Məhkəmə qərarları › İş №3(067)-371/2021

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-371/2021

06.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-371/2021 06.05.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, Xaçmaz RPŞ-nin nümayəndəsi X13, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, 12.08.1981-ci ildə Xaçmaz rayonunda anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz şəhəri Xanlar küçəsi 21 saylı evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair toplanmış materiala baxaraq müəyyən etdi: Şəxs Xaçmaz şəhəri, Xanlar küçəsi ev 21-də yaşayan, xx.xx.1981-ci il təvəllüdlü Şəxs 15.11.2020-ci il tarixdə X37 məxsus Xaçmaz şəhəri Nərimanov küçəsində yerləşən mağazadan 80 manat pulu, 31.01.2021-ci il tarixdə X6 məxsus evinin həyətindən ümumi dəyəri 80 manat olan qaz balonunu və sobanı, 24.01.2021-ci il tarixdə ünvan 1 ünvanda yaşayan X31 məxsus ayaqqabı köşkündən 25 manat dəyərində mobil telefonu, 18.01.2021-ci il tarixdə X7 məxsus Xaçmaz şəhəri T.İsmayılov küçəsi ev 25-dən 100 manat pulu, 23.01.2021-ci il tarixdə X19 məxsus Xaçmaz şəhəri Bakı prospekti 13 nömrəli ünvanada yerləşən evdən 100 manat dəyərində qızıl sırğanı, 26.01.2021-ci il tarixdə Xaçmaz rayonu Armudpadar kənd sakini X26 məxsus 80 manat dəyərində 1 ədəd su matorunu, 28.01.2021-ci il tarixdə vət. X20 məxsus 300 manat dəyərində 18 ədəd qoz tinglərini, 22.02.2021-ci il tarixdə X21 məxsus Xaçmaz rayonu Qaraçı kəndində yerləşən evdən dəyəri 85 manat olan dizüstü kompyuteri, 24.02.2021-ci il tarixdə Xaçmaz rayonu Hülövlü kəndində yaşayan X4 məxsus Xaçmaz şəhəri H.Z.Tağıyev küçəsində saxladığı avtomobildən 75 manat dəyərində maqnetofonu, 10.03.2021-ci il tarixdə Xaçmaz şəhəri N.Rəfibəyli küçəsi ev 12-d yaşayan X8 məxsus evdən 80 manat dəyərində tozsaranı, 05.03.2021-ci il tarixdə X3 qohumunun Xaçmaz şəhəri, Dədə Qorqud küçəsi 40 nömrəli evindən 91 manat dəyərində qaz sayğacını, Xaçmaz şəhəri Vidadi küçəsi ev 7-də yaşayan X9 məxsus avtomobildən 90 manat dəyərində akumlyatoru, 05.03.2021-ci il tarixdə Şabran şəhəri F.Hacıyev küçəsi ev 33-də yaşayan X14 Xaçmaz MRX-nın qarşısında saxladığı avtomobildən 100 manat dəyərində maqnetofonu, 05.03.2021-ci il tarixdə Xaçmaz rayonu Uzun-oba kəndində yaşayan X22 məxsus evdən ümumi dəyəri 90 manat olan 2 kisə fındığı, 10.03.2021-ci il tarixdə Xaçmaz rayonu Çarxı kəndində yaşayan X10 məxsus ümumi dəyəri 90 manat olan qaynaq və dəmirkəsən aparatları, 10.03.2021-ci il tarixdə Xaçmaz rayonu Çarxı kəndində yaşayan X15 məxsus evdən 90 manat dəyərində 3 ədəd meyvə qablarını, 27.03.2021-ci il tarixdə Xaçmaz rayonu Çarxı kəndində yaşayan X16 məxsus evdən dəyəri 84 manat olan 6 ədəd dəmir borunu, 31.03.2021-ci il tarixdə Xaçmaz şəhər qəbirstanlığından X27 məxsus ümumi dəyəri 80 manat olan 1 ədəd xalçanı və 1 ədəd direli, 31.03.2021-ci il tarixdə Xaçmaz rayonu, Çarxı kəndində yaşayan X23 məxsus evdən dəyəri 10 manat olan elektrik naqilini, 06.04.2021-ci il tarixdə X2 məxsus Xaçmaz şəhəri A.Mustafayev küçəsində yerləşən kafedən 100 manat dəyərində aliminium barmaqlıqları, 19.04.2021-ci il tarixdə Xaçmaz şəhəri, N.Tusi küçəsi ev 11-də yaşayan X1 qaldığı evdən 90 manat dəyərində generatoru, 19.04.2021-ci il tarixdə X17 məxsus Xaçmaz şəhəri, A.Mustafayev küçəsində yerləşən ərzaq mağazasından ümumi dəyəri 90 manat olan 1 ədəd elektron tərəzini və 1 ədəd su nasosunu, 14.04.2021-ci il tarixdə X11 məxsus Xaçmaz şəhəri, 61 məhələdə yerləşən evdən 2 metr işıq naqilini oğurlamaqla yəni özgənin əmlaklarını xırda talamışdır. Şəxs il ərzində analoji inzibati xətaları təkrarən törətdiyinə görə Xaçmaz RPŞ-nə gətirilmiş və barəsində Azərbaycan Respublikası İXM-nin 277-ci maddəsi ilə inzibati xəta haqqında material tərtib edilərək, baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Xaçmaz RPŞ-nin nümayəndəsi X28 bildirdi ki, Şəxs Xaçmaz şəhəri, Xanlar küçəsi ev 21-də yaşayan, xx.xx.1981-ci il təvəllüdlü Şəxs 15.11.2020-ci il tarixdə X37 məxsus Xaçmaz şəhəri Nərimanov küçəsində yerləşən mağazadan 80 manat pulu, 31.01.2021-ci il tarixdə X6 məxsus evinin həyətindən ümumi dəyəri 80 manat olan qaz balonunu və sobanı, 24.01.2021-ci il tarixdə ünvan 1 ünvanda yaşayan X31 məxsus ayaqqabı köşkündən 25 manat dəyərində mobil telefonu, 18.01.2021-ci il tarixdə X7 məxsus Xaçmaz şəhəri T.İsmayılov küçəsi ev 25-dən 100 manat pulu, 23.01.2021-ci il tarixdə X19 məxsus Xaçmaz şəhəri Bakı prospekti 13 nömrəli ünvanada yerləşən evdən 100 manat dəyərində qızıl sırğanı, 26.01.2021-ci il tarixdə Xaçmaz rayonu Armudpadar kənd sakini X26 məxsus 80 manat dəyərində 1 ədəd su matorunu, 28.01.2021-ci il tarixdə vət. X20 məxsus 300 manat dəyərində 18 ədəd qoz tinglərini, 22.02.2021-ci il tarixdə X21 məxsus Xaçmaz rayonu Qaraçı kəndində yerləşən evdən dəyəri 85 manat olan dizüstü kompyuteri, 24.02.2021-ci il tarixdə Xaçmaz rayonu Hülövlü kəndində yaşayan X4 məxsus Xaçmaz şəhəri H.Z.Tağıyev küçəsində saxladığı avtomobildən 75 manat dəyərində maqnetofonu, 10.03.2021-ci il tarixdə Xaçmaz şəhəri N.Rəfibəyli küçəsi ev 12-d yaşayan X8 məxsus evdən 80 manat dəyərində tozsaranı, 05.03.2021-ci il tarixdə X3 qohumunun Xaçmaz şəhəri, Dədə Qorqud küçəsi 40 nömrəli evindən 91 manat dəyərində qaz sayğacını, Xaçmaz şəhəri Vidadi küçəsi ev 7-də yaşayan X9 məxsus avtomobildən 90 manat dəyərində akumlyatoru, 05.03.2021-ci il tarixdə Şabran şəhəri F.Hacıyev küçəsi ev 33-də yaşayan X14 Xaçmaz MRX-nın qarşısında saxladığı avtomobildən 100 manat dəyərində maqnetofonu, 05.03.2021-ci il tarixdə Xaçmaz rayonu Uzun-oba kəndində yaşayan X22 məxsus evdən ümumi dəyəri 90 manat olan 2 kisə fındığı, 10.03.2021-ci il tarixdə Xaçmaz rayonu Çarxı kəndində yaşayan X10 məxsus ümumi dəyəri 90 manat olan qaynaq və dəmirkəsən aparatları, 10.03.2021-ci il tarixdə Xaçmaz rayonu Çarxı kəndində yaşayan X15 məxsus evdən 90 manat dəyərində 3 ədəd meyvə qablarını, 27.03.2021-ci il tarixdə Xaçmaz rayonu Çarxı kəndində yaşayan X16 məxsus evdən dəyəri 84 manat olan 6 ədəd dəmir borunu, 31.03.2021-ci il tarixdə Xaçmaz şəhər qəbirstanlığından X27 məxsus ümumi dəyəri 80 manat olan 1 ədəd xalçanı və 1 ədəd direli, 31.03.2021-ci il tarixdə Xaçmaz rayonu, Çarxı kəndində yaşayan X23 məxsus evdən dəyəri 10 manat olan elektrik naqilini, 06.04.2021-ci il tarixdə X2 məxsus Xaçmaz şəhəri A.Mustafayev küçəsində yerləşən kafedən 100 manat dəyərində aliminium barmaqlıqları, 19.04.2021-ci il tarixdə Xaçmaz şəhəri, N.Tusi küçəsi ev 11-də yaşayan X1 qaldığı evdən 90 manat dəyərində generatoru, 19.04.2021-ci il tarixdə X17 məxsus Xaçmaz şəhəri, A.Mustafayev küçəsində yerləşən ərzaq mağazasından ümumi dəyəri 90 manat olan 1 ədəd elektron tərəzini və 1 ədəd su nasosunu, 14.04.2021-ci il tarixdə X11 məxsus Xaçmaz şəhəri, 61 məhələdə yerləşən evdən 2 metr işıq naqilini oğurlamaqla yəni özgənin əmlaklarını xırda taladığına görə barəsində Azərbaycan Respublikası İXM-nin 277-ci maddəsi ilə inzibati xəta haqqında material tərtib edilmişdir. Məhkəmə iclasında izahat vermiş barəsində inzibati xətaya dair icraat aparılan Şəxs özünü inzibati xətaları törətməkdə təqsirli bilərək, əməllərindən peşman olduğunu bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, əlilliyi yoxdur. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 04 may 2021-ci il tarixdə saat 17:15-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən Xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, polis əməkdaşlarının və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatlarla sübuta yetirilmişdir ki, Şəxs oğlu xırda talama əməlləri törətmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə görə, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128 və 130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: xx.xx.1981-ci ildə Xaçmaz rayonunda anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 23 (iyirmi üç) gün müddətinə inzibati həbs növündə tənbeh təyin edilsin. Həbs etmənin əvvəli 04 may 2021-ci il saat 17:15-dən hesablansın Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apelyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar