Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-373/2023 07.03.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X3, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1960-cı ildə Xaçmaz rayonunun Qaracəlli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz rayonunun Qaracəlli kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala baxaraq müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə inzibati xəta haqqında material tərtib edilərək baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir ondan ötrü ki, o, Xaçmaz Rayon Məhkəməsinin 21 iyul 2015-ci il tarixli, 2(067)-1860/2015 saylı icra sənədini qərəzli olaraq icra etmir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahat verərək bildirmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Xaçmaz Rayon Məhkəməsinin 21 iyul 2015-ci il tarixli, 2(067)-1860/2015 saylı icra sənədinə əsasən cəmi 11082 manat alınaraq X1 verilməlidir. X2 vəfat etdiyindən o, vərəsəsi ilə əvəz edilmişdir. Borclu həmin məbləğdə pul vəsaitindən hazıradək heç bir ödəniş etməmiş, icra şöbəsində izahatlarında tələbkara heç bir borcu olmadığını bildirmişdir. Tələbkar tərəf icra və probasiya şöbəsinə müraciət edərək icra sənədinin icra edilməsini tələb edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahat verərək bildirmişdir ki, o, Məzakət Qədiməliyevadan pul almayıb və borcu yoxdur. Lakin o, iddiaçıdan pul almadığından sonuncunun özünə icra sənədi ilə bağlı heç bir pul ödənişi etməmişdir. Həmçinin bildirmişdir ki, onun qeyd olunan icra sənədindən məlumatı olmuşdur. İş materiallarından görünür ki, Xaçmaz Rayon Məhkəməsinin 21 iyul 2015-ci il tarixli, 2(067)-1860/2015 saylı icra sənədinə əsasən Şəxs 11052 manat məbləğində əsas borc, 30 manat dövlət rüsumu, cəmi 11082 manat alınaraq X1 verilməlidir. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə icra sənədi üzrə icraata başlanılması haqında qərar və tələbin könüllü icrası barədə bildiriş təqdim edilmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin törətdiyi inzibati xətanın xarakterini, 62 yaşında olmasını və işin digər hallarını nəzərə alaraq onun barəsində cərimə növündə inzibati tənbeh təyin olunması məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128 və 130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: xx.xx.1960-cı ildə anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 700 (yeddi yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın icrası Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar Sadıqov
Məhkəmə qərarları › İş №3(067)-373/2023
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-373/2023
07.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver