Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-388/2021 16.05.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi , Protokolu tərtib edən şəxs Xaçmaz RPŞ-nin əməkdaşı X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Sədrətdin oğlunun iştirakı ilə 16 fevral 1995-ci ildə Xaçmaz rayonunda anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Sədrətdin oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair toplanmış materiala baxaraq müəyyən etdi: Şəxs Sədrətdin oğlu 14.05.2021-ci il tarixdə saat 13:00 radələrində Xaçmaz rayonu İzmayılovka qəsəbəsində ünvansız nakayiq söyüşlər söyərək, polisin qanuni tələblərinə tabe olmayaraq tabesizlik göstərdiyinə görə Xaçmaz RPŞ-nə gətirilmiş və barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında material tərtib edilərək, baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında izahat vermiş inzibati xətaya dair protokolu tərtib edən şəxs X2 izahat verərək bildirmişdir ki, 14.05.2021-ci il tarixdə saat 13:00 radələrində Xaçmaz rayonu İzmayılovka qəsəbəsində ünvansız nalayiq söyüşlər söyərək, polisin qanuni tələblərinə tabe olmayaraq tabesizlik göstərmişdir. Məhkəmə iclasında izahat vermiş barəsində inzibati xətaya dair icraat aparılan Şəxs Sədrətdin oğlu özünü inzibati xətanı törətməkdə təqsirli bilərək, inzibati xətanı əsəbi olduğundan törətdiyini, əməlindən peşman olduğunu bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, əlilliyi yoxdur. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Xaçmaz RPŞ-nin polis nəfəri X3 bildirmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 14.05.2021-ci il tarixdə saat 13:00 radələrində Xaçmaz rayonu İzmayılovka qəsəbəsində ünvansız nalayiq söyüşlər söyərək, polisin qanuni tələblərinə tabe olmayaraq tabesizlik göstərmişdir. İş materiallarında olan MN № ******* saylı 14 may 2021-ci il tarixli İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Sədrətdin oğlu 14.05.2021-ci il tarixdə saat 13:00 radələrində Xaçmaz rayonu İzmayılovka qəsəbəsində ünvansız nakayiq söyüşlər söyərək, polisin qanuni tələblərinə tabe olmayaraq tabesizlik göstərdiyinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. İş materiallarında olan inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs Sədrətdin oğlu 14 may 2021-ci il tarixdə, saat 16:25-də inzibati qaydada tutulmuşdur. İş materiallarında olan MN№0192876 saylı 16 may 2021-ci il tarixli Qərardaddan görünür ki, Şəxs Sədrətdin oğlunun inzibati məsuliyyətə cəlb olunması üçün barəsində toplanmış material Xaçmaz rayon məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, polis əməkdaşlarının və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatlarla sübuta yetirilmişdir ki, Şəxs Sədrətdin oğlu polis işçilərinin qanuni tələblərinə tabesizlik göstərmişdir. Bununla da, Şəxs Sədrətdin oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ciu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs Sədrətdin oğlu 14.05.2021-ci il tarixdə saat 16:25-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Sədrətdin oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128 və 130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Sədrətdin oğlu Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib ona 08 (səkkiz) gün müddətinə həbs növündə inzibati tənbeh növü təyin edilsin. Həbsin əvvəli 14 may 2021-ci il tarixdən saat 16:25-dən hesablansın. Qərarın surəti icra edilməsi üçün Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №3(067)-388/2021
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-388/2021
16.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver