Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-375/2024 27.03.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, İnzibati protokolu tərtib etmiş şəxs Nümayəndə, Barəsində inzibati xətaya dair protokol tərtib edilən şəxs oğlunun Şəxs iştirakı ilə xx xxxxx 1990-cı ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, deməsinə görə əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə Xaçmaz rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Xaçmaz rayon İcra və Probasiya şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün 15 mart 2024-cü il tarixdə Xaçmaz rayon məhkəməsinə göndərilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclu Şəxs tələblərin könüllü icrası barədə bildirişlər və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıqlar verilməsinə baxmayaraq o, borclarını ödəməkdən üzürsüz səbəbdən yayınır. Şəxs icra sənədi üzrə borcu 300 manat təşkil edir. Şəxs icra vərəqəsi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və bununla da Şəxs borcunu qanunda müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmışdır. Aparılmış icra tədbirləri nəticəsində borclunun adına tələbin yönəldilə biləcəyi rəsmiləşdirilmiş daşınar və daşınmaz əmlak, pensiya, təqaüd və ya müavinət, həmçinin bankda pul vəsaitləri aşkar edilməmişdir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş böyük icra məmuru Nümayəndə izahatında bildirdi ki, Şəxs barəsində Xaçmaz rayon Polis Şöbəsi tərəfindən 300 manat məbləğində cərimə olunması ilə bağlı icra şöbəsinə icra vərəqəsi daxil olmuşdur. Bununla bağlı vətəndaşın yaşadığı ünvana bildiriş göndərilərək o, icra şöbəsinə dəvət edilmiş və izahatı alınaraq protokol tərtib edilmişdir, lakin vətəndaş bildirmişdir ki, ona həmin tarixdə yəni dekabr ayında qərar, bildiriş təqdim edilməmişdir. Onunla bağlı olaraq icra şöbəsi tərəfindən verilmiş protokol üzrə işə xitam verilmişdir. Növbəti dəfə tədbirlərin davam etdirilməsi ilə bağlı qərardad onlara gəlmiş, növbəti səfərlərdə tədbirlərin davam etdirilməsi bağlı vətəndaş yenidən icra şöbəsinə dəvət edilmiş, izahatı alınmışdır. O, həmin izahatında 20 dekabr 2023-cü il tarixdə Xaçmaz rayon İcra və Probasiya şöbəsində olduğunu və cərimənin hissə-hissə ödəyəciyini bildirmiş, lakin o, həmin izahatı alındığı gündən ikinci izahatı alındığı yəni, 14 mart 2024-cü il tarixə kimi heç bir ödəniş etməmişdir. Buna səbəb kimi o, izahatında maddi cəhətdən imkanı olmadığını bildirmişdir. Buna görə də barəsində barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 529.1-ci maddəsi ilə müvafiq protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Borclu barəsində hansı inzibati tənbeh tədbirinin seçilməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, o, X2 ilə aralarında şəxsi münasibətlər zəmnində yaranmış mübahisə zamanı onu vuraraq xəsarət yetirdiyinə görə polis şöbəsi trəfindən 300 manat məbləğində cərimə edilmişdir. O, həmin cəriməni ödəyə bilmir, özü ərindən boşanaraq hal-hazırda iki övladı ilə birlikdə bacısının evində yaşadığını və gündəlik tələbatını bacısı tərəfindən qarşılandığını, ona görə də o, həmin cərimə məbləğini ödəyə bilmədiyini bildirdi. Qeyd olunanları və işi olmamasını nəzərə alaraq barəsində yüngül inzibati tənbəh növünün tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan Xaçmaz rayon Polis Şöbəsinin 29 sentyabr 2023-cü il tarixli, ******* saylı, inzibatı tənbeh vermə haqqında qərardan görünür ki, Şəxs 300 manat məbləğində cərimə olunmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xətanı törətməsi tam sübuta yetirilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq, onun barəsində ictimai işlər inzibati tənbeh növü tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 28.3-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 357, 360, 362-365, 425, 430-432-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: xx xxxxx 1990-cı ildə il tarixdə Xaçmaz şəhərində anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 180 (bir yüz səksən) saat müddətində ictimai işlər növündə inzibati tənbeh təyin edilsin. Barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxsin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №3(067)-375/2024
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-375/2024
27.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver