Məhkəmə qərarları › İş №3(067)-39/2021

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-39/2021

13.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-39/2021 13.01.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədirliyi, Məhkəmə iclas katibi Dadaşova Könül vasif qızının katibliyi, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1983-cü ildə Xaçmaz rayonunda anadan olmuş, AR vətəndaşı, evli, orta təhsilli, işləməyən, Xaçmaz rayonunun Yataqoba yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə Xaçmaz rayon PŞ-nin Xudat Polis Bölməsindən daxil daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən e t d i: Şəxs xx xxxxxx 2020-ci il tarixdə Xaçmaz rayonunun Uzunoba kəndində yaşayan X2 döymüşdür. Məhkəmədə izahat vermiş Şəxs inzibati xətanı etiraf edərək bildirmişdir ki, rəsmi olaraq işləmir, fərdi əmək fəaliyyəti ilə məşğul olur. Barəsində şikayət edən X3 bacısı Ruhiyyənin həyat yoldaşıdır. O, gecə saatlarında qonşu kənd olan Uzunoba kəndində bacısı Ruhiyyənin evində qonaq olan xalasını görməyə getmişdir. Xalası ilə aralarında ev üstündə mübahisələri olduğundan o, bir qədər əsəbi olmuş və məqsədi Elnura və ya Ruhiyyəyə zərər vurmaq deyil, xalası ilə mübahisəni həll etmək olmuşdur. Elnurgilin qapısını döyən zaman ona qapını bacısı Ruhiyyə açmış və xalası həyətə çıxmadığına görə o əsəbiləşib səs küy salmışdır. Həmin vaxt onun əlində dəmir parçası olmuş və bacısı Ruhiyyə onun əlindən dəmir parçasını almağa çalışan zaman Elnur evdən çıxmış və onlar mübahisə etməyə başlamışlar. Sonradan onların mübahisəsi əlbəyaxa davaya çevrilmişdir. Həmin vaxt həyətdə qapının yanında olan avtomobilə əlində olan dəmir parçası təsadüfən dəyərək dəyərək avtomobilin alın süsəsi sınmışdır. Məhkəmədə zərərçəkmiş şəxs X3 ifadə verərək göstərmişdir ki, Xaçmaz rayonunun Uzunoba kəndində yaşayır. Rəsmi olaraq işləməsə də, fərdi əmək fəaliyyəti ilə məşğul olur. Barəsində şikayət etdiyi Şəxs onun həyat yoldaşı Ruhiyyənin qardaşıdır. Onun Raminlə münasibəti əvvəl yaxşı olsa da sonradan pozulmuşdur. Ramin xx xxxxxx 2020-ci il tarixdə gecə saat 01 radələrində sərxoş vəziyyətdfə onların evinə gəlmiş və ona qapını Ruhiyyə açmışdır. Bir qədər sonra həyətdən qışqırıq səsi gəlmişdir və o, həyətdə Ruhiyyənin yerə yıxıldığını, həmin vaxt Raminin əlində dəmir parçası olduğunu və avtomobilin də arxa şüşəsinin sınmış vəziyyətdə olduğunu görmüşdür. O, Raminə yaxınlaşaraq əlindəki dəmir parçasını götürmək istədikdə, Ramin onun sağ əlinin üstünə dəmir parçası ilə bir dəfə zərbə vurmuş və zərbədən onun əli qanamışdır. Ramin yenə onu vurmaq istədikdə o, Raminin əlindən dəmir parçasını dartıb almış, həmin vaxt Ruhiyyə həyəcandan huşunu itirərək yerə yıxılmışdır. O, Ruhiyyəni yerdən qaldıraraq həyətə tərəf aparmışdır. Ramin də onları söyərək oradan uzaqlaşmışdır. Ruhiyyəni evə gətirdikdən sonra o, 102 xidmətinə zəng edib Raminin Ruhiyyəni döydüyü barədə məlumat vermişdir, lakin sonradan Raminin Ruhiyyəni döymədiyi, sadəcə itələdiyinə görə Ruhiyyənin yerə yıxıldığı məlum olmuşdur.Hadisə vaxtı ətrafda heç kəs olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafıəsi haqqında» Avropa konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən «hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, onun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Hüquqi cəhətdən dəyərləndirilməsi vacib olan məsələlərdən biri də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra olunmamasıdır. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası «məhkəmə baxışının tərkib hissəsi» kimi qiymətləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı iş»də (xx xxxx 1997-ci il) qeyd etmişdir ki, iştirakçı dövlətlərin məhkəmə sistemi məhkəmənin məcburi və yekun qərarının icra olunmamasın və beləliklə tərəflərin birinin maraqlarına zərər vurulmasına imkan verirsə, deməli Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan "məhkəmə baxışına hüquq" xəyali xarakter alacaqdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Burdov Rusiyaya qarşı» işdə (x xxx 2002-ci il) eyni xarakterli məsələlərə bir daha toxunaraq qeyd etmişdir ki, məhkəmə qərarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1ci bəndində ifadəsini tapmış müddəanın faydalılıq qüvvəsindən məhrum etmiş olur. Məhkəmə həmin fikirlərini ««xxxx» MMC Rusiya Federasiyasma qarşı» işdə (xx xxxx 2005-ci il) də təkrarlamış, cavabdehin dövlətin məhkəmə qətnaməsinin icra olunmamasında vəsait çatışmazlığına istinad etməsini əsaslı hesab etməmişdir. "xxxx» ASC Rusiya Federasiyasına qarşı" (xx xxxx 2005-ci il) işdə məhkəmə belə nəticəyə gəlmişdir ki, ağlabatan müddətdə ədalətli, açıq məhkəmə baxışının keçirilməsini nəzərdə tutan Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin məhkəmə qətnaməsinin icrasına təminat verməməsini təsəvvür etmək çətindir Məhkəmə, Şəxs cəza təyin edərkən məsuliyyəti yüngülləşdirən və ağırlaşdırılan halların olmamasını nəzərə alaraq, eyni zamanda, törədilmiş inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini nəzərə almaqla, onun barəsində inzibati həbs tənbeh növü təyin olunmasını məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərb.Res-sı İXM-nin 43-48, 106-115 və 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qərara a l d ı: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinsin, onun barəsində 01 (bir) ay müddətində həbs növündə inzibati tənbeh təyin edilsin. Həbsin əvvəli xx xxxxxx 2021-ci il tarixdən saat 16:40-dan hesablansın. Qərarın surəti icra edilməsi üçün Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar