Məhkəmə qərarları › İş №3(067)-4/2020

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-4/2020

24.01.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-4/2020 24.01.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkinƏləkbər oğlunun sədrliyi Məhkəmə iclas katibi X5, xx.xx.1975-ci ildə Özbəkistan Respublikasında anadan olmuş, AR-nın vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Xaçmaz rayonunun, Köhnə Xaçmaz kəndində yaşayan X1 Quba rayon Polis Şöbəsinin Yol Polisi Xidmətinin İXP ******* saylı protokolu əsasında verilmiş xx xxxxxx 2019-cu il tarixli qərarın ləğv edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Quba rayon Polis Şöbəsinin Yol Polisi Xidməti tərəfindən X2 barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 60 manat məbləğində cərimə olunmasına dair xx xxxxxx 2019-cu il tarixdə İXP ******* saylı protokol tərtib olunmuşdur. X2 ərizə ilə məhkəməyə müraciət edərək, Quba rayon Polis Şöbəsinin Yol Polisi Xidmətinin İXP ******* saylı protokolu əsasında verilmiş xx xxxxxx 2019-cu il tarixli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 məhkəmə iclasında ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 2018-ci il tarixdə Quba rayonunundan Xaçmaz rayonuna özünə məxsus olan «Hyundai İX 35» minik markalı, ** HG *** dövlət qeydiyyat nişanlı avtomobili ilə saat 15:50 radələrində gələrkən, Quba rayon Polis Şöbəsinin Yol Polisi Xidməti inspektoru, polis baş sercantı X6 tərəfindən saxlanılmışdır. X6 ona bildirmişdir ki, o, istiqamətli hərəkət zolağına çıxmaqla yol hərəkət qaydalarını pozmuşdur. Halbuki, onun qarşısında 1 km məsafədə heç bir nəqliyyat vasitəsi və əngəl yox idi. O, tələb etmişdir ki, o, zolağa çıxmamış və ona video çəkilişi təqdim etsin. Lakin həmin çəkilişi ona təqdim olunmamışdır. Ona protokol yazılaraq cərimə olunmuş və 60 manat cərimə protokolunu imza etməkdən imtina etmişdir. Həmin protokol üzrə çıxarılmış qərarın surətini xx xxxxxx 2019-cu il tarixdə elektron çıxarışın almışdır. Qərarın özü ona tam təqdim edilməmişdir. Göstərilənlərə əsasən, Quba rayon Polis Şöbəsinin Yol Polisi Xidmətinin İXP ******* saylı protokolu əsasında verilmiş xx xxxxxx 2019-cu il tarixli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X2 barəsində İXP ******* saylı protokolu əsasında verilmiş xx xxxxxx 2019-cu il tarixli qərarı tərtib etmiş Quba rayon Polis Şöbəsinin Yol Polisi Xidmətinininspektoru, polis baş sercantı X6 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq, Quba rayon Polis Şöbəsinin Yol Polisi Xidmətinininspektoru, polis baş sercantı X6 heç bir üzürlü səbəblər olmadan nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə, Quba rayon Polis Şöbəsinin Yol Polisi Xidmətinininspektoru, polis baş sercantı X3 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, X1 AR İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetirilmir. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə araşdırması zamanı İXP ******* saylı protokolu tərtib etmiş Quba rayon Polis Şöbəsinin Yol Polisi Xidmətinininspektoru, polis baş sercantı X3 heç bir üzürlü səbəblər olmadan məhkəmə iclasında iştirakı təmin edilməmiş, X1 İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair hər hansı bir sübütü məhkəməyə təqdim edilməmişdir. İş materiallarında olan, Quba rayon Polis Şöbəsinin Yol Polisi Xidmətinininspektoru, polis baş sercantı X6 tərəfindən X2 barəsində tərtib edilmiş xx xxxxxx 2018-ci il tarixli İXP ******* №-li inzibati xəta haqqında protokoldan isə sonuncunun İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində (istiqamətli hərəkət zolağına çıxmaqla yol hərəkət qaydalarını pozma) nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə qənaətə gəlmək mümkün deyildir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Quba rayon Polis Şöbəsinin Yol Polisi Xidmətinininspektoru, polis baş sercantı X6 tərəfindən X1 barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 60 manat məbləğində cərimə olunmasına dair İXP ******* saylı protokolu əsasında verilmiş xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərb.Res-sı İXM-nin 43-48, 106-115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Quba rayon Polis Şöbəsinin Yol Polisi Xidmətinininspektoru, polis baş sercantı X6 tərəfindən X2 barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 60 manat məbləğində cərimə olunmasına dair İXP ******* saylı protokolu əsasında verilmiş xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv olunsun. Qərardan 10 gün müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar