Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-380/2021 07.05.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsi hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Tağıyev Natiq Əkbər oğlunun katibliyi, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 iştirakı ilə, xx.xx.1971-ci ildə Xaçmaz rayonunun, Mürsəli-qışlaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Xaçmaz rayonunun Mürsəli–qışlaq kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-cı maddəsi ilə Xaçmaz Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Xaçmaz Rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib olunmuş 07 may 2021ci il tarixli inzibati xəta haqqında protokola əsasən Siyəzən rayon Məhkəməsinin 26 fevral 2019-cu il tarixli, 2(059)-55/2019 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 09 aprel 2013-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Şəxs hər ayda 154 manat məbləğində sabit pul məbləğində aliment alınaraq X3 verilməsi qət olunmuşdur. Dəfələrlə Şəxs borcunun ödənilməsini təmin etməsi tələb olunsa da, borclu Şəxs alimenti ödəməkdən boyun qaçırmışdır. Hal-hazırda onun ödənilməmiş 4612 manat aliment borcu vardır. İş materiallarında olan izahatında Şəxs göstərmişdir ki, Siyəzən rayon Məhkəməsinin 26 fevral 2019-cu il tarixli, 2(059)-55/2019 saylı icra vərəqəsinə əsasən ondan 09 aprel 2013-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Şəxs hər ayda 154 manat məbləğində sabit pul məbləğində alimentin alınaraq X3 verilməsi qət olunmuşdur. Hal-hazırda onun ödənilməmiş 4612 manat aliment borcu vardır. Məhkəmə gedişatı zamanı o, zərərçəkmiş şəxs X3 borcu tam olaraq ödəmişdir. Bu günədək onun aliment borcu olmamışdır. Məhkəmədə izahat verən tələbkar X5 göstərmişdir ki, Siyəzən rayon Məhkəməsinin 26 fevral 2019-cu il tarixli, 2(059)-55/2019 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 09 aprel 2013-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Şəxs hər ayda 154 manat məbləğində sabit pul məbləğində aliment alınaraq ona verilməsi qət olunmuşdur. Hal-hazırda onun ödənilməmiş 4612 manat aliment borcu vardır. barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs onu verilməli olduğu aliment bocunu tam ödədiyi üçün ondan heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. İnzibati xəta protokolunu tərtib etmiş Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 göstərmişdir ki, Siyəzən rayon Məhkəməsinin 26 fevral 2019-cu il tarixli, 2(059)-55/2019 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 09 aprel 2013-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Şəxs hər ayda 154 manat məbləğində sabit pul məbləğində aliment alınaraq X3 verilməsi qət olunmuşdur. Dəfələrlə Şəxs borcunun ödənilməsini təmin etməsi tələb olunsa da, borclu Şəxs alimenti ödəməkdən boyun qaçırmışdır. Hal-hazırda onun ödənilməmiş 4612 manat aliment borcu vardır. Göstərilənlərə əsasən borclu Şəxs onun barəsində iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan 07 may 2021-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Siyəzən rayon Məhkəməsinin 26 fevral 2019-cu il tarixli, 2(059)-55/2019 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 09 aprel 2013-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində alimentin alınaraq X3 verilməsi qət olunmuşdur. Dəfələrlə Şəxs borcunun ödənilməsini təmin etməsi tələb olunsa da, borclu Şəxs alimenti ödəməkdən boyun qaçırmışdır. Hal-hazırda onun ödənilməmiş 4612 manat aliment borcu vardır. İş materiallarında olan zərərçəkmiş şəx X4 ərizəsindən görünür ki, inzibati xəta törətmiş şəxs tərəfindən ona borclu olduğu aliment borcu tam olaraq ödənilmişdir. Beləliklə, iş materiallarından müəyyən olunur ki, Şəxs əmmələri icra işinin icrasından qəsdən yayınmağa yönələn əməllər kimi öz təstiqini tapmamışdır. Azərbaycan Respublikası İXM-nin 53.0. və 53.0.2-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraata inzibati xəta tərkibi olmadıqda xitam verilir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Beləliklə, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, həmin maddə ilə nəzərdə tutulmuş inzibati xəta əməlinin tərkib hissəsinin yaranması üçün əsas şərt məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsidir. Lakin məhkəmə iclasında izahat vermiş icra məmuru barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin onun qanuni tələblərini yerinə yetirdiyini, çağırışlara vaxtlı-vaxtında gəldiyini, onun borcu vaxtında və lazımınca ödəməməsinin isə qərəzliliklə əlaqədar olmadığını, onun maddi vəziyyəti ilə əlaqədar olduğunu bildirmişdir. Tələbkarın ərizəsindən müəyyən olunur ki, hazırda borc məbləği tam olaraq ödənilmişdir. Yəni, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlinin tərkib hissəsi yoxdur və ona görə də iş üzrə icraata xitam verilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 30, 99, 106, 112, 133, 115, 116, 117 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 528.1-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlinin tərkib hissəsi olmadığından onun barəsində olan inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim : İlkin Xəlilov
Məhkəmə qərarları › İş №3(067)-380/2021
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-380/2021
07.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver