Məhkəmə qərarları › İş №3(067)-374/2024

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-374/2024

15.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-374/2024 15.03.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, Məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X15, Zərərçəkmiş şəxs (tələbkar) X1 nümayəndəsi Nümayəndə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili Vəkil iştirakları ilə xx.xx.1970-ci ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam ali təhsilli, evli, fərdi əməklə məşğul olan, inzibati tənbehə məruz qalmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2a yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1ci maddəsi ilə Xaçmaz rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Xaçmaz rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(067)-4435/2017 saylı qətnaməsinə əsasən X5 mülkiyyət hüququ əsasında məxsus olan torpaq sahəsinə hüquqlarını həyata keçirmək üçün cavabdeh tərəfindən yaradılan maneələrə son qoyulması, Xaçmaz rayonunun Gödəkli kəndi ərazisində yerləşən və mülkiyyət hüququ əssında X5 məxsus olan 0,57 ha torpaq sahəsinin Şəxs qanunsuz sahibliyindən alınaraq X5 verilməsi qət edilmişdir. Qərar müvafiq qaydada icraya yönəldilmiş və tələbin könüllü icrasını təmin etmək üçün borcluya bildiriş göndərilmişdir. X11 dəfələrlə borcunun ödənilməsi və icra şöbəsinə gəlməsi barədə xəbərdarlıq olunmasına və məhkəmə qərarı ilə inzibati məsuliyyətə cəlb olunmasına baxmayaraq o, icra şöbəsinə gəlməkdən və ödəniş etməkdən yayınmaqla icra məmurunun qanuni tələbini yerinə yetirməmiş, inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1- 1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati protokol tərtib etmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X18 göstərdi ki, icraatında olan Xaçmaz rayon məhkəməsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, 2(067)-4435/2017 saylı icra vərəqəsinə əsasən Daştəmirov Rəşid Balasoltan oğluna mülkiyyət hüququ əsasında məxsus olan torpaq sahəsinə hüquqlarını həyata keçirmək üçün cavabdeh tərəfindən yaradılan maneələrə son qoyulması, Xaçmaz rayonunun Gödəkli kəndi ərazisində yerləşən və mülkiyyət hüququ əsasında Daştəmirov Rəşid Balasoltan oğluna məxsus olan 0,57 ha torpaq sahəsinin Şəxs qanunsuz sahibliyindən alınaraq Daştəmirov Rəşid Balasoltan oğluna verilməsi təmin edilməlidir. İcra sənədi üzrə tələbkar Daştəmirov Rəşid Balasoltan oğlu vəfat etdiyi üçün 2020-ci ildə tərəflərindən müvafiq qərar qəbul olunaraq Zərərçəkmiş şəxs və Daştəmirova Mariya Arsenyevna onun vərəsələri hesab edilmişdir. Tələbkarın şikayəti əsasında xx.xx.2024-cü il tarixdə icra tədbirlərinin görülməsi təyin olunmuşdur həmin tarixdə torpaq sahəsi yerləşən əraziyə getmişlər, lakin borclu onları torpaq sahəsinə buraxmamışdır. Qeyd olunan icra sənədi üzrə borcluya tərəfindən bildirişlər göndərilsədə icra şöbəsinə gəlməmişdir. Ona görə də borclu Şəxs barəsində məcburi gətirilməsinə dair təqdimat Xaçmaz rayon məhkəməsinə verilmişdir. Xaçmaz rayon məhkəməsində məhkəmə iclasında iştirak edərək borclu icra çağırışlarından yayınmadığını bildirmişdir buna görə də həmin təqdimat baxılmamış saxlanımışdır. Qeyd olunan icra sənədi üzrə bununla ikinci dəfədir ki, borclu barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq Xaçmaz rayon məhkəməsinə gətirilmişdir. Bundan əvvəl borclu barəsində inzibati tənbeh tətbiq edilərək ona 500 manat məbləğində cərimə təyin olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Şəxs vəkili Vəkil izahat verərək bildirmişdir ki, Şəxs iddia edir ki, torpaq sahəsinin koordinatları müəyyən olunmayıb. Sırf Apellyasiya icraatında bu torpaq sahəsi ilə bağlı mübahisə gedir. Koordinatların müəyyən olunması üçün Sumqayıt Apellyasiya məhkəməsinə müraciət olunub. Bu barədə məhkəmə mübahisəsi gedir. Hazırda Sumqayıt Apellyasiya məhkəməsinin icraatında iş ola-ola işin icrasının təyin edilməsi düzgün deyildir. Əgər bu torpaq sahəsinin koordinatları müəyyən olunsa, Sumqayıt Apellyasiya məhkəməsi yekun qərar versə məsələnin həlli yolu tapılar. Birinci məsələ - İcra Haqqında Qanunun 17.1.4-cü maddəsində imperativ qaydada qeyd olunub ki, icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda bu halda icra sənədi üzrə icraat məcburu dayandırılır. İkinci məsələ - Xaçmaz rayon İcra və Probasiya şöbəsi Şəxs barəsində keçən dəfə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək məhkəməyə müraciət etmişdir. Bu günki icrada da Şəxs izahatında göstərdiyi kimi, o, icra məmuruna məhkəmə qərarına hörmətlə yanaşdığını, heç bir hörmətsizlik göstərmədiyini bildirmiş, sadəcə olaraq 57 sot torpaq sahəsini hansı hissədən ayrılıb verilməsini koordinatları ilə ona izah etmələrini xahiş etmişdir. Və ondan sonra işi icra etməyə hazır olduğunu bildirmişdir. Hesab edir ki, hüquqlarını müdafiə etdiyi şəxs barəsində inzibati xəta haqqında protokol düzgün tərtib olunmayıb, düzgün verilməyib. İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində birbaşa göstərilmişdir ki, şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Bu bir başa imperativ normadır. Digər tərəfdən Sumqayıt Apellyasiya məhkəməsində bu işlə bağlı mübahisə vardır, iş gedir və xx.xx.2024-cü il tarixə əraziyə baxış keçirilməsi üçün mütəxəssis gələcək. Məhkəmədə izahat verən inzibati xəta törətmiş şəxs Şəxs özünü təqsirli bilməyərək göstərdi ki, Xaçmaz rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(067)-4435/2017 saylı qətnaməsinə əsasən X5 məxsus Xaçmaz rayonunun Gödəkli kəndi ərazisində yerləşən 0,57 ha torpaq sahəsinin ondan alınaraq X5 verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsinin icrası ilə bağlı 27 noyabr 2023-cü il tarixdə Xaçmaz rayon İcra və Probasiya şöbəsinin icra məmuru Vidadi Dadaşov reyestr xidmətinin mütəxəssisi və digər şəxslərin iştirakı ilə əraziyə gələrək ondan tələbkara məxsus 0,57 ha torpaq sahəsini qaytarmasını tələb etmiş, lakin o, icra məmuruna tələbkara məxsus 0,57 ha torpaq sahəsinin dəqiq koordinatları müəyyən edilmədiyindən və göstərilmədiyindən həmin torpaq sahəsini tələbkara verə bilmədiyini bildirmişdir. İcra yerində reyestr xidməyinin mütəxəssisi də tələb olunan 0,57 ha torpaq sahəsinin koordinatları və texniki göstəriciləri müəyyən edilmədiyindən torpaq sahəsinin ayrılıb verilməsinin qeyri mümkün olduğunu təsdiqləmiş və bu səbəbdən icra işi təxirə salınmışdır. Bu barədə video görüntüləri də vardır. O, icra məmurunun hər hansı tələblərini icra etməkdən imtina etməmişdir və etmir də, burada o, hər hansı inzibati xətaya yol verməmişdir, icra məmuruna qarşı heç bir hörmətsizlik etməmişdir. Bunu video görüntüdə də vurğulamışdır ki, icra məmurunun tələblərinə hörmətlə yanaşır. O, özünü bu xətada qəti olaraq təqsirli bilmir. Onların istədiyi torpaq sahəsi onda yoxdur. Ona görə də bu məsələnin həllini tapmaq mümkün olmur. Reyestr İdarəsinin mühəndisi Salman müəllim də vurğuladı ki, koordinatlar yoxdur, bilinmir ki, torpaq sahəsi haradadır və hansı hissədən ölçülmüşdür. Ona görə də barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında izahat verən zərərçəkmiş şəxs (tələbkar), mərhum X4 hüquqi varisi X1 nümayəndəsi Nümayəndə göstərdi ki, Xaçmaz rayon məhkəməsinin 17 oktyabr 2017-ci il tarixli, 2(067)-4435/2017 saylı qətnaməsinə əsasən mərhum qardaşı X5 mülkiyyət hüququ əsasında məxsus olan torpaq sahəsinə hüquqlarını həyata keçirmək üçün cavabdeh Şəxs tərəfindən yaradılan maneələrə son qoyulması, Xaçmaz rayonunun Gödəkli kəndi ərazisində yerləşən və mülkiyyət hüququ əssında oğlu Rəşid Daşdəmirova məxsus olan 0,57 ha torpaq sahəsinin Şəxs qanunsuz sahibliyindən alınaraq qardaşıma verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi uzun müddətdir ki, icraya yönəldilsə də Şəxs müxtəlif vasitələrə əl ataraq məhkəmə qətnaməsi ilə qət edilmiş torpaq sahəsini onlara qaytarmır və qəti olaraq onları özlərinə məxsus torpaq sahələrinə buraxmır. Bu işlə bağlı icra məmurları dəfələrlə icra tədbirləri görsələr də Şəxs qanunsuz maneçiliklərinə görə torpaq sahəsinin onlara qaytarılması və işin icrası mümkün olmamışdır. Şəxs qətnamənin icrasına maneçilik törədərək torpaq sahəsinin koordinatlarının müəyyən edilmədiyini əsas gətirərək torpaq sahəsini tələbkarın hüquqi varisinə qaytarmaqdan imtina edir. Mübahisələndirilən 0,57 ha torpaq sahəsinin hansı hissədən olursa olsun qəbul etməyə razıdırlar. Mübahisələndirilən 0,57 ha torpaq sahəsinin hansı hissədən deyirlərsə bir qıraqdan ölçülüb ona təhvil verilməsinə razıdır. Borclu Şəxs onları qəti olaraq torpaq sahəsinə buraxmır, hədə-qorxu gəlir, deyir ki, torpaq sahəsini vermiyəcəkdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında 14 mart 2024-cü il tarixli, MN № 148241 saylı inzibati xəta haqqında protokol, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, zərərçəkmiş şəxsin izahatları, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Xaçmaz rayon məhkəməsinin 17 oktyabr 2017-ci il tarixli, 2(067)-4435/2017 saylı qətnaməsindən görünür ki, Xaçmaz rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(067)- 4435/2017 saylı qətnaməsinə əsasən X5 mülkiyyət hüququ əsasında məxsus olan torpaq sahəsinə hüquqlarını həyata keçirmək üçün cavabdeh tərəfindən yaradılan maneələrə son qoyulması, Xaçmaz rayonunun Gödəkli kəndi ərazisində yerləşən və mülkiyyət hüququ əssında X5 məxsus olan 0,57 ha torpaq sahəsinin Şəxs qanunsuz sahibliyindən alınaraq X5 verilməsi qət edilmişdir. Xaçmaz rayon məhkəməsinin 17 oktyabr 2017-ci il tarixli, 2(067)-4435/2017 saylı icra vərəqəsindən görünür ki, Xaçmaz rayon məhkəməsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, 2(067)-4435/2017 saylı icra sənədinə əsasən X5 mülkiyyət hüququ əssında məxsus olan torpaq sahəsinə hüquqlarını həyata keçirmək üçün cavabdeh tərəfindən yaradılan maneələrə son qoyulması, Xaçmaz rayonunun Gödəkli kəndi ərazisində yerləşən və mülkiyyət hüququ əssında X5 oğluna məxsus olan 0,57 ha torpaq sahəsinin Şəxs qanunsuz sahibliyindən alınaraq X5 verilməsi təmin edilməlidir. Xaçmaz rayon İcra və Probasiya şöbəsinin icraata başlamaq haqqında xx.xx.2019cu il tarixli qərarından görünür ki, X5 mülkiyyət hüququ əsasında məxsus olan torpaq sahəsinə hüquqlarını həyata keçirmək üçün cavabdeh tərəfindən yaradılan maneələrə son qoyulması, Xaçmaz rayonunun Gödəkli kəndi ərazisində yerləşən və mülkiyyət hüququ əssında X5 məxsus olan 0,57 ha torpaq sahəsinin Şəxs qanunsuz sahibliyindən alınaraq X5 verilməsinə dair Xaçmaz rayon məhkəməsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, 2(067)-4435/2017 saylı icra sənədi üzrə Xaçmaz rayon İcra və Probasiya şöbəsində 19 noyabr 2019-cu il tarixdə icraata başlanılmış və böyük icra məmuru Vidadi Dadaşov tərəfindən icraata qəbul edilmişdir. Tələbin könüllü icrası haqqında Xaçmaz rayon İcra və Probasiya şöbəsinin 19 noyabr 2023-cü il tarixli, 171283/2019-26-5 nömrəli bildirişdən görünür ki, Xaçmaz rayon məhkəməsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, 2(067)-4435/2017 saylı icra sənədi üzrə borclu Şəxs 19 noyabr 2023-cü il tarixdə tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş və tələbin 10 gün müddətində icra edilməsi xahiş olunmuşdur. Xaçmaz rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Vidadi Dadaşovun xx.xx.2023-cü il tarixli tərəfin onun hüquqi varisi ilə əvəz edilmsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, xx.xx.2017-ci il tarixli, 2(067)-4435/2017 saylı icra sənədi üzrə tələbkar xx.xx.2018-ci il tarixdə vəfat etdiyindən icra sənəd üzrə ölmüş tələbkar X9 hüquqi varisləri X7 və X14 ilə əvəz edilmişdir. Xaçmaz rayon məhkəməsinin 19 may 2023-cü il tarixli, 8(067)-110/2023 nömrəli qərardadından görünür ki, Xaçmaz rayon İcra və Probasiya şöbəsi tərəfindən “icrası mümkün olmayan icra sənədinin məhkəməyə qaytarılması barədə” İcra və Probasiya şöbəsinin 13 aprel 2022-ci il tarixli qərarından tələbkar tərəf X3 tərəfindən verimiş şikayətə 19 may 2023-cü il tarixdə baxılaraq məhkəmənin qeyd olunan qərardadı ilə Xaçmaz rayon İcra və Probasiya şöbəsinin 13 aprel 2023-cü il tarixli qərarı ləğv edilməklə icra tədbirlərinin davam etdirilməsi üçün Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(067)-4435/2017 nömrəli icra sənədinin Xaçmaz rayon İcra və probasiya şöbəsinə qaytarılması qərara alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz İdarəsinin xx.xx.2023-cü il tarixli, № 3-3-3-3-1/2-13135/2023 saylı Mütəxəssis rəyindən müəyyən olunur ki, X13 adına olan Torpağa Mülkiyyət hüququna dair JN-0390 KOD 30204028 Dövlət Aktında qeyd edilmiş 0.57 ha torpaq sahəsinin koordinatları və ölçüləri ilə X10 RX seriyalı, ******* nömrəli, xx.xx.2018-ci il tarixli çıxarış əsasında verilmiş Xaçmaz rayonu, Gödəkli kəndi ərazisində yerləşən 0.57 ha torpaq sahəsinin ölçüləri və koordinatları bütövlükdə üst-üstə düşür. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 sentyabr 2023-cü il tarixli, 8(067)-102/2023 saylı qərarından görünür ki, borclu Şəxs tərəfindən Xaçmaz rayon məhkəməsinin yuxarıda istinad olunan 19 may 2023-cü il tarixli, 8(067)-110/2023 nömrəli qərardadından şikayətə Sumqayıt Apellyasiya Məhkəməsində baxılmış və şikayət təmin edilməməklə Xaçmaz rayon məhkəməsinin 19 may 2023-cü il tarixli, 8(067)-110/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Xaçmaz rayon məhkəməsinin 27 noyabr 2023-cü il tarixli, 3(067)-1540/2023 nömrəli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli, 3(105)-619/2023 saylı qərarından müəyyən olunur ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta üzrə materiala dair Xaçmaz Rayon Məhkəməsinin 3(067)-1540/2023 saylı, 27 noyabr 2023-cü il tarixli qərarından zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş və Xaçmaz Rayon Məhkəməsinin 3(067)-1540/2023 saylı, 27 noyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin borclu Şəxs göndərdiyi xx.xx.2024-cü il tarixli sms bildirişdən müəyyən olunur ki, Şəxs Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun çağırışı ilə gəlməkdən yayındığı üçün onun barəsində məcburi gətirilmə barədə qərar qəbul edilməsi və on gün müddətində icra qrumuna yaxınlaşmağı, əks təqdirdə məcburi gətirilmə barədə təqdimatla məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Faqil Adıgözəlov xx.xx.2024-cü il tarixdə Xaçmaz rayon Məhkəməsinə borclunun məcburi qaydada gətirilməsi barədə təqdimat vermişdir. Şəxs məhkəmə prosesində iştirak etmiş, daha sonra icra məmuru ilə birlikdə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə getmiş, orada Şəxs barəsində İXM-nin 528.1-1-ci maddəsi ilə 14 mart 2024-cü il tarixli, MN № 148241 saylı inzibati xəta haqqında protokol tərtib olunaraq Xaçmaz rayon Məhkəməsinə gətirilmişdir. Şəxs Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizələrindən müəyyən olunur ki, Şəxs tələbkarın ailə üzvlərinə məxsus torpaq sahəsi ilə sərhəddə üç cərgə fındıq ağacları yerləşən 0.57 ha torpaq sahəsini tələbkarlara verilməsinə etiraz etmir və həmin tələbkarların torpaq sahəsindən istifadə etmələrinə tərəfindən heç bir maneə yaradılmamaqdadır. xx.xx.2018-ci il tarixli, **********68 daşınmaz əmlakın reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışından müəyyən olunur ki, Xaçmaz rayonu, Gödəkli kəndində yerləşən 0.57 ha olan torpaq sahəsi X10 mülkiyyətindədir (qanuni istifadəsindədir). Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin tələbin könüllü icrası barədə borclu Şəxs ünvanladığı xx.xx.2023-cü il tarixli xəbərdarlığından müəyyən olunur ki, Xamaz rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(067)-4435/2017 saylı icra sənədi üzrə Xaçmaz rayonu, Gödəkli kəndində yerləşən və mülkiyyət hüququ ilə X5 məxsus olan 0.57 ha torpaq sahəsinin verilməsinin təmin edilməsinə dair borcluya təklif göndərilmişdir. Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin borclu Şəxs, tələbkar X2, Xaçmaz rayon Polis Şöbəsinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz İdarəsininə ünavladığı xx.xx.2024-cü il tarixli, № 163752 saylı göndərdiyi məktubundan müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdə saat 11:00-da Xaçmaz rayonu, Gödəkli kəndində təyin olunmuş icra tədbirində iştirak etmələri barədə məlumat göndərilmiş, həmçinin həmin məktubda borclu Şəxs qərarın icrasının təmin etməsini, əks təqdirdə hərəkətlərinin məhkəmə qərarının icrasına maneə olmaq kimi qiymətləndirilməsi barədə xəbərdarlıq edilmişdir. Tələbkar mərhum X4 hüquqi varisi X1 nümayəndəsi Nümayəndə məhkəmə iclasında təqdim etdiyi video görüntülərə dair 1 ədəd DVD diskdən müəyyən olunur ki, borclu Şəxs qərarın icrası ilə bağlı maneələr törətmiş, tələbkarların həmin torpaq sahəsinə girişinə məhdudiyyətlər qoymuşdur. Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X15 xx.xx.2024-cü ildə tərtib etdiyi “torpaq sahəsinin ayrılıb verilməsi barədə” Aktdan müəyyən olunur ki, qeyd olunan icra sənədi ilə bağlı xx.xx.2024-cü il tarixdə icra tədbiri yerində olmuşlar, lakin borclu Şəxs tələbin icrası ilə bağlı torpaq sahəsinə daxil olmağa imkan verməmiş və icra məmuruna maneəçilik törətmişdir. Məhkəmənin gəldiyi hüquqi nəticə: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə araşdırması zamanı iş materialları ilə müəyyən olunmuşdur ki, iş üzrə məhkəmə qətnaməsi xx.xx.2017-ci il tarixdə çıxarılmasına və qeyd olunan qətnamə üzrə verilmiş icra sənədi Xaçmaz rayon İcra və Probasiya şöbəsinin icraatına 19 noyabr 2019cu il tarixdə daxil olaraq icraata qəbul edilməklə icra tədbirləri həyata keçirilməsinə, Xaçmaz rayon Məhkəməsinin 27 noyabr 2023-cü il tarixli, 3(067)-1540/2023 nömrəli qərarının hüquqi qüvvədə qalmasına baxmayaraq, həmçinin icra məmurunun xx.xx.2023cü il tarixli xəbərdarlığına, xx.xx.2024-cü il tarixli məktubuna və xx.xx.2024-cü il tarixli “sms” bildirişinə baxmayaraq məhkəmə qətnaməsinin icra olunmasına maneəçilik törətmiş, İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanı icra sənədinə münasibətdə yenidən törətmişdir. Borclu tərəfin müəyyən təqsirli hərəkətləri və maneçilikləri nəticəsində halhazıradək icrası mümkün olmamış və beləliklə də tələbkarın qanunla qorunan əmlak üzərində mülkiyyət hüquqlarının pozulmaqda davam etməsinə səbəb olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin 3-cü hissəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüququndan ibarətdir. Konstitusiyanın 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə hesab edir ki, borclu Şəxs Soltanməcid oğlunun icra işinin icrası zamanı Xaçmaz rayonunun Gödəkli kəndi ərazisində yerləşən və mülkiyyət hüququ əsasında X5 məxsus olan 0,57 ha fındıq ağacları olan torpaq sahəsini tələbkara verməsi barədə razılaşması və həmin vermək istədiyi torpaq sahəsinin Şəxs həyat yoldaşı X10 mülkiyyətində olması, həmçinin tələbkarın mübahisələndirdiyi torpaq sahəsinin koordinatlarının müəyyən olunmasına maneəçilik törətməsi kimi hərəkətləri bir daha məsuliyyətdən yaynmaq xarakteri daşıyır. İcra haqqında Azərbaycan Respublikasının Qanunun 1-1-ci maddəsinə əsasən İcra qanunvericiliyi qanunun aliliyinin təmin olunması və hamının qanun qarşısında bərabərliyi, obyektivlik, ədalətlilik prinsiplərinə əsaslanır. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən icra məmurlarının səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Həmin Məcəllənin 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının İnzibati xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Belə ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməməsi və icra məmurunun məhkəmə qərarının icrası ilə əlaqədar digər qanuni tələblərini yerinə yetirmədiyinə görə Xaçmaz rayon məhkəməsinin 27 noyabr 2023-cü il tarixli, 3(067)-1540/2023 saylı qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddə iə inzibati məsuliyyətə cəlb edilərək 500 (beş yüz) manat cərimə olunduqdan sonra, Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanı inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törətmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq onun cəmiyyətdən təcrid edilməməklə islah edilməsinin mümkün hesab edir və barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuna və məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 1000 (bir min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nərmin Abiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar