Məhkəmə qərarları › İş №3(067)-381/2021

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-381/2021

24.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-381/2021 24.05.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə Məhkəmə iclas katibi Tağıyev Natiq Əkbər oğlunun katibliyi ilə, 26.04.1982-ci ildə Xaçmaz rayonunun, Həsənqala kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Xaçmaz rayonunun Həsənqala kəndində yaşayan X2 Xaçmaz rayon Yol patrul Xidməti YPX inspektoru polis baş sercantı X1 03.05.2021-ci il tarixli TP ******* saylı qərarının ləğv edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Xaçmaz rayon Yol patrul Xidməti YPX inspektoru polis baş sercantı X3 tərəfindən X4 barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə 40 manat məbləğində cərimə olunmasına dair 03.05.2021-ci il tarixdə TP ******* saylı qərar tərtib olunmuşdur. X4 ərizə ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayon Yol patrul Xidməti YPX inspektoru polis baş sercantı X1 03.05.2021-ci il tarixli TP ******* saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 şikayəti belə əsaslandırmışdır ki, 03 may 2021-ci il tarixdə idarə etdiyi, özünə məxsus ** BC *** nömrə nişanlı avtomobilinə DYP əməkdaşı Yol patrul Xidməti YPX inspektoru polis baş sercantı X3 tərəfindən yazılmış İXP ******* nömrəli cərimə protokolunun düzgün tərtib edilməməsindən narazı olduğundan və qərarın ləğv edilməsini xahiş etmişdir. Belə ki, 03 may 2021-ci il tarixdə səhər saat 08:45 radələrində Xaçmaz şəhərinin girişindən dairəvi yol ayrıcına girərkən dairəvi yolda hərəkət edən maşınlara yol vermək üçün avtomobilini saxlamışdır. Dairədə hərəkət edən VAZ 2107 markalı avtomobil və onun sağ tərəfində çox yavaş sürətlə hərəkət edən DYP avtomobili vardır. DYP avtomobilinin sürəti o dərəcədə yavaş idi ki, DYP avtomobilinin dayandığını düşünmüşdür. Ona görə də VAZ 2107 markalı avtomobili buraxdıqdan sonra hərəkətə başlamışdır. O, hərəkətə başladıqdan sonra DYP avtomobili qəfildən sürəti artıraraq üstünə gəlmişdir. Hətta maşında olan bir qadın və bir uşaq DYP avtomobilinin bu qəfil hərəkətindən qorxmuşlar və o, öz növbəsində onun surəti belə artıraraq üstünə gəlməsini gördüyü anda maşını dərhal saxlamış, DYP əməkdaşı səsgücləndirici vasitəsi ilə maşını sağa verib saxlamasını istəmişdir. O, da dairəvi yolayrıcından çıxdıqdan sonra maşını sağa verib saxlamış və DYP əməkdaşı ona yaxınlaşaraq özünü düzgün təqdim etməyərək onun Yol Hərəkəti qaydalarını pozduğunu bildirmişdir. O, da öz növbəsində onun özünü düzgün təqdim etməsini tələb etmiş və onun bildirdiyi qanun pozuntusuna narazıcılığını bildirmişdir. Ona görə də Xaçmaz rayon Yol patrul Xidməti YPX inspektoru polis baş sercantı X1 03.05.2021-ci il tarixli TP ******* saylı qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən inzibati xəta pozuntusunun müşahidə edildiyi video görüntüyə baxış keçirilmiş və X4 tərəfindən Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta pozuntusunun törədildiyi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Xaçmaz rayon Yol patrul Xidməti YPX inspektoru polis baş sercantı X1 03.05.2021-ci il tarixli TP ******* saylı qərarının ləğv edilməsi barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 şikayəti əsassız olduğundan təmin oluna bilməz. Belə ki, iş materiallarında olan sənədlərdən, həmçinin hadisə yerinin kamera görüntülərindən X2 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsi tam sübuta yetirilir, Xaçmaz rayon Yol patrul Xidməti YPX inspektoru polis baş sercantı X1 03.05.2021-ci il tarixli TP ******* saylı qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. AR İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 128.2. İnzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı məhkəməyə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) verilir: 128.2.1. hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə; 128.2.2. kollegial orqanın qərarından - kollegial orqanın olduğu yerin məhkəməsinə; 128.2.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə. AR İXM-nin 134-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Yuxarıda göstərilənlərə əsasən və Azərb.Res-sı İXM-nin 43-48, 106-115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 Xaçmaz rayon Yol patrul Xidməti YPX inspektoru polis baş sercantı X1 03.05.2021-ci il tarixli TP ******* saylı qərarından şikayəti təmin edilməsin. Xaçmaz rayon Yol patrul Xidməti YPX inspektoru polis baş sercantı X1 03.05.2021ci il tarixli TP ******* saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan 10 gün müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar