Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-394/2024 18.03.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, Həsənli Rövşən Xudat oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xaçmaz RPŞ-nin İTB-nin polis sahə rəisi X3, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxx 1972-ci ildə Xaçmaz rayonunun Qusarçay kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz rayonunun Qusarçay kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi üzrə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir ondan ötrü ki, o, xx.xx.2024-cü il tarixdə, saat 13:00 radələrində Xaçmaz rayonu Qusarçay kəndi ərazisində küçədə sərxoş vəziyyətdə polis əməkdaşının qanuni tələbinə qəsdən tabesizlik göstərərək inzibati xəta törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahat verərək bildirmişdir ki, Xaçmaz rayonu, Qusarçay kəndində yaşayan Şəxs 16 mart 2024-cü il tarixdə qonşusu Xuraman Zeynalovaya məxsus həyətinə qanunsuz olaraq daxil olmuşdur. Ev sahibinin səs-küy salmasından sonra oradan çıxıb getmişdir. Daha sonra öz evinə gedərək xəstə uşağını döymüşdür. DİN-nin 102 xidmətinə zəng edilərək etdiyi əməl barəsində məlumat verilmişdir. Hadisə gecə 2 radələrində baş vermişdir, lakin evdən qaçdığına görə tapılmamışdır. Şəxs gündüz saat 13 radələrində Qusarçay kəndi ərazisində onun və polis nəfəri tərəfindən saxlanılaraq polis şöbəsinə dəvət edilmişdir. Şəxs sərxoş halda polisin və şikayət vermiş qonşusunun ünvanına nalayiq ifadələr işlətmişdir. Məhkəmə iclasında barəsində inzibati xətaya dair icraat aparılan şəxs izahat verərək bildirmişdir ki, o, içki düşkünü deyil, lakin sonuncu dəfə həddindən artıq içki qəbul etdiyi üçün anlaqsız vəziyyətdə olaraq qonşusu Xuraman Zeynalovanın evini öz evi zənn edərək onun həyətinə daxil olmuşdur. Qonşusu səs-küy saldıqdan sonra yanlış evə daxil olduğunu anlamış və oradan uzaqlaşmışdır. Polisə və qonşusuna qarşı işlətdiyi nalayiq ifadələrə görə üzr istəyir və etdiyi əməldən çox peşmandır. Xəstə övladına baxır, barəsində həbslə əlaqədar olmayan cərimə inzibati tənbeh növü təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahat vermiş şahid X8 bildirdi ki, 16 mart 2024-cü il tarixdə xidmətdə olduğu vaxt Xaçmaz rayonu, Qusarçay kənd sakini Xuraman Zeynalovanın şikayəti əsasında sahə rəisi ilə birlikdə sonuncunun yaşadığı ünvanına gedərək ərizəsi alınmışdır. Daha sonra Şəxs ünavanına getdikdə həyat yoldaşı və oğlu qapıda ağlayaraq gecə sərxoş halda evə gəlib xəstə uşağını döydüyünü və onların DİN-nin 102 xidmətinə zəng etdiklərini, hazırda isə Şəxs evdə olmadığını, gecə qardaşının evində qalmasını güman etdiklərini bildirmişlər. O, həmin ərazidə yaxınlıqda olan kafenin qarşısında Şəxs gördüklərini və barəsində verilmiş şikayət əsasında Xaçmaz RPŞ-yə dəvət etdiklərini, lakin Şəxs onların və şikayətçinin ünvanına nalayiq ifadələr işlədiyini bildirmişdir. Polis şöbəsində Şəxs sərxoş vəziyyətdə bir neçə saat polisin ünvanına nalayiq ifadələr işlətməyə davam etmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xətaya dair icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında protokolla və iş materialları ilə tam sübuta yetir. Belə ki, iş materiallarında olan izahatlardan, barəsində inzibati xətaya dair icraat aparılan şəxsin məhkəmə iclasında verdiyi izahatından, şahidin məhkəmə iclasında verdiyi izahatından müəyyən edilir ki, o, polis əməkdaşına tabesizlik göstərmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İş materiallarında olan 16 mart 2024-cü il tarixli ərizədən görünür ki, Xaçmaz rayonu, Qusarçay kənd sakini X1 RPŞ-yə ərizə ünvanlayaraq qonşusu Şəxs xx.xx.2024-cü il tarixdə, saat 02:00 radələrində sərxoş vəziyyətdə giriş darvazasanın üstündən icazəsiz olaraq həyətinə daxil olmaqla onu narahat etmişdir. İş materiallarında olan raportdan görünür ki, polis əməkdaşları tərəfindən Xaçmaz rayonu, Qusarçay kənd sakini Xuraman Zeynalovanın şikayəti əsasında həmin kəndin sakini Şəxs Xaçmaz RPŞ-yə aparılmışdır. Sərxoş halda olan Şəxs RPŞ-nin inzibati binasında, dəhlizdə polisin ünvanına ucadan nalayiq sözlər deyərək, qapıya və divarlara ayaq zərbələri vuraraq Növbətçi hissənin və digər əməkdaşların normal iş rejimini kobud pozmuş, ona dəfələrlə edilən iradlara məhəl qoymadan öz pozucu hərəkətlərini davam etmişdir. İş materiallarından müəyyən edilir ki, Şəxs xx.xx.2024-cü il tarixli, 19 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktına əsasən orta alkoqol sərxoşluq dərəcəsi müəyyən edilmişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs 16 mart 2024-cü il tarixdə, saat 19:30-dan inzibati qaydada tutulmuşdur. İş materiallarında olan Şəxs izahatından müəyyən edilir ki, o, 16 mart 2024-cü il tarixdə, saat 13 radələrində sərxoş halda polisin qanuni tələbinə tabesizlik göstərərək onların ünvanına nalayiq ifadələr işlətmiş və Xaçmaz RPŞ-nin inzibati binasında səs-küy salaraq normal iş rejimini kobud şəkildə pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır. İnzibati xəta haqqında işə baxılarkən X2 məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmadı. Məhkəmə barəsində inzibati xətaya dair icraat aparılan şəxsin törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, əməlindən səmimi peşman olmasını, ilk dəfə inzibati xəta törətməsini, ailə vəziyyətini nəzərə alaraq barəsində cərimə növündə inzibati tənbeh təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: xx xxxx 1972-ci ildə anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinsin və onun 16 mart 2024-cü il tarixdən saat 19:30-dan inzibati qaydada tutulması nəzərə alınaraq barəsində 150 (yüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə və Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Aynur Əliyeva
Məhkəmə qərarları › İş №3(067)-394/2024
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-394/2024
18.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver