ki mən sizinlə harasa gedim» sözləri deyərək cavab vermişdir. Polis əməkdaşları onu nizam intizama dəvət etsələr də o, öz hərəkətlərini davam etdirmişdir. Sonra isə polis əməkdaşları onu avtomaşına mindirərək Xaçmaz RPŞ-nə gətirmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Hüseynov Zöhrab Abbas oğlu göstərmişdir ki, Həbibova Böyükxanım Oruc qızına məxsus, ünvan 1 ünvanında oğurluq olması barədə Böyükxanım Həbibova DİN-nin 102 xidmətinə məlumat vermişdir. O, Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri, polis leytenantı Elvin Camalzadə və polis leytenantı Hikmət Kərimovla qeyd olunan ünvana çatanda bir nəfər şəxsin küçədə ucadan ünvansız nalayiq söyüşlər işlətməsinin şahidi olmuşlar. Onalr özlərini təqdim edərkən həmin şəxsi sakitləşdirərək qanuna riayət etməsini tələb etməklərinə baxmayaraq, həmin şəxs onların qanuni tələblərinə məhəl qoymayarq öz hərəkətlərini davam etdirmişdir. Həmin şəxs onlar tərəfindən saxlanılaraq Xaçmaz RPŞ-nə gətirilmiş, orada məlum olmuşdur ki, o, xx xxxxx 1995-ci il təvəllüdlü Şəxsdur. Məhkəmədə şahid qismində dindirilmiş şahidlər Xaçmaz RPŞ-nin əməliyyat müvəkilləri, polis leytenantı Elvin Camalzadə və polis leytenantı Hikmət Kərimov, şahid Zöhrab Abbasovun ifadəsi ilə eyni məzmunlu ifadə vermişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə- fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı və sahə rəisi Sənan Hacıyev tərəfindən tərtib edilmiş inzibati xəta haqqında xx xxxxxx 2021-ci il tarixli, MN ******* №-li protokolla sübuta yetirilir. Məhkəmə Şəxs inzibati tənbeh növü təyin edərkən, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, eyni zamanda, törədilmiş inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini nəzərə almaqla, onun barəsində inzibati həbs tənbeh növü təyin olunmasını məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərb.Res-sı İXM-nin 43-48, 106-115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: xx xxxxx 1995-ci ildə Xaçmaz şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, rəsmi olaraq işləməyən, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, ona 10 (on) gün həbs inzibati tənbeh növü təyin edilsin. Həbsin əvvəli xx xxxxxx 2020-ci il saat 14:30-dan hesablansın. Qərarın surəti icra edilməsi üçün Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Xəlilov
Məhkəmə qərarları › İş №3(067)-37/2021
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-37/2021
11.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver