Məhkəmə qərarları › İş №3(067)-375/2021

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №3(067)-375/2021

07.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 3(067)-375/2021 07.06.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, X4 X6 İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Mövsümov Sahid Sabir oğlunun iştirakı ilə, X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi üzrə daxil olmuş materiallara baxaraq məhkəmə iclasında baxaraq müəyyən etdi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə X6 İdarəsi tərəfindən tərtib olunmuş inzibati xətaya dair materialdan görünür ki, Mövsümov Sahid Sabir oğlunun Xaçmaz şəhəri Bakı prospekti ünvanında yerləşən “ViNHOUSE PVC” obyektinin fasadında müvafiq icazə olmadan açıq məkanda qanunsuz reklam yayımı faktı müəyyən edilmişdir. . Məhkəmə iclasında X4 X6 İdarəsinin nümayəndəsi X3 ərizə ilə məhkəməyə müraciət edərək, materialın geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının vəsatəti təmin olunmalı və material geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin tələblərinə əsasən məhkəmə hesab edir ki, şikayət ərizəsi geri qaytarılmalıdır. q ə r a r a a l d ı : Vəsatət təmin olunsun. Mövsümov Sahid Sabir oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi üzrə daxil olmuş material geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar