Məhkəmə qərarları › İş №3(067)-387/2021

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-387/2021

16.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-387/2021 16.05.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, Həsənli Rövşən Xudat oğlunun katibliyi ilə,z Protokolu tərtib edən şəxs Musayev Hikmət Ramiz oğlunun, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1992-ci ildə Xaçmaz şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz şəhəri, A.Mustafayev küçəsi ev 13-də qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi üzrə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq mü əyyə n et di: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir ondan ötrü ki, o, 14 may 2021-ci il tarixdə saat 16-00 radələrində Xaçmaz rayon İzmayılovka qəsəbəsində ünvansız nalayiq söyüşlər söyərək polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xətya dair protokolu tərtib etmiş şəxs izahatında bildirmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 14 may 2021-ci il tarixdə saat 16-00 radələrində Xaçmaz rayon İzmayılovka qəsəbəsində ünvansız nalayiq söyüşlər söyərək polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmədə izahat vermiş barəsində inzibati xətaya dair icraat aparılan şəxs özünü inzibati xətanı törətməkdə təqsirli bilərək törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Həmçinin 2-ci qrup əlil olduğunu bildirdi. Bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Xaçmaz RPŞ-nin polis nəfəri X2 bildirmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 14 may 2021-ci il tarixdə saat 16-00 radələrində Xaçmaz rayon İzmayılovka qəsəbəsində ünvansız nalayiq söyüşlər söyərək polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Xaçmaz RPŞ-nin polis nəfəri Nurlan Ramiz oğlu bildirmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 14 may 2021-ci il tarixdə saat 16-00 radələrində Xaçmaz rayon İzmayılovka qəsəbəsində ünvansız nalayiq söyüşlər söyərək polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xətaya dair icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı, inzibati xəta haqqında protokolla və iş materialları ilə tam sübuta yetir. İş materiallarında olan inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs 14 may 2021-ci il tarixdə, saat 16:55-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci qrup əlillər, sağlamlıq imkanları məhdud uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, həmçinin hərbi qulluqçular, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları barəsində inzibati həbs tətbiq edilə bilməz. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə barəsində inzibati xətaya dair icraat aparılan şəxsin törətdiyi inzibati xətanın xarakterini və onun şəxsiyyətini, həmçinin 2-ci qrup əlil olduğunu nəzərə alaraq barəsində cərimə növündə inzibati tənbeh təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128, 130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: xx.xx.1992-ci ildə Xaçmaz şəhərində anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 150 (yüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilsin. Şəxs məhkəmə iclas zalında dərhal azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar