Məhkəmə qərarları › İş №3(067)-373/2021

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-373/2021

17.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-373/2021 17.05.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, Məhkəmə icas katibi X6 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 iştirakı ilə, 04.04.1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, inzibati məsuliyyətə cəlb olunmamış, Xaçmaz rayonunun Ağarəhimoba kəndində yaşayan X2 Xaçmaz Rayon Polis Şöbəsinin 26.04.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında MN ******* saylı qərarından şikayətinə açıq məhkəmə icasında baxaraq, MÜƏYYƏN ETDİ : Xaçmaz Rayon Polis Şöbəsinin 26.04.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında MN ******* saylı qərarı ilə X5 oğlu Azərbaycan Respublikası İXM-nin 243.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirkar bilinərək, 1.500 manat miqdarında cərimə edilmişdir. X1 Rayon Polis Şöbəsinin 26.04.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında MN ******* saylı qərarı əsasında onun 1.500 manat məbləğində cərimə edilməsinə dair qərardan şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin qərarın ləğv olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 məhkəmə iclasında şikayət ərizəsini onunla əsaslandırmışdır ki, 26.04.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərara əsasən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 243.0.1-ci maddəsi ilə təqsirli bilinib yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz aparılması, yer təkinin və ətraf mühitin mühafizəsi üzrə standartların (normaların, qaydaların) tələblərinin pozulması faktı üzrə Xaçmaz rayon Polis Şöbəsi tərəfindən fiziki şəxs qismində 1.500 manat cərimə olunmuşdur. Hesab edir ki, tərtib edilmiş qərar qanunsuz və əsassız qərardı. Xaçmaz rayon Polis Şöbəsinin onun haqqında tərtib etdiyi protokol və protokol əsasında tərtib editlmiş qərar düzgün tərtib edilməmişdir. Əvəlla o, torpaq sahəsinin sahibi deyil. Həmin torpaq sahəsi başqa şəxsə məxsusdur, bu üzdən həmin torpaqa dair hər hansı qanun pozuntusuna görə o, məsuliyyət daşımır. Xaçmaz rayon polis şöbəsi onu inzibati xəta törətmiş şəxs qismində cərimə edə bilməzdi. Bundan əlavə o, qeyd olunan torpaq sahəsinin qorunmasına, mühafizə olunmasına həmçinin torpaq sahəsinini digər qaydada idarə edilməsinə məsul şəxs deyil. Bu barədə mülkiyyətçi il əvə ya digər qanuni sahibi ilə arasında hər hansı müqavilə mövcud deyildir. O, polis əməkdaşları torpaq sahəsində protkol yazarkən sadəcə orada olmuş, polis əməkdaşları bundan istifadə edərək onu məsuliyyətə cəlb etmişlər. Bundan əlavə o, ailəli olmaqla himayəsində azyaşlı uşaqların olmasını, cox ağır ailə tərzi keçirməsini, fəhləlik etməklə ailəsini dolandırmasını nəzərə alaraq, Xaçmaz Rayon Polis Şöbəsinin 26.04.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında MN ******* saylı qərarı əsasında onun 1.500 manat məbləğində cərimə edilməsinə dair qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 oğlu məhkəmədə eyni məzmunda izahat verərək, Xaçmaz Rayon Polis Şöbəsinin 26.04.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında MN ******* saylı qərarı əsasında onun 1.500 manat məbləğində cərimə edilməsinə dair qərarın ləğv olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Xaçmaz rayonu Hülövlü kənd sakini X2 Azərbaycan Respublikası İXM-nin 243.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübüta yetmədiyindən, Xaçmaz Rayon Polis Şöbəsinin 26.04.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında MN ******* saylı qərarı əsasında onun 1.500 manat məbləğində cərimə edilməsinə dair qərarı ləğv edilməlidir. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.0.1. inzibati xəta hadisəsi olmadıqda; 53.0.2. inzibati xəta tərkibi olmadıqda; 53.0.3. şəxs son zərurət vəziyyətində hərəkət etdikdə; 53.0.4. şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə; 53.0.5. inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda; 53.0.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda; 53.0.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda; 53.0.8.barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə; 53.0.9. Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda; 53.0.10.bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda; 53.0.11.bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt recimində tərtib olunmadıqda. Məhkəmə hesab edir ki, X2 Xaçmaz rayonu, Ağarəhimoba kəndində yerləşən torpaq sahəsindən istifadə etməsi və həmin torpaq sahəsinin barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə məxsus olması inzibati xəta haqqında protokolla öz təsdiqini tapmadığından, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcud olmamasına görə onun barəsində iş üzrə icraata xitam verilməsi üçün əsas vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərar ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərb.Res-sı İXM-nin 43-48, 106-115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Xaçmaz Rayon Polis Şöbəsinin 26.04.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X5 oğlunun şikayəti təmin edilsin. Xaçmaz Rayon Polis Şöbəsinin 26.04.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv olunsun və X5 oğlunun AR İXM-in 243.0.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair işin icraatına xitam verilsin. Qərardan 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar