Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-397/2021 27.05.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, Şikayət verən şəxs X3, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, X3 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 23.04.2021-ci il tarixli MN №0758800 saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i : X4 məhkəməyə müraciət edərək bildirmişdir ki, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında inzibati xəta haqqında 23.04.2021-ci il tarixli MN №0758800 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 253.2-ci maddəsi ilə təqsirli bilinərək 2000 manat məbləğində cərimə edilmişdir. İnzibati qərarın ləğv edilməsini iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şikayət vermiş şəxs şikayət ərizəsini onunla əsaslandırmışdır ki, Xaçmaz rayonu Yergüc İnzibati Ərazi Vahidliyində Sudan istifadə Birliyində tarla agenti işləyir. 2021-ci ilin fevral ayında yaşadığı kəndin yaxınlığından keçən sahələri su ilə təchiz edən Ağ çayın üzərində olan bəndə getmiş, həmin bəndə birləşən su kanalının lillə dolduğunu və belə bir vəziyyətdə kanala su qalxmayacağını görüb oraya dəvət etdiyi texnika vasitəsi ilə kanalı lildən təmizləməyə başlamışdır. Bu işi həyata keçirən zaman orada su kanalının içərisində özbaşına bitən söyüd ağacları zədələndiyindən onları suyun qarşısını kəsməsin deyə çıxarıb kənara atmışdır. Bundan bir müddət keçdikdən sonra 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları onu Yergüc İƏD-nə dəvət edib həmin ərazidə söyüd və qovaq ağaclarını kəsdiyini bildirdilər. Oraya onun iştirakı olmadan baxıb Akt tərtib etdiklərini dedilər. O, isə həmin ağacların kəsilməsindən xəbəri olmadığını bildirmişdir. Azərbaycan Respublikası İXM- 253.2-ci maddəsi ilə təqsirli bilinərək 2000 manat məbləğində cərimə edilmişdir. Hesab edir ki, buna görə onun əməlində heç bir qanunsuz hərəkət yoxdur. Onun barəsində Azərbaycan Respublikası İXM- 253.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmədiyi barədə qanunsuz qərar qəbul edilmişdir. Ona görə də göstərdiyi qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında 5 saylı Regional Ekologiya və təbii Sərvətlər İdarəsinin nümayəndəsi izahatında göstərmişdir ki, şikayət etmiş X4 2021-ci ilin fevral ayında Ağ çayın üzərində olan bəndə olan ağacları kəsmişdir. X4 təbiətə 960 manat ziyan vurmuşdur. Şikayəti əsassız hesab edərək təmin edilməməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan İnzibati tənbeh verilməsi haqqında 23.04.2021-ci il tarixli MN №0758800 saylı qərarından müəyyən olunur ki, X4 Azərbaycan Respublikasının İXM-nin 253.2-ci maddəsinin tələblərini pozduğuna görə 2000 (iki min) manat inzibati cərimə edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, 5 saylı Regional Ekologiya və təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında 23.04.2021-ci il tarixli MN №0758800 saylı qərarın əsassız olmasına dair şikayətçi tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Bununla yanaşı o, hadisə zamanı ağac kəsməsini etiraf etmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən, akt və izahatlardan müəyyən olunur ki, şikayət verən şəxs Azərbaycan Respublikası İXM-nin 253.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikası İXM-nin 131.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Azərbaycan Respublikası İXM-nin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Azərbaycan Respublikası İXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.5-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Azərbaycan Respublikası İXM-nin 134.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma haqqında qərarda bu Məcəllənin 115-ci maddəsində qeyd edilən məlumatlar göstərilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X3 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 23.04.2021-ci il tarixli MN №0758800 saylı qərarından verdiyi şikayəti təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı : Şikayət təmin edilməsin. Qərardan 10 gün müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov
Məhkəmə qərarları › İş №3(067)-397/2021
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-397/2021
27.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver