Məhkəmə qərarları › İş №3(067)-377/2025

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-377/2025

17.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-377/2025 17.02.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 iştirakı ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə, Tələbkar Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1995-ci ildə Xaçmaz rayonu, Çarxı kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, Xaçmaz rayonu, Çarxı kəndində yaşayan. Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Xaçmaz rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Xaçmaz rayon İcra və Probasiya şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Xaçmaz rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nümayəndə tərəfindən tərtib edilmiş 17 fevral 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, borclu Şəxs Xaçmaz rayon Məhkəməsinin 05 noyabr 2024-cü il tarixli, 2(067)-2784/2024 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 06 oktyabr 2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması 200 manat sabit məbləğində alimenti və uşağın 3 yaşına çatana qədər 100 manat məbləğində əlavə xərcin tutularaq iş üzrə tələbkar Zərərçəkmiş şəxs verilməldir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru Nümayəndə izahatında bildirdi ki, Xaçmaz rayon məhkəməsinin 05 noyabr 2024-cü il tarixli icra sənədinə əsasən bir uşağın saxlanması üçün 02 sentyabr 2024-cü il tarixdən başlayaraq hər ay 200 manat məbləğində aliment pulu və uşağın 3 yaşına çatanadək 100 manat məbləğində əlavə xərc tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. Qeyd olunan icra sənədi mənim icraatıma 02 dekabr 2024-cü il tarixdə daxil olmuşdur. Bu günə qədər Şəxs, Zərərçəkmiş şəxs xeyrinə 470 manat ödəniş etmişdir və hal-hazırda 1030 manat məbləğində aliment borcu vardır. Tələbkarda ödənişin hissə-hissə ödənilməsinə etiraz edib, ərizə də əlavə etmişəm. Yəni tam ödənilməsini tələb edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, o, işə təzə girdiyini və həmin işinə görə aylıq əmək haqqısı 350 manat təşkil edir. O, aylıq maaşından tələbkara 300 manat aliment borcu ödəyərsə ona 50 manat pul qalır, həmin pul ilə də o, öz dolanışığını təmin edə bilməyəcəyini bildirmişdir. Biundan əlavə olaraq qeyd edərək bildirdi ki, o, barəsində qəbul edilmiş qətnamədən narazı qaldığı üçün o, qətnamədən Apellyasiya şikayəti vermiş və iş üzrə məhkəmə iclası hazırki ayın yəni fevral ayının 25-nə təyin edildiyini bildirdi. Məhkəmə iclasında şahid qisimində ifadə vermiş tələbkar Zərərçəkmiş şəxs göstərdi ki, məhkəmə qətnaməsinə əsasən aylıq ödənicək aliment məbləği 300 manat təyin edilməsinə baxmayaraq borclu həmin borcu tam yox yarısını yəni 150 manat ödəyir. Borclu etmiş şikayət ilə bağlı barəsində tədbir görüləcəyini bildiyi üçün ödənişlər edir ki, aliment üzrə yaranmış borcu azalsın. Şəxs aliment borcunu tam ödəmir, borcunu tam ödənilməsini təlb edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında 17 fevral 2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. İş materiallarında olan tələbin könüllü icrası haqqında 04 noyabr 2024-cü il tarixli bildirişdən görünür ki, iş üzrə borclu Şəxs həmin bildirişi imza edərək qəbul etməsinə baxmayaraq, bildirişdə imzanın hansı tarixdə imzalanması ilə bağlı qeydlər aparılmamışdır. Məhkəmə iclasında iş üzrə borclu həmin bildirişin iki gün bundan öncə aldığını bildirmiş və bu faktı icra məmuru Nümayəndə da təsdiq etmişdir. Azərbaycan Respublikası İXM-nin 53.0. və 53.0.2-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraata inzibati xəta tərkibi olmadıqda xitam verilir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Beləliklə, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, həmin maddə ilə nəzərdə tutulmuş inzibati xəta əməlinin tərkib hissəsinin yaranması üçün əsas şərt məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsidir. Lakin məhkəmə iclasında izahat vermiş icra məmuru iş üzrə tələbkarın indiyəndək icra şöbəsinə müraciət etmədiyi üçün aliment üzrə ödənişlər ödənilib-ödənilməməsi, borcun olub-olmaması ilə bağlı məlumatı olmadığını bildirmişdir. Yəni, onun əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlinin tərkib hissəsi yoxdur və ona görə də iş üzrə icraata xitam verilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 30, 99, 106, 112, 133, 115, 116, 117 və 130-cu maddələrini rəhbər tutaraq, Qəraraaldı: Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 528.1-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlinin tərkib hissəsi olmadığından onun barəsində olan inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. HAKİM SƏRXAN SƏMƏDZADƏ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar