Məhkəmə qərarları › İş №3(067)-37/2022

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-37/2022

23.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-37/2022 23.04.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, 28 avqust 1987-ci ildə Xaçmaz rayonunun Çarxı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, Xaçmaz rayonunun Çarxı kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Xaçmaz rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Xaçmaz rayon İcra və X3 rayon məhkəməsinə daxil olmuş MN № ******* saylı 06 yanvar 2022-ci il tarixli inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Xaçmaz rayon məhkəməsinin 09 iyun 2021-ci il tarixli, 2(067)- 171/2021 saylı qətnaməsinə əsasən borclu Şəxs 05 may 2010-cu il təvəllüdlü X4 və 04 iyul 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay hər bir uşaq üçün 175 manat olmaqla cəmi 350 manat məbləğində sabit pul şəklində alimentin tutularaq X2 verilməsi qət edilmişdir. Məhkəmənin 09 iyun 2021-ci il tarixli, 2(067)- 171/2021 saylı qətnaməsi icraya yönəldilmişdir. Lakin borclu Şəxs Xaçmaz rayon məhkəməsinin 09 iyun 2021-ci il tarixli, 2(067)-171/2021 saylı icra vərəqəsi üzrə tələbi üzürsüz səbəbdən icra etməməklə icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmədə İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə ifadə verərək bildirdi ki, Xaçmaz rayon məhkəməsinin 09 iyun 2021-ci il tarixli, 2(067)-171/2021 saylı qətnaməsinə əsasən borclu Şəxs 05 may 2010-cu il təvəllüdlü X4 və 04 iyul 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay hər bir uşaq üçün 175 manat olmaqla cəmi 350 manat məbləğində sabit pul şəklində alimentin tutularaq X2 verilməsi təmin edilməlirşdir. İcra vərəqəsinin icrası ilə bağlı tərəfindən borcluya dəfələrlə rəsmi bildirişlər göndərilərək xəbərdarlıq edilmişdir. Lakin borclu Şəxs keçən müddət ərzində çağırışlara gəlməkdən yayınmaqla və ödəniş etməməklə icra sənədini üzürsüz səbəbdən icra etmədiyindən onun 3680 (üç min altı yüz səksən) manat məbləğində aliment borcu yaranmışdır. Borclunun son ödəniş tarixi 2021-ci ilin dekabr ayında olmuşdur. İş üzrə tələbkar həmin ödənişdən sonra yenidən icra şöbəsinə şikayət etdiyində borclu ilə əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin icrasından qəsdən yayınması ilə bağlı 06 yanvar 2021-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə müraciət olunmuş və işə Xaçmaz rayon məhkəməsinin hakimi Anar Sadıqovun sədrliyi ilə baxılmışdır. Həmin vaxt borclu tələbkara olan borcundan 400 manat aliment borcunu köçürmüşdür. Hakim borclunun ödənişini nəzərə alaraq ona İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş 1000 manat məbləğində inzibati tənbeh tətbiq etmişdir. Tələbkar borclu Şəxs barəsində qəbul olunmuş qərarla razı olmayaraq Xaçmaz rayon məhkəməsinin 06 yanvar 2022-ci il tarixli, 3(067)-37/2022 saylı qərardan apelyasiya şikayəti vermişdir. Sumqayıt Apelyasiya məhkəməsinin hakimi Məmmədəli Rzayev şikayət üzrə işə baxaraq 10.02.2022-ci il tarixli, 3(105)-98/2022 saylı qərar qəbul edərək Xaçmaz rayon məhkəməsinin 06 yanvar 2022-ci il tarixli, 3(067)-37/2022 saylı qərarını ləğv etmiş və işə yenidən baxılması üçün yeni qərar qəbul edilməsi ilə bağlı işi yenidən Xaçmaz rayon məhkəməsinə göndərmişdir. Borclu Şəxs qətnamə üzrə 6650 manat aliment borcundan hazırki günədək 2620 manat ödəniş etmiş, onun aliment üzrə hazırki günə ödənilməmiş aliment borcu 4030 manat təşkil edir. Məhkəmədə izahat verən inzibati xəta törətmiş şəxs Şəxs inzibati xətanı törətmədiyi, icra məmurunun dediklərini isə qismən təsdiq etməklə bildirdi ki, həqiqətən də Xaçmaz rayon məhkəməsinin 09 iyun 2021-ci il tarixli, 2(067)-171/2021 saylı qətnaməsinə əsasən ondan 05 may 2010-cu il təvəllüdlü X4 və 04 iyul 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay hər bir uşaq üçün 175 manat olmaqla cəmi 350 manat məbləğində sabit pul şəklində alimentin tutularaq X2 verilməsi qət edilmişdir. Lakin o, aliment borcunu ödəməkdən qəsdən yayınmamışdır. O, rəsmi olaraq heç bir yerə işləmir taksi fəaliyyəti ilə məşğul olmaqla dolanır və aliment pulunu ödəyir. Sumqayıt Apelyasiya məhkəməsinin qərarından sonra yəni 20 fevral 2022-ci il tarixdə qəzaya düşdüyündən, avtomobili nasaz vəziyyətdə olmuş və buna görə də işləyib pul qazana bilməmişdir. Bu səbəbdən aliment borcunun ödənilməsi ilə bağlı gecikmələr olmuşdur. Buna baxmayaraq o, aliment üzrə 16 mart 2022-ci il tarixdə 300 manat ödəniş etmişdir. Bundan sonra aylıq ödənişlərini vaxtında edəcəyini və qeyd olunanları nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan qəbzlərin surətlərindən görünür ki, Şəxs müxtəlif vaxtlarda tələbkar Elnarə Mədətovanın hesabına ödənişlər etmişdir. Sonuncu ödənişi, yəni 300 manat pulu 16 mart 2022-ci ildə ödəmişdir. İş materiallarında olan Baş Dövlət Yol Polisi İdarəsinin 21.02.2022-ci il tarixli, 000185 nömrəli arayışından görünür ki, Şəxs idarə etdiyi “Opel” markalı ** BF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhər Atletlər kəndində hərəkətdə olarkən X6 idarə etdiyi “VAZ” markalı ** PK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Beləliklə, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, həmin maddə ilə nəzərdə tutulmuş inzibati xəta əməlinin tərkib hissəsinin yaranması üçün əsas şərt məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsidir. Lakin məhkəmə iclasında müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin aliment ödənişlərindən yayınması qəsdən olmamış, o, ödənişlərini müntəzəm həyata keçirsə də, son vaxtlar üzürlü səbəblərə görə müəyyən müddət ərzində ödənişlərində gecikmələr olmuşdur. Bundan sonra, aliment ödənişlərini vaxtlı-vaxtında icra edəcəkdir. Azərbaycan Respublikası İXM-nin 53.0. və 53.0.2-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraata inzibati xəta tərkibi olmadıqda xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlinin tərkib hissəsi yoxdur və ona görə də iş üzrə icraata xitam verilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 30, 99, 106, 112, 133, 115, 116, 117 və 130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 528.1-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlinin tərkib hissəsi olmadığından onun barəsində olan inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. . HAKİM SƏRXAN SƏMƏDZADƏ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar